Əli Həsənovla bağlı ŞOK MƏLUMAT - 2 milyard manat mənimsəyib
Sosial
Oxunub: 363
15 noy 2018 | 16:11
Əli Həsənovla bağlı ŞOK MƏLUMAT - 2 milyard manat mənimsəyib















"Qaçqınkom”da aparılan yoxlama nəticəsində müdhiş maxinasiyalar üzə çıxıb.

Prezident seçkilərindən sonra Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən çıxarılan Əli Həsənov ciddi problemlə üzləşib. Sabiq komitə sədrinin ötən dövrdəki fəaliyyəti araşdırılıb və külli miqdarda yeyintiyə yol verdiyi üzə çıxıb.

Bu barədə "Unikal” qəzetinə məlumat verən mənbənin sözlərinə görə, üzə çıxan maxinasiyalar Ə.Həsənovun milyonlarla deyil, daha böyük məbləğdə dövlət vəsaitinin mənimsədiyini sübuta yetirib. Məlumatlı şəxs onu da bildirib ki, həm köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına ayrılan pullardan, eləcə də mənzil tikintisindən ümumilikdə 2 milyard manat vasait "yoxa çıxıb”.

Müsahibimizin sözlərinə görə, məsələ Prezidentin də nəzarətində olduğundan bu günə kimi həyata keçirilən bütün layihələrin detalları araşdırılıb:

"Bildiyiniz kimi, Prezident bu məsələ ilə bağlı sonuncu müşavirədə də sərt reaksiyasını verdi. Xüsusən də mənzil tikintisi və paylanması prosesində mövcud neqativliklərə toxundu. Məlum çıxışdan sonra ciddi yoxlama aparılır və nəticə həqiqətən də dəhşətlidir. Əslində, Əli Həsənovla bağlı narazılıqlar xeyli müddətdir davam edirdi. Bir müddət öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində baş verən neqativliklərlə bağlı mediada və parlamentdə müzakirələr gedirdi. Hətta deputatlar Çingiz Qənizadə və Hikmət Babaoğlu da bu məsələ ilə bağlı rezonans doğuran açıqlamalar vermişdilər. Deputat Çingiz Qənizadə məcburi köçkünlərin işıq, qaz, su ödənişlərinin mərkəzləşmiş qaydada edilməsinin korrupsiyaya yol açdığını bildirmişdi. O, konkret faktlarla çıxış edərək bildirmişdi ki, 2012-2015-ci illər ərzində 100 minlərlə manat dövlət vəsaiti məcburi köçkünlərin kommunal xidmətlərinin ödənməsi adı altında yoxa çıxıb, bu faktlar Hesablama Palatasının hesabatlarında da öz əksini tapmışdı”.

Xatırladaq ki, məcburi köçkünlərin işıq, qaz və sudan istifadəsində güzəştlər, yəni müəyyən limit var. Həmin ödənişləri isə xidmət təşkilatlarına dövlət büdcəsindən ayırmalar hesabına mərkəzləşmiş qaydada "Qaçqınkom” həyata keçirir. Araşdırmalar zamanı isə bəlli olub ki, təkcə 2014-cü ildə "Qaçqınkom”da bu məsələdə 250 min manat civarında yeyinti mövcuddur. Amma bu rəqəm qısa müddəti əhatə edirdi. Yəni, uzun illəri hesablasaq, rəqəmlər həqiqətən çox böyükdür. Yəni, ümumilikdə, bu ilin aprelinə qədər həyata keçirilən layihələrdən də külli miqadarda vəsait mənimsənilib.

Onu da nəzərə çatdıraq ki, Əli Həsənovun fəaliyyətinin araşdırılması zamanı üzə çıxan 2 milyardlıq yeyinti ilə bağlı ciddi cəzalandırmanın olacağı gözlənilir.
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır