Yeni ildə əfv olacaq? - AÇIQLAMA
Sosial
Oxunub: 480
3 noy 2018 | 18:18
Yeni ildə əfv olacaq? - AÇIQLAMA














Azərbaycanda əlamətlər günlərdə, xüsusən Yeni il və Novruz bayramlarında əfv sərəncamı imzalanır. Ölkə başçısı İlham Əliyev 2016-ci ilə kimi demək olar ki, hər il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə cinayət etmiş yüzlərlə şəxsin günahının bağışlanması, onların azadlığa çıxması üçün müvafiq sənəd imzalayıb.

Bəs bu il də əfv sərəncamı gözlənilirmi?

BakuPost-un əməkdaşı bu sualla Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevə müraciət edib. Ə. Nuriyev qeyd edib ki, may ayında böyük əfv olduğundan, yeni ildə əfv olacağını güman etmir: "Əvvəlki dövrlərin praktikasına baxsaq görərik ki, 2016-cı ilə qədər 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində prezident tərəfindən əfv sərəncamı imzalanıb. Ondan sonrakı illərdə ölkə başçısının əfv sərəncamını bir qayda olaraq Novruz Bayramı və daha sonrakı müddətlərdə imzaladığını müşahidə etmişik. Bu il də may ayında Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi ilə bağlı may ayında əfv sərəncamı imzalandı. 634 nəfər cəzadan azad edildi.

Əfv sərəncamının bir neçə ay əvvəl imzalandığını nəzərə alaraq mən ilin sonunda yeni əfv sərəncamının olacağını güman etmirəm. Lakin əfv prezidentin konstitusion səlahiyyətidir. Ona görə konkret nəsə demək olmaz”.

Ə. Nuriyev qeyd edib ki, Əfv Komissiyasının katibliyi və prezidentin hüquq-mühafizə orqanları və təhlükəsizlik məsələləri üzrə əfv sektoru daimi fəaliyyət göstərir: "Daxil olan müraciətlərə baxılır, bunlarla bağlı müvafiq rəylər alınır. Məlumatlar toplanılır, arayışılar hazırlanır. Əfv Komissiyasının bu günlərdə iclası olmayıb. Amma komissiyanın işçi qurumları daim işləyir, müvafiq sənədlərin emalı həyata keçirilir. Arayışlar toplanır”.
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi