“İcra başçısı məndən 30 min manat istəyir” — Adil Əliyev
Sosial
Oxunub: 445
16 noy 2018 | 13:21
“İcra başçısı məndən 30 min manat istəyir” — Adil Əliyev














“Vəzifə anlayışı hər kəs üçün fərqlidir. Vəzifəyə oturan insan artıq göylərlə əlləşir”.
Bu sözləri musavat.com-un canlı yayımına qatılan deputat Adil Əliyev deyib.

Onun sözlərinə görə, vicdanlı və öz işinin öhdəsindən layiqincə gələn məmurlar var: “Hansılar ki, kişi kimi bu dövlətə xidmət edirlər. Cənab prezident nə etməlidir? Bu məmurları vəzifəyə təyin edib. İcra başçısı var ki, mənim özümdən bir qapının açılması üçün 30 min manat pul istəyir. İnsanlarımız bu gün müxtəlif problemlərlə müraciət edirlər. Dostumuz, sinif yoldaşımız, əsgərlik yoldaşımız, qohumumuz var. Çevrəmiz genişdir. Bu və ya digər problem üçün bizə müraciət edirlər. Amma bir icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör sadə vətəndaşdan nə istəyir?”
A.Əliyev sözügedən icra başçısının adını çəkməsə də, onun cəzalandırılması üçün müvafiq qurumlara müraciət etdiyini deyib. Müsahib millət vəkili olaraq məmura müraciət etməməyə çalışdığını bildirib: “Qoy mənim dostum məndən incisin. Amma mən məmurlara müraciət etməməyə çalışıram. Vicdanlı məmurlar da çoxdur aralarında. Millət vəkillərinin sorğusuna da cavab verirlər. Vətəndaşların problemlərinə də həssaslıqla yanaşırlar. Amma arada olan bu insanlar məmur adına da ləkə gətirir”.

Deputat söhbət zamanı zaman-zaman mətbuatda barəsində yayılan söhbətlərə də aydınlıq gətirib. Xüsusən də Çexiyada özünə mülk alması iddialarından danışan A.Əliyev aşağıdakıları vurğulayın: “Bəzən böyük maliyyə maxinasiyalarını, dövlətin malına göz dikənləri bir kənara qoyub deyirlər ki, filankəs özünə ev alıb xaricdə. Bu gün maşın alverçisi də ev alır, ev alverçisi də maşın alır. Mənim haqqımda da deyirdilər ki, Çexiyada ev alıb. Adil Əliyev nə vaxt dövlətin cibinə girdi, nə vaxt büdcəni taladı? Çexiyada ikiotaqlı ev almaq Sulutəpədən ucuzdur. Bu gün ev alqı-satqısı ilə məşğul olan istənilən adam özünə nəinki Çexiyada, Londonda da ev ala bilər. Mən bu gün adamlar tanıyıram ki, ev alveri, maşın alveri ilə məşğul olurlar, heç bir savadları da yoxdur, amma millət vəkillərindən daha yaxşı imkanlara malikdir. Kim deyir ki, özünə ev tikib satmaq biznesdir? Mən özümə ev tikib satıram. Bu, nə vaxtdan biznes olub? Burada bahalaşıb, gedib o biri tərəfdə almışam. Sonra o tərəfdə də ev bahalaşıb, o biri tərəfdə almışam. Mən nə vaxt şirkət qursam, özümə işçilər tutsam, onlara məvacib versəm, onda deyərlər ki, mən biznes qurmuşam”.
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində