İçərişəhərin Qala divarına bitişik obyekt tikilir?
Sosial
Oxunub: 734
4 noy 2018 | 21:15
İçərişəhərin Qala divarına bitişik obyekt tikilir?














UNESCO tərəfindən Ümumdünya mədəni irs siyahısına daxil edilmiş qədim Bakı qalasının divarlarına bitişik hansısa ticarət obyektləri tikilir.

Bu barədə məlumatı və fotonu virtualaz.org-un redaksiyasına şəhər sakinlərindən biri göndərib. Fotodan da görünür ki, Qoşa Qala qapısından təxminən 30 metr sağda qala divarına bitişik obyektin beton konstruksiyası demək olar ki, tikilib tamamlanıb.

Qala divarına bitişik tikintini araşdırmaq üçün İçərişəhərə yollandıq. Amma fotoda göstərilən həmin əraziyə daxil olmaq mümkün olmadı. Çünki qala divarlarının içəri tərəfi təmir məqsədi ilə bağlanmışdı və qapının üzərində "Erich Pummer GmbH” şirkəti tərəfindən tarixi abidədə restavrasiya işlərinin aparılması ilə bağlı lövhə asılmışdı. Yaxınlıqda əntiq əşyaların ticarəti ilə məşğul olan şəxslərdən öyrəndik ki, bu ərazidə tikinti işlərini qonşuluqdakı "Boutique 19” oteli və "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi aparır.

Otelin Ramal adlı administratoru qoruq ərazisində onlar tərəfindən tikinti işlərinin aparıldığını təsdiqləsə də, bunun divardan xeyli aralı, otelin ərazisində həyata keçirildiyini dedi. Amma həmin əraziyə daxil olmağa və ya orada baş verənləri otelin pəncərəsindən izləməyə icazə vermədi. Bildirdi ki, bunun üçün otelin məxsus olduğu "Peachline” şirkətində icazə almaq lazımdır.

"Siz bu barədə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əlaqə saxlayın. Həmin tikinti bizim ərazidə aparılmır. Biz də tikinti aparırırq, amma bu otelin ərazisinin genişləndirilməsi və binanın restavrasiyası ilə bağlıdır. Sizin dediyiniz çox güman ki, qoruq idarəsinin ərazisində gedən tikinti ilə əlaqədardır”-administrator belə dedi.

Bu dəfə oteldən bir az aralıya, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Atelier Erich Pummer GmbH” şirkətinin təmir işləri apardığı "Xan bağı” adlanan əraziyə yollandıq. Amma ora daxil olmağımıza və çəkiliş aparmağımıza imkan vermədilər. Qoruğun əraziyə nəzarət edən əməkdaşı bildirdi ki, bu barədə hər hansı məlumatı yalnız idarədən almaq mümkündür.

Beləliklə, üz tutduq "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə. İdarənin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçi Nərmin Azadgil həmin ünvanda heç bir obyekt tikintisinin aparılmadığını dedi. Onun sözlərinə görə, hazırda ərazidə yalnız restavrasiya işləri aparılır.

"Bura "Xan bağı” adlanan ərazidir. Həmin ərazidə orta əsrlərə aid hamam tapılıb. Avstriyanın "Atelier Erich Pummer GmbH” şirkəti Xan bağında bir ilə yaxındır ki, restavrasiya işləri aparır. Orada obyekt tikilmir, yüngül konstruksiya qurularaq divarlar restavrasiya olunur. Bu barədə əlavə məlumat verməyəcəyəm. Qoy şikayətçi sübut eləsin ki, orada obyekt tikilir”, - deyə qoruq idarəsinin rəsmisi bildirdi.

Birlikdə əraziyə gedərək bərpa işləri ilə yerində tanış olmağı təklif etsək də, N. Azadgil imtina etdi: "Hazırda orada artfaktlar aşkarlanıb, onlar tədqiq edilir. Avstriya şirkəti heç bizi də ora buraxmır. Ona görə də, ora getmək mümkün deyil”

Xatırladaq ki, bir neçə ay əvvəl qala divarlarının özülünə yaxınlığındakı restoran və kafelərdən kanalizasiya sularının axıdılması ilə bağlı məlumat vermişdik. Gölməçələnmiş kanalizasiya suları hətta Sabir bağının yaxınlığındakı divarda nəm və qaraltı da əmələ gətirmişdi.

Şirvanşah III Mənuçöhrün göstərişi ilə təqribən 1138-1139-cu illərdə inşa olunan Bakı qalası İçərişəhərdən və onu əhatə edən divarlardan və qüllələrdən ibarətdir. Hündürlüyü 8-12 metrə, eni isə 3,5 metrə çatan şəhər divarları Bakının asayişini təmin edirdi. Orta əsrlərdə uzunluğu 1500 metr olubsa, yalnız üçdəiki hissəsi - 500 metri dövrümüzə qədər gəlib çatıb.

Bu memarlıq abidəsi 2000-ci ildə UNESCO tərəfindən Ümumdünya mədəni irs siyahısına daxil edilib.

Veteninfo.azİçərişəhərin Qala divarına bitişik obyekt tikilir?
İçərişəhərin Qala divarına bitişik obyekt tikilir?
İçərişəhərin Qala divarına bitişik obyekt tikilir?
İçərişəhərin Qala divarına bitişik obyekt tikilir?
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO