“Kaspar”da pul qalmaqalı böyüyür - İTTİHAM
Sosial
Oxunub: 741
6 noy 2018 | 21:30
“Kaspar”da pul qalmaqalı böyüyür - İTTİHAM















Bir neçə gün bundan əvvəl "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də daxili yoxlama başlaması ilə bağlı məlumat dərc etmişdik. Xatırladaq ki, AXDG-nin sədri Rauf Vəliyevin tapşırığı ilə başladılan araşdırmanın səbəbi idarədəki yeyinti şübhəsi idi. Yoxlama başlayandan dərhal sonra əsas şübhəlilər - təchizat departamentinin rəisi Elman Qasımov və müavini Vüqar Allahverdiyev işdən uzaqlaşdırılmışdı. Onlar işdən çıxarıldıqdan sonra diqqət onların kimin tapşırığı ilə qanunsuz işlərlə məşğul olduğunu üzə çıxartmağa yönəlib. Həmin şəxsin AXDG sədrinin təzhizat, nəqliyyat və sosial məsələlər üzrə müavini Cəbrayıl Mahmudlu olduğu müəyyənləşmişdir. Ümidvarıq ki, aparılan daxili yoxlamalar Cəbrayıl Mahmudlunun vəsait yeyintisindəki rolunu aşkara çıxaracaq. Qeyd edək ki, Cəbrayıl İdris oğlu Mahmudlu 1990-1993-cü illərdə “28 May” NQÇİ-də maliyyə işləri üzrə iqtisadçı, baş mühasibin müavini, baş mühasib, 1994-cü ildən “Qum adası” NQÇİ-də baş mühasib,1995-ci ildən Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində nəzarət-təftiş şöbəsinin rəisi, 1997-ci ildən “Xəzərdənizneftdonanma” İdarəsində iqtisadiyyat üzrə rəis müavini, 2008-ci ildən Kompleks Qazma İşləri Trestində ümumi məsələlər üzrə rəis müavini, 2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində sədrin baş müşaviri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilmişdir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC rəhbərlikdə baş verən dəyişikliklə bağlı bu gün açıqlama yayıb. Açıqlamada deyilir ki, şirkətdə işin səmərəliliyini daha da artırmaq üçün kadr dəyişikliyi aparılıb. Zakir Əliyev Təchizat departamentinin rəisi vəzifəsinə təyin olunub. Departamentin əvvəlki rəisi Elman Qasımov və onun müavini Vüqar Allahverdiyev isə bundan sonra fəaliyyətlərini Layihələrin İdarəedilməsi departamentində davam etdirəcəklər. Amma əsas məsələ gizlədilir. Cəbrayıl Mahmudlunun qanunsuz əməlləri, Elman Qasımovun kimin himayəsində olması, onların nə qədər dövlət vəsaitlərini hansı üsullarla mənimsəmələri deyilmir.
Məsələn, ARDNŞ-in vitse-prezidentinin yerlisi olan Elman Qasımov elə onun himayəsindədir və demək olar ki, yetirməsidir. Bu adam təchizat şöbəsinin müdiri olana qədər çox kasıb olub, qohum-əqrəbasının köməyi ilə dolanıb. Lakin təchizat şöbəsinin müdiri vəzifəsinə keçəndən sonra əsl oliqarxa çevrilib.Əvvəllər neft kəmərləri ilə məşğul olub, deyilənlərə görə, boru kəmərlərini məhz E.Qasımovun nəzarəti altında kəsib-doğrayır və qara bazarda satırmışlar. Nəticəsi də pis deyil. E.Qasımov özünə saraylar ucaldıb, bahalı maşınlar alıb. Üstəlik bütün yaxın qohumlarını həmin şöbədə işə düzəldib... Cəbrayıl Mahmudlu da Elman Qasımova oxşar əməlləri ilə məşhurdur.
Redaksiyamıza yeni daxil olan məlumatları tam araşdırdıqdan sonra daha geniş məqaləni dərc edəcəyik. Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!