Sakinlər adı qumar oyunlarında hallanan deputatı axtarır - İTTİHAM
Sosial
Oxunub: 430
7 noy 2018 | 15:30
Sakinlər adı qumar oyunlarında hallanan deputatı axtarır - İTTİHAM















Ağdaş sakinləri öz deputatlarını – 90 saylı Ağdaş seçki dairəsindən millət vəkili seçilmiş Cavid Osmanovu tapa bilməməkdən şikayətlənirlər. Rayon sakinləri Editor.az-a bildiriblər ki, millət vəkilinin təmsil etdiyi bölgədə bir sıra ciddi sosial problemlər mövcuddur:

“Lakin 2016-ci ildən deputat mandatı daşıyan Cavid Osmanov biz sakinlərin problemləri ilə maraqlanmır. Nəinki maraqlanmır, hətta bu şəxsin üzünü indiyədək demək olar ki, görməmişik. Sonuncu dəfə Prezident seçkiləri dövründə rayona gəldiyi haqqında xəbər eşitdik. Görüşməyə çalışsaq da buna nail olmadıq. İndiyədək bir dəfə də olsun seçiciləri ilə görüşməyən millət vəkili problemlərimizlə maraqlanmır, şikayətlərimizi dinləmir. Ona poçt vasitəsilə ünvanlandığımız məktubların çoxu da cavabsız qalıb.

Bütün günü televiziyaları izləyirik ki, bəlkə Milli Məclisin iclaslarında hər hansı çıxışına rast gələk. Amma indiyədək görə bilməmişik. Ayda ildə bir dəfə hansısa xəbər portalında yazısını , müsahibəsini oxuyuruq. Ağdaşda Cavid müəllimi tanıyanlar deyir ki, bu məqalələri jurnalistlərin köməyi olmasa özü təkbaşına yaza bilməz.

Ağdaşda əhalisi birmənali şəkildə Cənab Prezident İlham Əliyevi dəstəkləyir. YAP-ın Ağdaş rayon təşkilatının üzvlərinin sayı 20 min nəfərə çatır. Ancaq Milli Məclisə partiyanın namizədi kimi seçilən C.Osmanov öz fəaliyyətsizliyi ilə YAP-ın Ağdaşdakı nüfuzunu zədələyir” deyə, sakinlər iddia edir.

Editor.az-ın əməkdaşları deputat Cavid Osmanovun ünvanına səslənən ittihamlarla bağlı kiçik bir araşdırma aparıb. Əməkdaşlarımız araşdırma çərçivəsində son bir il ərzində millət vəkilinin sosial şəbəkələrdəki hesablarını, onun təmsil etdiyi Ağdaş rayon İcra Hakimiyyətinin saytını nəzərdən keçirib. Müşahidələr göstərib ki, deputatın ünvanına səslənən ittihamlarda həqiqət payı yüksəkdir. Sosial şəbəkələr və saytlarda 2018-ci ilin 9 ayı ərzində deputatın seçiciləri ilə görüşlərini və ya təmsil etdiyi dairədə keçirilən tədbirlərdə iştirakını əks etdirən hər hansı informasiyaya rast gəlinməyib.

Xatırladaq ki, Cavid Osmanov mətbuatın gündəminə hələ deputatlığa namizəd olduğu dönəmdən etibarən bir sıra qalmaqallı xəbərlərlə gəlib. Məsələn, Rubrika.az saytında dərc olunan bir məqalədə deputat saxta xəstəliklə hərbi xidmət keçməkdən yayınmaqda, adı qumar oyunlarında hallanmaqda ittiham olunur:

“Cavid Osmanov hərbi xidmət keçməyib, maraqlanan da yoxdur ki, o hansı xəstəliklə hərbi xidmət keçməyib.Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməmək üçün saxta xəstəliklə hərbi xidmət keçməkdən yayına bilib.Vətəninin , elinin-obasının qədrini bilməyən şəxsdən millət vəkili olmaz. Adı daima qumar oyunlarında halanan, seçki kompaniyasında ətrafına muzdlu adamları yığıb maşınlarla gur siqnal verərək küçələri gəzmək , proqramı, nüfuzu,hörməti, ali təhsili ən əsası isə mədəniyyəti olmayan adama kim səs verər ? Cavid Osmanovun Misirin Qahirə şəhərində ali təhsil almasına dair diplomu saxtadır.

Bu adam hətta Ağdaşda nüfuzlu şəxs olmuş Cümşüd Hacıyevin adına verilmiş küçənin adını da qərəzli olaraq dəyişdirib.Çünki Cümşüd Hacıyev sağlığında bir yaramaz hadisəyə görə Cavid Osmanovun atası malay Həmidin başındakı papağı götürüb yerə tullayıb ayaqlamışdır. Bunu isə ağdaşlılar heç vaxt unutmayıblar, çünki rayonda çox nüfuzlu insan olmuş Cümşüd Hacıyev haqlı olaraq bunu etmişdir.Buna görə də Cavid Osmanov vəzifə alan kimi həmin küçənin adını dəyişdirmişdir”.-deyə Rubrika.az saytı yazır.

Barəsində səslənən ittihamlarla bağlı deputat Cavid Osmanovun da fikirlərini dərc etməyə hazırıq. \\editor.az\\
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası