“Araz” Supermarketlər şəbəkəsi yeni filialını açmaq üçün rüşvət verməkdə ittiham olunur
Sosial
Oxunub: 589
26 noy 2018 | 15:00
“Araz” Supermarketlər şəbəkəsi yeni filialını açmaq üçün rüşvət verməkdə ittiham olunur















“Veysəloğlu” şirkətinə məxsus “Araz” Supermarketlər şəbəkəsi S.S. Axundov 3C ünvanında yeni filialını açmaq üçün “Prestij” MTK sakinlərinə rüşvət verdiyi iddia edilir. Buna səbəb kimi marketin bir neçə sənədinin yerində olmaması və bina sakinlərinin buna etirazı göstərilib.

Minval.info xəbər verir ki, marketin içində fəaliyyət göstərəcək şirniyyat bölməsi üçün havalandırma sisteminin çəkilməsinə görə şikayət edən bina sakinlərinin onlardan rəsmi sənəd tələb etdiyi bildirilir.

“Havalandırma sisteminin çəkilməsi üçün Fövqaladə Hallar Nazirliyindən (FHN) təhlükəsizlik kağızı və aidiyyatı qurumlardan sağlamlıq kağızı olmalıdır. Gətirib qonşu pəncərənin altına sənədsiz, icazəsiz havalandırma bacasının qoymaq olmaz. Oradan çıxacaq havanın insan sağlamlığına zərərsiz olduğu haqda sənəd olmalıdır. Bundan başqa təhlükəsizliyi üçün (partlayış, yanğın və s.) nazirlikdən sənəd olmalıdır. Market bundan boyun qaçırır” – deyə bina sakinləri bildirib.

İddiaya görə, şirkətin satınalma direktoru bina sakinləri ilə razılığa gəlmək üçün onlara rüşvət təqdim edib. Belə ki, market, icazəsiz və qanuna zidd əməli üçün binaya 20 ədəd nəzarət kamerası, binanın ön girişinə şlaqbaum və mühafizəçi üçün binanın arxa tərəfinə nəzarət otağı yerləşdirməyi təklif edib. Bu təkliflə razılaşan bina sakinləri hazırda 20 ədəd kameranı market rəhbərliyindən alıb.

Bəzi bina sakinləri isə bunu qəbul etməyərək rəsmi sənəd tələb etməkdə israr etsələr də, şirkətin bunlara məhəl qoymadığı qeyd edilir.

Məsələ ilə bağlı şirkətin maketlərinin mətbuat xidmətinin rəhbəri Billurə Əmirova minval.info-ya açıqlamasında iddiaların əsassız olduğunu və artıq marketin fəaliyyət göstərdiyini söyləyib.

“Açılışda sakinlərin özləri də iştirak ediblər. “Araz” supermarketi ətrafda yaşayan sakinlərə böyük məmnuniyyətlə xidmət göstərir. Rüşvət faktından, 20 ədəd kamera məsələsindən söhbət gedə bilməz. Sadəcə, mağazanın təhlükəsizliyi üçün marketin ətrafına kameralar quraşdırmışıq. Orada şlaqbaum yoxdur. Biz obyekti mülk sahibindən bütün qayda-qanunla icarəyə götürmüşük. Şikayətlərin hamısı əsassızdır. Burada əvvəllər də market fəaliyyət göstərib. İlk vaxtlar sakinlər mağazada olacaq təndirin səsinə və qoxusuna görə narazıydılar. Biz səsboğucu cihazlar quraşdırdıq. Həmçinin qoxuya görə yaxın gələcəkdə lazım olan addımlar atılacaq. Bunun üçün filtr quraşdırılacaq”.

Müşahidə kameralarının bloku. Artıq bina komendantına təqdim olunduğu və komendantın otağında çəkildiyi bildirilir.

“Araz” Supermarketlər şəbəkəsi yeni filialını açmaq üçün rüşvət verməkdə ittiham olunur“Araz” Supermarketlər şəbəkəsi yeni filialını açmaq üçün rüşvət verməkdə ittiham olunur“Araz” Supermarketlər şəbəkəsi yeni filialını açmaq üçün rüşvət verməkdə ittiham olunur
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb