Əhəd Abıyev Kərəm Həsənovla təkbətək döyüşür – filiz kombinatı...
Sosial / Dunya
Oxunub: 1 079
15 noy 2018 | 14:42
Əhəd Abıyev Kərəm Həsənovla təkbətək döyüşür – filiz kombinatı...














Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sədri Kərəm Həsənovla Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin taladığı, metallarını daşıyıb satdığı Daşkəsən filiz kombinatı rayonun icra hakimi Əhəd Abıyevin nəzarətinə keçir

Cahan.info xəbər verir ki, uzun müddətdir bu kombinat uğrunda açıq mübarizə gedirdi və Ə.Abıyev dövlət başçısının keçirdiyi konfransda da məsələni qaldırmışdı. O zaman E.Vəliyevlə K.Həsənov cütlüyünə gücü çata bilməyən Ə.Abıyevin cəhdləri boşa çıxırdı, hətta mediada məsələni gündəmə gətirməsi fayda vermirdi.

Gələn xəbərlərə görə, E.Vəliyevin vəzifədən gedişindən sonra Ə.Abıyev kombinatın K.Həsənovdan alınması üçün yenidən hərəkətlənib. Bir müddət əvvəl kombinatın dəmirləri Vəliyevin Gəncədəki təzə bazarına daşınırdı. Daşkəsənin icra başçısı isə ona bata bilmirdi.

İndi dayaqları zəifləməkdə olan və həm MTN işi, həm E.Vəliyevlə qohumluğa görə əlaqələri sarsılan K.Həsənova prezidentin etimadı azalmaqdadır, Ə.Abıyev də vəziyyətdən istifadə etmək üçün çırmanıb. “Daşkəsən Filiz Saflaşdırma”nın özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) səlahiyyətindədir.

Xatırladaq ki, “Daşkəsən Filizsaflaşdırma” ASC-də sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında Prezident İlham Əliyevin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə müəssisə özəlləşdirilmək məqsədi ilə ƏMDK-nın balansına verilib.

Amma komitə kombinatın özəlləşdirilməsinə şərait yaratmır. Ə.Abıyevin bu işdən mənfəəti odur ki, özəlləşdirmə gedəcəyi halda Daşkəsəndə yerləşən filiz kombinatında öz payını götürəcək.Əhəd Abıyev istəyir ki, "Baku Cteel Company" zavodunun rəhbəri Rasim Məmmədov kombinata rəhbərlik etsin.

Zavod 2001-ci ildə "Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi” məqsədi ilə "Daşkəsən Filizsaflaşdırma" ASC-nin özəlləşdirilməsinə qərar verilib və Azərbaycan Polad İstehsalı Kompleksinin tərkibindən çıxarılıb. 2016-cı ildə zavod Əmlak Məsələləri Dövlət Komitəsinin balansına keçirilib.

İndi də hər iki qurumun rəhbəri Daşkəsən filiz zavoduna iddialı olduğu üçün açıq mübarizəyə başlayıblar. Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Rasim Məmmədovu dəstəkləməsi isə əslində mübarizəni qızışdırıb.

Cahan.info xəbər verir ki, Ə.Abıyev K.Həsənovla açıq mübarizəyə girişməkdən ehtiyat edir. Eyni zamanda məsələnin Prezident Administrasiyasının diqqət mərkəzinə gəlməsinə qarşıdır.

O, özünə yaxın mətbuatı qabağa verərək R.Məmmədovun əli ilə kombinatın özəlləşdirilməsinə can atır. Lakin K.Həsənov da kiçik fiqur deyil və xeyli zamandır ki, filiz kombinatının komitənin balansından çıxarılması mümkün olmur.

Kombinatın keçmiş direktoru Ələddin Sadıqovun filizi Gürcüstana su qiymətinə daşıyıb satması haqda informasiyaların da Abıyevə yaxın kanallardan sızdığı, nəhayətdə vəzifəsindən kənarlaşdırılmasına nail olduğu iddiaları var.

Yada salaq ki, məsələ ilə bağlı unikal.org-a danışan Əhəd Abıyev demişdi: “Daşkəsən Filiz Zavodunun işləməsi daşkəsənlilər üçün çox vacibdir. Çünki orada 3 minə yaxın insan çalışır və bu da əhalinin yaxşı yaşaması deməkdir.Rasim Məmmədovun orada tez-tez göüründüyünü və işçilərə yardımlar etdiyini eşitmişəm”.

Son zamanlar Ə.Abıyevin mövqelərinin gücləndiyi və hücuma keçdiyi haqda xəbərlər gəlməkdədir. Buna səbəb kombinatın özəlləşməsi tərəfdarı olmayanların mövqelərinin zəifləməsidir. İddialar var ki, Ə.Abıyev fürsətdən sui-istifadə edir.

Cenubxeberleri.com komitənin 8 saylı Ərazi İdarəsinin Masallı rayon şöbəsinin rəisi Cəfər Gözəlovun tutduğu vəzifədən azad edildiyini yazmışdı.

Onun öz ərizəsi ilə işdən çıxmasını vurğulayan sayt iddia edirdi ki, bu günlərdə şöbədə ciddi yoxlama aparılıb.

Elə bu yoxlamaların da şöbə müdirinin ərizə yazıb, işdən getməsinə səbəb olduğu ehtimal olunur. Cəfər Gözəlovdan boşalan posta hələlik təyinat olmayıb.Vəzifəsi ilə vidalaşan C.Gözəlov Daşkəsənin icra başçısı Ə.Abıyevin bacısının həyat yoldaşıdır.

Bu da əslində, komitə sədri ilə icra başçısı arasında münasibətlərin yeni müstəvidə gərginləşməsi ilə müşayiət olunub.Verilən məlumata görə, K.Həsənovla Ə.Abıyevin davası Daşkəsəndəki filiz kombinatından başlanır.

Daşkəsən Filizsaflaşdırma Kombinatının direktoru rayonu çapıb talayır. Rayonda dəmir filizi mədəninə direktorluq edən Ələddin Sadıqov yeraltı sərvətlər hesabına malikanələrə, bahalı avtomobillərə sahiblənib.

Ə.Sadıqov Bakıda üçotaqlı mənzil, Gəncədə üçmərtəbəli villa və ticarət məntəqəsi, Daşkəsənin Xoşbulaq yaylağında 12 sotluq bağ evinə malikdir. Bu mal-mülkə yiyələnən Ə.Sadıqov məhz dəmir filizindən gələn milyonların hesabına varlanıb.Ə.Sadıqov Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin adamıdır.

Kərəm Həsənov bu regionda Filizsaflaşdırma Kombinatına öz kadrını yerləşdirməklə filiz yataqlarını alt-üst etməkdədir.Kombinat direktoru Ə.Sadıqov isə K.Həsənovdan savayı heç kimə hesabat vermir. Hətta icra başçısını belə hesab verəcəyi subyekt saymır.
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO