Əflatun Amaşov: “Saytlara maliyyə ayrılsa, “reket jurnalistika” ilə mübarizə daha intensiv olar”
Sosial
Oxunub: 377
4 noy 2018 | 11:45
Əflatun Amaşov: “Saytlara maliyyə ayrılsa, “reket jurnalistika” ilə mübarizə daha intensiv olar”














“Reketçiliklə məşğul olan adamların jurnalistika ilə heç bir əlaqəsi yoxdur. Onlar cinayətkardır və hüquq-mühafizə orqanları da onların barəsində lazımı tədbirləri görməlidir”.

Bu fikirləri Demokrat.Az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatuin Amaşovbildirib. Reketçiliklə məşğul olan bir sıra saytların ayrı-ayrı məmurlar tərəfindən himayə olunduğunu vurğulayan Ə.Amaşov təklif edib ki, hüquq-mühafizə orqanları həmin saytların və qəzetlərin fəaliyyətini araşdırsın:

“Hüquq mühafizə orqanları araşdırma aparmalıdır ki, bu saytlar necə və kimlər tərəfindən maliyyələşdirilir, onların arxasında hansı iş adamı, dövlət məmuru və ya təşkilat dayanır. Əlbəttə ki, jurnalistlər bütün bunları araşdırmaq gücünə malik deyil. Bu məsələdə dövlət qurumları, xüsusilə də hüquq-mühafizə orqanları fəal olmalıdır və bu məsəklələrə aydınlıq gətirilməlidir. Mən yenə təkrar edirəm ki, bu hadisələr baş verirsə, kimsə kimsəni qorxudub nə isə əldə etmək istəyirsə, kimsə kiminsə barəsində rüsvayedici materialı yaymaqla ona böhtan atırsa, bunu edənin kimliyindən və ya peşəsindən asılı olmayaraq, Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq məsuliyyətə cəlb olunmalıdır. Bu sahədə kifayət qədər cəsarətli addımlar atmaq lazımdır. Bu baş verərsə, bundan həm cəmiyyət, həm də jurnalistika qazanar. Belə olan halda jurnalist adından istifadə edən bir sıra ünsürlər də bu cür əməllərindən qorxub çəkinərlər. Nəticədə isə bu Azərbaycan jurnalistikasının inkişafına müsbət təsir göstərər”.

Azərbaycanın dövlət büdcəsindən internet mediasına da vəsaitin ayrılması məsələsinə toxunan Ə.Amaşov qeyd edib ki, bu məsələ hələ öz həllini tapmayıb:

“Mən hər zaman demişəm ki, digər KİV-lər kimi, reklamla öz maliyyə imkanlarını hələ qura bilməyən aparıcı internet mediasına da dövlət maliyyə dəstəyi verməlidir. Əgər dövlət dəstəyi olmasa, sadaladığım həmin “reket jurnalistika” ilə yetərli mübarizə aparmaq çətindir. Burada KİV-lərin kim tərəfindən maliyyələşməsi məsələsi də vacib məqamlardan biridir. Hesab edirəm ki, internet mediasına da dövlətdən maliyyə ayrılsa, həmin KİV-lər daha peşəkar, operativ fəaliyyət göstərə bilər. Ən əsası isə dövlətçilik yönündə olar. Həm də “reket jurnalistika” ilə mübarizə daha intensivləşər”.
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi