Qüdrət Şükürov döydürdüyü kürəkənini həbs etdirə bilmədi – özü həbsə gedir
Sosial
Oxunub: 395
5 noy 2018 | 14:14
Qüdrət Şükürov döydürdüyü kürəkənini həbs etdirə bilmədi – özü həbsə gedir















Elşən Əsgərli “baş liftçi”nin qızını boşadıqdan sonra davamlı təqiblərə məruz qalıb

Adı ABŞ-da korrupsiya qalmaqalına qarışan «Liftəmir» İstehsalat Birliyinin sabiq rəhbəri Qüdrət Şükürovun keçmiş kürəkəni Elşən Əsgərli ilə bağlı planları alt-üst olub. Belə ki, Elşən Əsgərli Qüdrət Şükürovun qızı Aysel Şükürovanı boşadıqdan sonra davamlı təqiblərə məruz qalıb.

Boşanma 2016-cı ildə qeydə alınandan sonra Elşən Əsgərliyə qarşı 3 dəfə cinayət törədilib. İlk belə olay Əsgərlinin öz övladı ilə görüşməsi üçün məhkəməyə üz tutmasından sonraya təsadüf etmişdi. Həmin vaxt vəzifədə olan Qüdrət Şükürov Əsgərliləri hədələyib, Elşən Əsgərlinin uzunmüddətli həbsə göndərəcəyinə and içdiyini deməkdən çəkinməyib. Bu hədələmənin ardından, 7 yanvar 2017-ci il tarixdə paytaxtın Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində Elşən Əsgərliyə qarşı planlı hücum olub. Qüdrət Şükürovun hazırkı kürəkəni Oqtay Əhmədov bir qrup şəxslə Elşən Əsgərliyə hücum ediblər. Elşən Əsgərli döyülüb, maşını sındırılıb.

İttiham aktında yazılanlara görə, Elşən Əsgərli keçmiş arvadı, Aysel Şükürovanın indiki əri Oqtay Əhmədova qarşı xuliqanlıq edib. 2-ci Sülh döngəsi küçəsində yerləşən avtomobil dayanacağında baş verən mübahisə zəminində Oqtay Əhmədova zor tətbiq edildiyi qeyd olunur.

Elşən Əsgərlinin atası Rafael Əsgərov “Yeni Müsavat”a açıqlamasında demişdi ki, əslində döyülən də, iş üzrə təqsirləndirilən şəxs statusuna gətirilən də onun oğludur. Sadəcə, Qüdrət Şükürov əldə etdiyi milyonların hesabına indiki kürəkənini zərərçəkənə, onun oğlunu, yəni keçmiş kürəkənini isə təqsirləndirilən şəxsə çevirə bilib. Rafael Əsgərovun sözlərindən bəlli olmuşdu ki, oğluna qarşı 3 dəfə cinayət törədilib.



Rafael Əsgərovun dediklərindən sitat: “Elşən Qüdrət Şükürovun qızı ilə boşanandan sonra öz uşağı ilə görüşmək istəyərkən onu bağa çağırmışdılar. Ona demişdilər ki, uşaq bağdadır. Elşən bağa gedəndə isə gözətçini öyrədib, ona hücum etdirmişdilər. Onda da gözətçini cəzalandırmaq əvəzinə, Elşəni günahlandırıb 500 manat cərimə etdilər. İkinci dəfə Oqtay və onun dəstəsi oğlum Elşəni metronun ”Gənclik” stansiyasının yanına guya danışığa çağırıb onu beysbol bitası ilə döydülər. Sonra da maşının nömrələrini qopardıb aparmışdılar. Şikayət etdikdən sonra Oqtay maşının nömrələrini yol polisinə təhvil vermişdi. Amma indiyə qədər Nəsimi rayonu ərazisində baş verən hadisənin şahidləri dindirilməyib. Hadisənin baş verdiyi yerdə olan kameraların görüntüləri ortaya qoyulmayıb. İşi Pərviz adlı müstəntiq aparırdı. Ondan soruşuruq ki, niyə hadisə yerində olan kameraların görüntüləri ortaya qoyulmur? Deyir ki, guya kameralar işləməyib. Həmin işi faktiki olaraq dayandırıblar. Qüdrət Şükürov mənə özü deyib ki, Elşəni həbs etdirəcəyəm. Bu adam açıq-aşkar deyir ki, sizdən qisas alacağam”.



Bu hadisələrin Qüdrət Şükürovun Əsgərovlar ailəsini övladlarını uzunmüddətli həbslə hədələməsini ardından baş verməsi bütün diqqəti onun üzərində cəmləyib. Həmin ərəfələrdə Elşən Əsgərli “baş liftçi”nin qızından ayrılmasının səbəbi ilə bağlı olduqca sensasion açıqlama vermişdi. O, eks qayınatasını liftləri oğurlamaqda da ittiham etmişdi.



Onun açıqlamasından sitat: “Biz universitetdə oxuyurduq. Orada bir-birimizi sevib ailə qurmuşuq. Həmin vaxt mənim 19 yaşım vardı. Evləndikdən 5 il sonra mən hərbi xidmətə yollandım. Əsgərlikdə olanda, Aysel gedib özünə oğlan tapıb. Bu səbəbdən Aysellə 2016-ci ilin aprel ayında rəsmi olaraq boşanmışıq. Aysel mənə qarşı təxribata başladı. O, mənim anamın, bacımın şəkillərini sosial şəbəkədə paylaşaraq altından təhqiredici ifadələr yazıb. Bundan əlavə, bizim evin və anamın mobil telefonlarının nömrəsini sosial şəbəkədə paylaşıb. Yazıb ki, guya mənim anam 20 manata əxlaqsızlıq edir. Bu başlıq altında mənim şəkillərimi paylaşır. Hamı görür o, nələr edir. İndi də mənə böhtanlar atır. Mənim ailəm həmişə imkanlı olub. Onun həyat yoldaşı ”Porche” sürür. Həmin maşını ona Ayselin atası, rüşvətxor məmur alıb. Mənim sürdüyüm maşın isə öz alın tərimlə qazanılıb. Özünə bir “alfons” tapıb. Onların yaşadığı dəbdəbəli həyat Ayselin atasının hesabınadır. Qüdrət müəllim 510 manat maaş alır, mənim atam isə heç bir dövlət işində işləmir, biznesmendir. Qoy cavab versin ki, 510 manatla o dəbdəbəli həyatı necə yaşamaq olar? Bakı Lift Təmir İstehsalat Birliyində baş direktordur. Atasının qrup dəstəsi var, liftləri oğurlatdırır. Məqsədi büdcədən pul qoparmaqdır ki, yenisini alsın. Özünə quldur dəstə yaradıb” – deyə Elşən Əsgərli bildirmişdi.

Elşən Əsgərlinin döyülməsindən sonra qalmaqallı istintaq işi bu ilin aprelində yekunlaşaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşə hakim İslam Qurbanovun sədrliyi ilə baxılıb və bu günlərdə yekunlaşıb. Elşən Əsgərlinin işi üzrə məhkəmə işi başlanarkən vəzifədə olan Qüdrət Şükürov proses sona çatarkən artıq özü istintaqa cəlb olunan şəxs statusuna gəlib. Odur ki, Qüdrət Şükürovun eks kürəkənini uzunmüddətli həbsə göndərəcəyi ilə bağlı sözlərini də tuta bilməyib. Hazırda Qüdrət Şükürovun özünün həbsi gündəmdədir.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE