Rusiya XİN əsir və girovların dəyişdirilməsi təklifini dəstəklədi
Sosial
Oxunub: 422
24 noy 2018 | 16:30
Rusiya XİN əsir və girovların dəyişdirilməsi təklifini dəstəklədi















Dilqəm Əsgərovun oğlu: “Atamın azad olunacağına inanıram”



Erməni əhali Azərbaycanın əsirlərin “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsi təklifini əsirlərin dəyişdirilməsi fürsəti kimi qiymətləndirərək, hökumətə təzyiq etməyə başlayıblar. Artıq baş nazir əvəzi Nikol Paşinyan qeyri-standart vəziyyətlə üzləşib. Xalqın adamı olduğunu iddia edən Paşinyan hər necə olmasa, öz xalqının tələbinə gec-tez, adekvat cavab vermək zorundadır.



Azərbaycanın əsirlərin dəyişdirilməsi təklifinə Rusiyadan reaksiya verilib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 22-də keçirdiyi brifinqdə deyib ki, Rusiya Ermənistanla əsirlərin qarşılıqlı şəkildə dəyişdirilməsi ilə bağlı Azərbaycan tərəfinin təşəbbüsünü təqdir edir, lakin bunun reallaşması üçün müəyyən işlər görülməlidir.



Jurnalistin “bir müddət əvvəl Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə "hamının-hamıya" prinsipi üzrə Ermənistanla bütün əsirlərin qarşılıqlı şəkildə dəyişdirilməsi kimi sülhpərvər təşəbbüslə çıxış edib. Və beynəlxalq qrup məsələ ilə bağlı tərəflərin görüşünü planlaşdırmışdı. Lakin Ermənistan əsirlərin bu prinsip üzrə qaytarılmasından imtina edir. ATƏT-in Minsk qrupunun həmsədri kimi Moskva İrəvanın bu addımını necə şərh edərdi?" sualına Zaxarova belə cavab verib: “Bilirsiniz, biz tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kimi başlıca vəzifəyə uyğun olan istənilən anlaşmanı təqdir edirik. Lakin anlaşmalar razılığı və bu razılığa nail olunması istiqamətində işləri nəzərdə tutur. Ona görə də bu cür təşəbbüslər çox yaxşıdır, amma onların razılaşmaya çevrilməsi üçün işlər görülməlidir.



Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, girovlarla bağlı Rusiyanın nəhayət ki, konkret mövqe ortaya qoyması vacib şərtdir. Rusiyanın Ermənistana təsir imkanlərı genişdir, Moskva istəsə bu məsələnin tezliklə müsbət həllinə nail olunar: “Ermənistan rəhbərliyi bu günlərdə əsirləri dəyişmək fikrində olmadığını bəyan etdi. Onların Azərbaycan tərəfindən verilən humanist təşəbbüsə qarşı çıxmaları hamı tərəfindən, hətta Avropa qurumları təfindən də pislənildi. Hesab edirəm ki, Rusiya bir qədər sərt mövqedə dayanarsa, məsələ mübət həllini tapa bilər. Ermənistanda da əsirlərin dəyişdirilməsi ilə bağlı tələblər səslənib, hətta Azərbaycan tərəfində saxlanılan erməni diversantı Karen Kazaryanın qaytarılması tələbilə aksiya da keçırılib. Ona görə də əsir və girovların dəyişdirilməsi məsələsinin ölü nöqtəsindən tərpənəcəyinə və Dilqəmlə Şahbazın nəhayət azadlığa qovuşmasına ümidlər çoxdur. İstisna deyil ki, parlament seçkilərindən sonra Nikol Paşinyan əsirlər məsələsində mövqeyində dəyişiklik edə bilər”.



Kəlbəcərli girov Dilgəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da yaxın gələcəkdə atasının və Şahbaz Quliyevin Ermənistandan geri alınacağına inanır: “Ölkə başçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində mən əminəm ki, atam Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni girovluğundan azad ediləcəklər. Ailəmizin ümidi hələ də var ki, onlar geri qaytarılacaqlar. Bu yaxınlarda mətbuatdan oxudum ki, Paşinyan girovların dəyişdirilməsindən imtina edib. Atamgilin Kəlbəcərə getməkdə tək məqsədləri öz doğmalarının qəbirlərini ziyarət etmək olub. Mənim atam kəşfiyyatçı və diversant olmayıb, sadəcə, mülki adam olub və anasının məzarını ziyarət etmək üçün doğma kəndinə getmişdi.



Əvəzində onlar 4 il 5 aydır ki, qanunsuz olaraq girov saxlanılırlar və vəhşicəsinə işgəncələrə məruz qalırlar. Paşinyan öz açıqlamasında bildirir ki, guya onlar cinayətkardılar, ora gələrək hansısa qanunsuz əməllər törədiblər. Lakin atamgil öz doğma torpaqlarında cinayət törətməyiblər. Doğmalarının məzarını ziyarətə getmək cinayət deyil. Ermənistan hökuməti, Paşinyan atamgili cinayətdə günahlandırır, özlərinin etdiklərini isə gizlədirlər. Həsən Həsənovu vəhşicəsinə qətlə yetirdilər. Bunu niyə dilə gətirmirlər? Halbuki onun heç bir günahı yox idi. Qoy Ermənistan buna cavab versin, Həsən Həsənovun ölümündə kimi həbs etdilər, kim cavab verdi? Atam hansı cinayəti törədib, hansı qətldən söhbət gedir? Paşinyan əsirlərin azad olunmasında konstruktiv və humanist mövqe ortaya qoymadıqca onun öz ölkəsində ona münasibət get-gedə pisləşəcək. Son günlər baş verənlər də bunun əlamətidir”.
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası