Abşeron “VTEK” Sahil Babayevə qarşı: “Əlil gözümü pensiyaya dikmişəm...” - Foto
Sosial / Dunya
Oxunub: 783
5 noy 2018 | 11:40
Abşeron “VTEK” Sahil Babayevə qarşı: “Əlil gözümü pensiyaya dikmişəm...” - Foto















Azərbaycan neft ölkəsi olsa da, onun minlərlə məzlumları zar-zar qan ağlayırlar. Bu gün Küveyt, Qətər kimi neft ölkələrində xalqlar cah-cəlal içində yaşayıb, filippinli, indoneziyalı miqrantları qara işlərdə işlətsələr də, Azərbaycanda minlərlə insan nəinki firavan yaşamaq, quru çörək belə tapa bilmirlər. Onların gözünün qarşısında isə məmurlar xalqın sərvətlərini sümürüb zəngin həyatları ilə yoxsullara acıq verirlər. Bu gün bir ovuc məmur oliqarxiyası lüks həyatını yaşayarkən, yüzlərlə xəstə, kasıb, əlil insanlar quru çörəyə, 136 manat pensiyaya möhtacdırlar. Ancaq fələyin gücünə bax ki, əlilə, xəstəyə dövlətin verdiyi qəpik-quruşu du rəva bilməyən məmurlar var. Onlardan biri Cahan.info-ya müraciət edən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində Yeni məhəllələr deyilən massivdə yaşayan Məmmədova Elnarə Ağasalam qızıdır. Onun övladı Yeganə Məmmədova iki gözündən əlildir. Laçından məcburi köçkün olan və Ceyranbatanda məskunlaşan ailə acınacaqlı vəziyyətdə yaşayır. Bu yaxınlarda ATV-də “Bizimləsən” verilişinin qonağı olmuş gözdən əlil qıza Cahid həkim köməklik edib, protez göz qoyub. Lakin Zaurun efirində olmuş gözdən əlil qız əllillik dərəcəsi almaq və pensiya təyin olunması üçün Abşeron Tibbi-Sosial Ekspert Komissiyasından(“VTEK”) keçə bilmir. Ailənin dolanışığı üçün əlil gözünü pensiyaya dikmiş Y.Məmmədova və anası məmur süründürməçiliyi ilə üzləşiblər. Abşeron “VTEK” Y.Məmmədovanı komissiyadan keçirib müvafiq sənədi vermir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim eləsin, pensiya təyin olunsun. Görəsən, nazir Sahil Babayevin islahat adı ilə həyata keçirdiyi işlər blefdir yoxsa doğurdan da Abşeron “VTEK” vicdanını təmiz itirib, naziri də saymır və iki gözdən əlili komissiyadan keçirmir? Məqsəd rüşvət almaqdırsa, iki gözdən əlildən “haqq” istəmək, ayıbdır. Hətta Səlim Müslümovun dövründə də iki gözdən əlil qarşı haqsızlıq olunmurdu. Amma çox təəssüf ki, gah ayağı amputasiya edilmiş əlilin pensiyası kəsilir, gah iki gözdən əlil tibbi komissiyadan keçə bilmir, gah məşğulluq idarəsi müdiri rüşvətlə iş verir, gah da DSMF şərtlə sosial müavinət ayırır. Ancaq nazir Sahil Babayev düşünməlidir ki, bu xəstələrin ahı tutar. Axı el arasında hamı S.Babayevin atasını xeyirxah insan, kasıblara əl tutan biri kimi xatırlayır?! Bəs, cənab nazir niyə atasının layiqli yolunu davam etdirmək istəmir? Doğurdanmı “VTEK”lərdə bu cür özbaşınalıqlara birdəfəlik son qoymaq çətindir? İki gözdən əlili necə komissiyadan keçirməmək olar? Onun verəcəyi rüşvəti necə yemək olar? Axı Allah baxır, məzlumun, fağırın, kimsəsizin alacağı qəpik-quruş pensiyadan onu necə məhrum etməyə həmin “VTEK” sədrinin ürəyi gəlir? Heç vicdanı sızıldamırmı? Bu insanın imkanı olmadığına görə Cahid həkim ona protez göz qoyub, pulsuz yardım edilib. Y.Məmmədovanın ailəsi ağır şəraitdə, bir tikə çörəyə möhtac içində yaşayır. “VTEK” sədri naziri də, bu vətəndaşı da saymırsa, heç olmasa restoranda hesab verəndə yadına düşür ki, haqsızlıq edib?! İki gözdən əlil ümidini, gözünü pensiyaya dikib, S.Babayev və onun “VTEK” sədrləri də gözünü həmin pensiyaya dikib - rəzalətdir! Prezident naziri təyin edib ki, bu cür kiçik şikayətlər ona gəlməsin, vətəndaş daha pensiyaya, əlilliyə görə də çarəsiz qalıb dövlət başçısına, Mehriban xanıma yazmasın. Nazir və yerlərdəki kadrları ən azı bu cür problmləri həll etməlidirlər, prezidentə, mətbuata gedib çıxmamalıdır. Ancaq onların yarıtmaz fəaliyyəti o həddə gəlib çıxıb ki, iki gözdən əlilin işinə baxılmır və ölkə rəhbərliyinə müraciət olunur. Cənab S.Babayev prezident İlham Əliyevin iş qrafikində müxtəlif səfərlər, xarici qonaqlarla görüşlər var, dövlət tədbirlərində iştirak edir, müxtəlif geosiyasi məsələlərlə bağlı tapşırıqlar verir. İndi siz söyləyin, hansı ölkədə prezident iş-gücünü atıb hansısa yarıtmaz məmurun, nazirin ucbatından çöllərdə qalan, ac-yalavac yaşayan iki gözdən əlilin pensiya işi ilə məşğul olur? Utandırıcı mənzərə deyilmi? - Utandırıcıdır...Ümidvarıq ki, bu rəzilliyə tezliklə reaksiya verib, son qoyulacaq. Abşeron “VTEK” Sahil Babayevə qarşı: “Əlil gözümü pensiyaya dikmişəm...” - Foto Abşeron “VTEK” Sahil Babayevə qarşı: “Əlil gözümü pensiyaya dikmişəm...” - Foto Abşeron “VTEK” Sahil Babayevə qarşı: “Əlil gözümü pensiyaya dikmişəm...” - Foto Abşeron “VTEK” Sahil Babayevə qarşı: “Əlil gözümü pensiyaya dikmişəm...” - Foto
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan