Gələn il qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi daha da gücləndiriləcək” — Samir Şərifov
Sosial
Oxunub: 412
13 noy 2018 | 17:46
Gələn il qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi daha da gücləndiriləcək” — Samir Şərifov















"Azərbaycan Respublikasının 2019-cu il icmal və dövlət büdcələrinin layihələri “Büdcə sistemi haqqında” Qanundan irəli gələn tələbləri, Prezident İlham Əliyevin müəyyən etdiyi ölkənin strateji inkişaf prioritetləri və sosial iqtisadi siyasət hədəfləri, qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla tərtib olunub".
Bu sözləri Milli Məclisdə çıxış edən maliyyə naziri Samir Şərifov deyib.

O, bildirib ki, büdcə sənədinin əsas xüsusiyyətləri yeni büdcə qaydasına uyğun hazırlanıb. Dövlət gəlirlərinin formalaşmasında neft gəlirlərindən diskal çərçivədə istifadəsini hazırlayır.

Nazir əlavə edib ki, dünya əmtəə bazarlarında neftin qiyməti ilə bağlı müşahidə olunan müəyyən sabitləşmə və artım proseslərinin ölkə iqtisadiyyatına müsbət təsiri ehtimal olunsa da, regiondaki iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri nəzərdən qaçırılmamalıdır. Belə ki, qonşu ölkələr və əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması Azərbaycan manatının məzənnəsinin dəyərlənməsinə təzyiqləri artırır. Bu isə bir tərəfdən yerli istehsalçıların ixrac rəqabətliliyinin azalması, digər tərəfdən isə idxalın artımı risklərini aktuallaşdırır.

Samir Şərifov əlavə edib ki, yuxarıda sadalanan xarici mənşəli makro iqtisadi təhdidlərin ölkə iqtisadiyyatına sirayət etməsinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas prioritetlərindən biri kimi gündəlikdə durmaqdadır. Bununla əlaqədar büdcənin sabitliyi və orta müddətli dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsinin tərtibindən başlayaraq növbəti illərin icmal və dövlət büdcələri yeni qəbul edilmiş büdcə qaydasına uyğun olaraq hazırlanacaq. Qaydanın tətbiqi neft qiymətlərinin qalxması və enməsi zamanı büdcənin daha dayanıqlı olmasını hədəfləyir.
İcmal büdcənin xərcləri 27 milyard 372 milyon manat, dövlət büdcəsinin xərcləri isə 24 milyard 780 milyon manatdır. Dövlət Neft Fondundan transfert isə 11 milyard 364 milyon manat müəyyən edilir.

Gələn il icbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiqi məqsədilə yekun hazırlıq işləri həyata keçiriləcək. Sistemin bütün ölkə üzrə tətbiqinə isə 2020-ci ildən başlanması gözlənilir. 2019-cu ildə icbari tibbi sığortaya 224 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda, icbari tibbi sığortanın həyata keçirilməsi üçün müəyyən vəsaitlərin xüsusi fondda toplanılması məsələsinə baxılacaq. Aqrar sektorun dəstəklənməsi davam edəcək. 2019-ci ildə bu sahəyə 835 milyon manat ayrılır. Kənd təssərrüfatı sahəsində vergi güzəştləri daha 5 il qüvvədə saxlanılacaq. Dövlət tərəfindənm kənd təsərrüfatına supsidiyalar 540 milyon manat olacaq. Kiçik və orta biznesə 30 milyon manat nəzərdə tutulub. Qeyri neft məhsullarının icracının stimullaşdırılması üçün 27 milyon manat nəzərdə tutulur. Turizimin inkişafı məqsədinə 63 milyon manat nəzərdə tutulur. Bütün bunlar sahibklarlığın aktivləşməsinə xidmət edir”.

Nazir söyləyib ki, 2019-ci ildə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədilə 262 milyon manat ayrılıb ki, bu ötən illə müqayisədə 7 faiz çoxdur:

“Şəhid ailələrinə birdəfəlik yardım üçün nəzərdə tutulan vəsaitin təmin edilməsinə 50 milyon manat ayrılıb. Əhalinin siyahıya alınamsı üçün 23 milyon manat, bələdiyyə seçkiləri üçün 54 milyon manat nəzərdə tutulub”.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi