Vüsal Şildlerin qatilinin anası deputata "qazdığı quyuya" düşdü - Təfərrüat/Video
Sosial
Oxunub: 480
16 noy 2018 | 14:14
Vüsal Şildlerin qatilinin anası deputata "qazdığı quyuya" düşdü - Təfərrüat/Video














Bir müddətdir ki, sifətini heç kəsin görmədiyi Xəzangül Məmmədova adlı vətəndaş peyda olaraq, bir-iki xəbər portalını əlində maşaya çevirib millət vəkili Adil Əliyevə qarşı iddialar səsləndirməkdədir.

X.Məmmədova hesab edir ki, Bakının 7-ci mikrorayon ərazisində yerləşən 100 sotluq yer onundur, A.Əliyev əlindən alıb, Mehriban xanım Əliyevanın adından sui-istifadə edib, öz qaynanasının adına rəsmiləşdirib və “Çıraq plaza” adlı şadlıq evi tikdirib.

Deputata atılan çamur...

Cahan.infoxəbər verir ki, bu faktı təsdiqləyən heç bir rəsmi sənəd və dəlil ortaya qoymayan X.Məmmədova torpağın sahibinin A.Əliyevlə əlaqəsini sübut edə bilmir.

Yəni, havadan danışan və hüquqi əsaslarla meydana çıxmayan Xəzangül xanım ərazinin yiyəsinin həqiqətən deputatın qaynanası olub-olmadığına dair real fakt təqdim etməyib.

Üstəgəl, Mehriban xanımın adından sui-istifadə etmək olarmı? Yəqin ki, normal məntiqə sahib insan öz üçün nəticə çıxarır.

Deputatı hədəf alan X.Məmmədova 2007-ci ildə Binəqədi bələdiyyəsinin 168 nömrəli qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi alıb. Madam ki, iş belədir, Xəzangül xanım bələdiyyədən haqqını tələb etməlidir.

Axı nə sənədlərdə A.Əliyevin adı keçir, nə torpağın sahibinin deputatın yaxını olduğunu təsdiqləyən fakt var.

Ədliyyə Nazirliyi , Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədovun 30.05.2014-cü il tarixdə Binəqədi bələdiyyəsinə göndərdiyi məktuba nəzər salaq;

2004-2007-ci illərdə vətəndaş Xəzangül Xəlil qızı Məmmədovaya, Sahil Zahir oğlu Hüseynova, Dəyanət Ənvər oğlu Seyidəliyevə və Aygün MMM-ə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış torpaq sahələri ilə bağlı sorğunuza Bələdiyyələrlə iş mərkəzində baxılmışdır.

Bildiririk ki, Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci və 2-ci hissələrinə görə dövlət mülkiyyətindəki torpaqlar, qanunvericiliklə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.

Həmin maddənin 4-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində Nazirlər Kabineti həyata keçirir.

Ona görə də, Binəqədi bələdiyyəsi tərəfindən 2004-2007-ci illərdə vətəndaş Xəzangül Xəlil qızı Məmmədovaya, Sahil Zahir oğlu Hüseynova, Dəyanət Ənvər oğlu Seyidəliyevə və Aygün MMM-ə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahələrinin ayrılması barədə qərarları ləğv edilməlidir”.

Ağsu icra başçısı oğlu bu işdə...

Bu məsələdə diqqət çəkən iki nüans var: birincisi, qərarlar rəsmi şəkildə ləğv olunub və qanunla torpaq sahələri istənilən adama icarəyə verilə bilər.

Yəni, heç bir torpaq zəbt edilməsindən söhbət gedə bilməz. İkincisi, Dəyanət Ənvər oğlu Seyidəliyev adına fokuslanmaq yerinə düşür. Ə.Seyidəliyev Ağsu rayon icra başçısıdır və sabiq nazir Səlim Müslümovun dayısıdır.

O zaman nəzəri olaraq hesab etsək ki, deputat Adil Əliyev torpaq sahəsini zəbt edib və qaynanasının adına sənədləşdirib, deməli icra başçısının oğlunun da ərazisini ələ keçirib.

Belə çıxır ki, Binəqədi rayonunda dərəbəylikdir, A.Əliyev də qolçomaqdır, haranı istəsə ələ keçirir, həm icra başçısının oğlunun, həm iş adamının yerini əlindən alır.

Bu da günümüzün reallığında absurddur. Ən azı başçı oğlu atasından və nazir işləmiş bibisi oğlundan dəstək ala bilərdi, deputatla mübarizə aparardılar.

Ona görə də ən yaxşı halda iddiaçılar bələdiyyəni ittiham edə bilər və onları məhkəməyə verə bilər. Çünki millət vəkilinin adının “A” hərfi belə keçməyən işlə əlaqələndirmək qeyri-ciddidir.

Bundan başqa, bəs niyə Ə.Seyidəliyevin oğlu ortaya çıxıb şikayət eləmir? Nə üçün Xəzangül Məmmədova özü də mətbuata çıxaraq kimliyini açıqlamır? Yeri gəlmişkən, onun kimliyi haqda əldə etdiyimiz məlumatı az sonra təqdim edəcəyik. İndisə...

Absurd: Konstitusiya Günü adı ilə Adil Əliyevə qarşı tədbir...

İndisə Cahan.info məlumat verir ki, əli hər yerdən üzülmüş X.Məmmədova noyabrın 13-də böyük şou təşkil edir. Tədbir Beynəlxalq Mətbuat Mərkəzində keçirilir.

Amma X.Məmmədova özü mətbuat konfransında iştirak eləmir və yataq xəstəsi olması ilə izah edilir. Tədbirin təşkilatçıları BMM rəhbərliyinə Konstitusiya Günü ilə bağlı toplantı olacağını bildirirlər. Təbii ki, 12 noyabrdan bir gün sonra belə tədbir keçirilməsi gülməlidir. Ən azı bir gün əvvəl keçirilsəydi, məntiqlə başa düşmək olardı.

BMM rəhbərliyinə yalan danışan tədbir təşkilatçılarının sən demə məqsədi deputata qarşı çıxışlar etmək imiş.

Amma məsələdən xəbərsiz olan bir qrup media təmsilçisi, QHT nümayəndələri kimi təqdim olunan tədbir iştirakçıları böyük şounun bir parçasına çevrilirlər.

Tədbirdə 10 dəqiqə çıxışdan sonra konfransın mövzusu 180 dərəcə dəyişir və nə Konstitusiya, məhz A.Əliyev hədəfə alınır. Deputatın əleyhinə çıxış edənlərdən biri də “bakupress.az” adlı saytın rəhbəri olan Şəfəq Ağacan olur.

O, millət vəkilinin ünvanına olmazın ağır ifadələr, hədyanlar və təhqirlər səsləndirir. Bundan sonra X.Məmmədovanın “məşədi ibad” məclisinə oxşayan mətbuat konfransında ara qarışır, məzhəb itir.

Toplantıda yerdən kimsə buna etiraz edir, Ş.Ağacan ona cavab verir, bir başqası qarışdurmaya qoşulur, kimisi deputatın tərəfini saxlayır, kimisi əleyhinə çıxır.

Sonra məlum olur ki, deputatdan yana olanlar da Xəzangül xanımın şousunun ssenariləşdirilmiş personajları imiş.

Bu qarşıdurma tədbirdə iştirak eləmiş jurnalist Teymur Kərimovun video süjetində tam çılpaqlığı ilə öz əksini tapıb.

Eyni zamanda tədbirin belə olacağından bixəbər jurnalistlərdən biri - Reportyor.info-nun rəhbəri Arifə Əliyeva da feysbukdakı canlı yayımda baş verənlərin təfsilatını açıqlayıb, deputat Adil Əliyevə qarşı düzəldilmiş “proqramı” ifşa edib.

Jurnalistin canlı yayımda dediyinə görə, hər şey Şəfəq Ağacanın deputatın əleyhinə danışmasından başlayıb. Tədbir iştirakçıları ona jurnalist olduğunu xatırladıblar və mövqe bildirməyin yolverilməz olduğunu bildiriblər.

BMM-ə kələk və kabab qonaqlığı

Amma Ş.Ağacan deputata dəfələrlə zəng etdiyini, lakin qarşı tərəf kimi danışmadığını söyləyib. Halbuki, peşəkar medianın nümayəndələri təsdiqləyər ki, Milli Məclisdə mətbuata açıq olan 10 deputat varsa, biri Adil Əliyevdir.

Hər zaman müsahibələr, açıqlamalar verir, zəngləri açır, vətəndaşların problemlərini dinləyir, seçiciləri ilə görüşlərdən qaçmır.

Bu halda Ş.Ağacan görəsən kimə zəng edib ki, telefonu açmayıb? Hətta deputat müxalifyönlü medianın da açıq suallarını cavablandırmaqdan imtina etməyib.

Onu da deyək ki, BMM əməkdaşları tədbirin mövzusunun dəyişdirilməsindən xəbər tutaraq toplantıya gəliblər, yalanın üstünü açıblar, konfrans yarımçıq qalıb.

Jurnalist Arifə Əliyeva canlı yayımda təəssüflə bildirib ki, onu narahat edən medianın bu məsələdən maşa kimi istifadə olunmasıdır.

Baş redaktor tədbirin məqsədinin A.Əliyevlə bağlı olduğunu bilməyib: “Mən məlumatsızam ki, bu məsələdə deputat haqlıdır yoxsa qarşı tərəf.

Bizə deyilib ki, Konstitusiya Günü ilə bağlı QHT-lər və s. birgə tədbir keçirir. Tədbirin gedişində görürük ki, mətbuatdan istifadə edilib, başqa mövzudan danışırlar.

Biz onların oyununun qurbanı olmuşuq. Hər şey bir tərəfə, mən həmin gün “20 Yanvar” yaxınlığında bir dostumla görüşə getmişdim. Nə görsəm yaxşıdır?

Həmin tədbirdə bir-birini qıranlar restoranda yeyib-içirlər, deyib-gülürlər, bayram edirlər. Deməli, şou təşkil olunub. Məni görcək məclisə dəvət etdilər, bildirdim ki, mənim peşə fəaliyyətim sizin getdiyin yolla üst-üstə düşmür”.

“Oazis”ə dəvət və qətl işi...

Cahan.info xəbər verir ki, bütün bu qalmaqalın, saxta toplantının və Xəzangülün maliyyəsi hesabına təşkil edilmiş qonaqlığın ifşa olunması məsələnin mahiyyətini ortaya qoyur.

Üstəlik, gələn xəbərlərdə məlum olur ki, X.Məmmədovanın “vəkili” kimi çıxış edən Ş.Ağacan jurnalist kimi mövqe öyrənmək üçün deputatı “Oazis” restoranına dəvət edib.

Təbii ki, millət vəkili getməyib və sual yaranır ki, jurnalist deputatla müsahibə üçün görüş yerini niyə restoranda təyin edir?

A.Əliyeva mediaya açıq deputatdır, hər bir müxbir ona zəng edəndə hörmətlə qarşılayır və suallara cavab verir, telefonu asmır.

Və təkrar olaraq qeyd edirik ki, bələdiyyədən rəsmi açıqlama bəlli, icra başçısının oğlunun da adının keçməsi məlum, deputata aid bir fakt yox və Xəzangül xanım görəsən nə istəyir?

Ən nəhayət, yuxarıda verdiyimiz anonsun sirrini açırıq. Bu hadisələrdən sonra aydın olur ki, Xəzangül Məmmədovanın üzə çıxmaması oğluna görədir.

Məlumatlar var ki, onun oğlu 5 il əvvəl qətlə yetirilən Vüsal Şildler işinə görə həbs edilib. Vüsalın qətlində təqsirləndirilənlərdən biri onun oğlu olub və bu səbəbdən ona yaxın bir-iki jurnalisti qabağa verib, özü kənarda dayanır. Vəssalam, hər şey ortadadır, qoy oxucular özləri qiymət versinlər...

Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR