Hamam məhlə içində… – Sakinlər buxardan boğulur, Yasamalda acınacaqlı durum/ FOTO
Sosial
Oxunub: 601
19 noy 2018 | 18:30
Hamam məhlə içində… – Sakinlər buxardan boğulur, Yasamalda acınacaqlı durum/ FOTO














Yeni Yasamal 2, bina 1 ünvanında yerləşən yaşayış binasının düz qarşısında böyük hamam tikilib.
BakuPost xəbər verir ki, yaşayış binasının həyətinə açılan “Osmanlı” hamamı orada yaşayan sakinlərin narazılığına səbəb olub. Sakinlər məsələ ilə bağlı saytımıza şikayət edərək bildiriblər ki, hamamdan çıxan xoşagəlməz hava və buxar onların evlərinə dolur, ətraf mühitin havasının isə ciddi şəkildə korlanmasına səbəb olur.
Əhali həm də hamama gedib-gələnlərin əlindən bezar olub. Belə ki, hamama gələnlər maşınlarını binanın həyətində park edir ki, bu da sakinlərin gediş-gəlişinə mane olur. Onlar yaşadıqları binanın həyətində hamama gələn maşınlar səbəbindən öz maşınlarını park edə, rahat gəzə bilməməkdən şikayətçidirlər.

Hamam məhlə içində… – Sakinlər buxardan boğulur, Yasamalda acınacaqlı durum/ FOTO







Bina sakinləri qeyd edir ki, sözügedən tikilinin hələ özülü atılanda onlar məsələ ilə bağlı aidiyyəti qurumlara şikayət ediblər. O vaxt tikilinin hamam olacağından xəbərsiz olublar. Buna baxmayaraq, yeni tikilinin onlar üçün hər mənada sıxıntı yaşadacağını əvvəlcədən görərək, şikayət üçün dövlət qurumlarının qapısını döyüblər. Amma şikayətləri nəticəsiz qalıb və tikili sonda “Osmanlı” hamamı kimi fəaliyyətə başlayıb.
BakuPost-un əməkdaşı yaşayış yerinə bu qədər yaxın məsafədə hamam tikilməsinin ətraf mühitə zərərlərini öyrənmək üçün mütəxəssisə müraciət edib. Ekoloq Möhsün Qurbanov deyib ki, bu kimi obyektlərdən ətrafa təmizlənməmiş hava buraxılması ciddi problemdir: “Hazırda restoran, kafelərdən havaya atılan qazlarla bağlı məsələ qaldırılıb. Sahibkarlardan filter quraşdırılması tələb olunur. Həmin məsələ bura da şamil edilə bilər. Hardasa yanma qurğusu varsa və yanma məhsulları təmizlənməmiş ətrafa buraxılırsa, bu, ətraf mühitə ciddi ziyan vurur, atmosfer havasının keyfiyyətini aşağı salır.
Əgər bilavasitə yaxınlıqda yaşayış yeri varsa, yayılma şəraitinin necə olduğuna baxmaq lazımdır. Binaların lap arasındadırsa, hava uzun müddət həmin çevrədə, həmin mühitdə qala bilirsə, əlbəttə pis təsir edir. Müəyyən konsentrasiyalar var. Monitorinq aparılmalıdır. Birdən-birə həmin hamamdan havaya zərərli qaz atıldığını demək düzgün olmaz. Həm də yerləşmə yeri əhəmiyyət kəsb edir axı. Bəlkə küləkli zonada yerləşir, şimal küləyi oradakı havanı götürüb harasa aparır, bunlara baxmaq lazımdır.

Hamam məhlə içində… – Sakinlər buxardan boğulur, Yasamalda acınacaqlı durum/ FOTO







İstənilən halda əgər üzvi yanacaq yandırılırsa, yanma məhsulları böyük miqdarda ətrafa yayılırsa, orada yaşayan insanlara, yaşayış mühitinə mənfi təsir göstərir”.
Ekoloq qeyd edib ki, monitorinq aparıldıqdan sonra həmin hamamdan havaya lazım olduğundan artıq miqdarda zərərli maddə atdığı təsdiq olunarsa, hamam həm cərimə edilməli, həm də barəsində tədbir görülməlidir.
“Restoran, kafelərdə tətbiq olunan filter məsələsi hamam təsərrüfatı üçün də tətbiq edilsə, yaxşı olardı”, – deyə M.Qurbanov əlavə edib.

Hamam məhlə içində… – Sakinlər buxardan boğulur, Yasamalda acınacaqlı durum/ FOTO









Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova BakuPost-a açıqlamasında deyib ki, sözügedən ərazidən hava nümunələri götürüləcək və analiz olunacaq: “Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları hamamın yerləşdiyi ərazidən hava nümunələri götürəcək. Əgər atmosferə atılan tullantıların miqdarı normadan artıq olarsa, o zaman nazirlik tərəfindən həm hamam, həm də rəhbərliyi barəsində tədbir görüləcək”.
Məsələ ilə bağlı Yasamal İcra Hakimiyyətinin mətbuat xidmətindən BakuPost-a bildiriblər ki, sakinlər şikayət etsə, əraziyə baxış kecirilə, müvafiq addımlar atıla bilər: “Həmin hamamla bağlı icra hakimiyyətinə heç bir şikayət daxil olmayıb. Əgər sakinlər şikayət etsə, məsələ araşdırılar”.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE