Arzu Rəhimov kadrının oğlunun ölüm işini prezidentdən gizlədir – Video/Təfsilat
Sosial
Oxunub: 446
7 noy 2018 | 12:45
Arzu Rəhimov kadrının oğlunun ölüm işini prezidentdən gizlədir – Video/Təfsilat














Oktyabrın 10-da Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən avtoqəzanıSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səfərbərlik hazırlığı və Səfərbərlik Baş İdarəsinin rəis müavini, polkovnik-leytenant Şaiq Məmmədovun oğlu Faiq Məmmədov törətsə də, azadlıqda gəzir. Bununla ikinci yol qəzasını törətmiş F.Məmmədovun işi ört-basdır olunur.

Cahan.info-ya verilən xəbərə görə, Xidmət rəisi Arzu Rəhimov kadrının oğlunun ölüm işini bağlamaq üçün xüsusi canfəşanlıq edib. Ona görə də əksər KİV bu haqda yazmadı.

İstintaq tərəfindən heç bir açıqlama olmadı, F.Məmmədov məsuliyyətə cəlb edilmədi. Görünür ki, bu hadisədə vəzifə səlahiyyətindən sui-istifadə edilib.

Şaiq Məmmədovun Arzu Rəhimovun çox yaxın adamı olduğu deyilir. Xidmət rəisi də istəməyib ki, dostunun oğlu həbsə getsin. Odur ki, mətbuat bu işin üstündən sükutla keçdi. Məqsəd hadisəni prezidentin diqqətindən kənarda saxlamaq, gizlətməkdir.

Çünki dövlət başçısı məmur balalarının qudurğanlığını bağışlamır və dəfələrlə bu mövzuda sərt xəbərdarlıqlar edib, cəzalar olub.

Ona görə də A.Rəhimov polkovnikin oğlunu qorumağa müvəffəq olmaqdadır. Ehtimal edilir ki, ölənin yaxınları da şikayət etməyiblər və iş ört-basdır olunub.

Daxili İşlər Nazirliyiyaydığı rəsmi məlumatda qəzaya düşən 99 RA 025 dövlət nömrə nişanlı, "Hyundai Sonata” markalı avtomobilin sürücüsünün polkovnikin oğlu olduğunu açıqlamışdı.

Məlumatda deyilirdi: oktyabrın 10-da saat 6 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Saray qəsəbə sakini Faiq Məmmədov idarə etdiyi "Hyundai” markalı avtomobili yol ayrıcısına vurub. Nəticədə xəsarət almış sərnişini, Sumqayıt şəhər sakini Rəcəb Rəsulzadə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Bildirilir ki, qəzaya düşən 99 RA 025 dövlət nömrə nişanlı, "Hyundai Sonata” markalı avtomobilin sürücüsü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səfərbərlik hazırlığı və Səfərbərlik Baş İdarəsinin rəis müavini, polkovnik-leytenant Şaiq Məmmədovun oğlu Faiq Məmmədovdur.

Sərnişini, Sumqayıt şəhər sakini Rəsulzadə Rəcəb Mikayıl oğlu isə keçmiş DYP işçisinin oğludur. Polkovnik saytımıza açıqlamasında “olub, olub da, işin-gücün yoxdur?!” deyib telefonu asmışdı. Görünür ki, Ş.Məmmədov üçün “olub, olub da” demək adidir. Nə də olmasa, ölüb, ölüb də, sağ qalan öz oğludur axı.

Cahan.info xəbər verir ki, A.Rəhimov keçmiş müavini Novruzəli Orucovun oğlunun avtobus şoferinə şillə vurması ilə gündəmə gəlmişdi. General istəmir ki, komandasındakı rütbəlilərin uşaqlarının ucbatından başı ağrasın. Amma burada ölüm faktından söhbət gedir və hələ də polkovinikin oğlu azadlıqdadır.

A.Rəhimov istəmirdi ki, yenidən məmur övladının harınlığı, adam ölümünə səbəb olan cinayəti ilə gündəmə gəlsin. Ona görə ilk gündən həm A.Rəhimov, həm Ş.Məmmədov informasiyanı boğmağa can atdılar, mətbuatın əksəriyyəti xəbəri yaymadı.

prezidentin dəfələrlə məmur övladlarına qudurğanlıq etməmək barədə xəbərdarlığı olub. Dövlət başçısı bildirib ki, harınlıq edən məmurun övladı həbs ediləcək, atası vəzifəsindən azad olunacaq. Və bu məlumatlar elə bir dövrə təsadüf edirdi ki, Xidmət rəisi Arzu Rəhimov ardıcıl ikinci zərbəni alırdı.

Çünki hadisədən iki həftə qabaq Qazaxın komissarı məhkəmədə 180 min manat verərək Gəncəyə komissar getmək istədiyini etiraf etmişdi.

Bu fakt Səfərbərlik Xidmətində vəzifələrə təyinatən rüşvətlə olduğunu təsdiqləyirdi.Ardınca Baş idarə rəisinin müavininin oğlu qəza törətməsi işləri düyünə saldı.

Dövlət başçısı bu tip halları kəskin surətdə tənqid edir və dəfələrlə xəbərdarlıq edib: “Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə.

Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.

Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ