Alı Qocayevin başı cəncəlli işlərdə - Onun da gedəcəyi deyilir...
Sosial
Oxunub: 545
1 noy 2018 | 17:44
Alı Qocayevin başı cəncəlli işlərdə - Onun da gedəcəyi deyilir...














Redaksiyamıza etbarlı mənbələrdən daxil olan məlumatlarda bildirilir ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin tutduğu vəzifədən alınması məsələsi yenidən gündəmə gəlib.

Mənbənin söylədikləri: "Əslində Samuxun icra başçısının vəzifədən alınması artıq çoxdan gözlənilən addım idi. Belə ki, Alı Qocayev ona göstərilən etimadı nə Samuxda, nə də bundan əvvəl Bakının Binəqədi rayonuna rəhbərlik edərkən doğrulda bilməmişdi. Xatırlayırsınızsa, bir müddət bundan əvvəl ölkə mətbuatında A.Qocayev tərəfindən 4 milyon manat məbləğində pulun mənimsənilməsinə dair məlumatlar yayımlanmaqda idi. Məlumatlarda bildirilirdi ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən Heydər Əliyev adına parkda təmir-bərpa işlərinin həyata keçirilməsi adı ilə A.Qocayev özəl banklardan birindən 4 milyon manat kredit götürüb. Lakin götürülən pullar sonradan məlum olmayan məqsədlər üçün xərclənib. O zaçan başlanan işlərin yarımçıq qalmasına rəğmən, 4 milyon manat da yoxa çıxmışdı. Məlumatlara görə, bununla bağlı Alı Qocayev hətta izahat verməli olub və o, sona qədər iddia edib ki, pulları Heydər Əliyev parkı üçün xərcləyib. Bununla belə, olayla bağlı sonradan yayılan məlumatlar Alı Qocyaevə qarşı irəli sürülən ittihamların əslində həqiqət olduğunu üzə çıxarmışdı. Mənbələr bildirmişdi ki, həmin pullardan sorumlu tutulan Alı Qocayevə hətta vəsaitin geri qaytarılması üçün vaxt da verilib. Bundan az sonra isə Samuxdakı mənbələr də xəbər vermişdilər ki, Alı Qacayev külli miqdarda borcunun olmasını yerli məmurlara da etiraf edib".

Son günlər icra başçıları ilə bağlı start düyməsi basılan dəyişiklik prosesində Alı Qocayevin də görəvdən alınacağı müzakirə predmetidir: "Artıq 7-ci ilinə qədəm qoyub ki, Qocayev Samuxu idarə edir. Amma rayon günü-gündən geri gedir. Barəsində ən çox şikayət olunan icra başçılarından biri kimi Alı Qocayevin gözlənilən yeni ələmə prosesindən kənarda qalacağı inandırıcı deyil".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş