Sahildəki villaların hər birinin qarşısında dənizin içərisinə doğru dəmir borular basdırılır
Sosial
Oxunub: 1 530
25 iy 2014 | 09:32
Bakının Pirşağı çimərliyi qədimdən narın qumu ilə məşhurdur. Müstəqillik illərində çimərlik ərazisindən min tonlarla qum tikinti meydanlarına daşınsa da, son dövrlərdə buna son qoyulub. Amma çimərlik ərazisində çoxsaylı problemlər qalmaqdadır. "Amerikanın səsi xəbər verir ki, çimərlik "çəpərləmə dövrünü yaşayır. Dəniz sahili kilometrlərlə hasarlanıb. Hasarlanma bir yana, sahil ərazisi Azərbaycan qanunvericiliyinin əksinə olaraq bölünüb.

Son günlərdə kimlərsə çimərlik ərazisinə qalın polad borular töküb. Ekskovatorlar həmin 4 metrlik boruları dənizin içərisinə doğru basdırmaqda davam edir. Yəni, hər bir villanın qənşərində dənizin içərisinə doğru dəmir borular basdırılır.

Xatırladaq ki, 2003-cü il yanvarın 13-də prezident Heydər Əliyev "Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

"Son vaxtlar vətəndaşların Azərbaycan Prezidentinin Icra Aparatına daxil olan çoxsaylı müraciətlərindən aydın olur ki, bir sıra yerlərdə Xəzər dənizinin sahilboyu zolaqları altında olan torpaqlar yerli əhalinin maraqları və ictimai ehtiyacları, habelə həmin sahələrin dövlətin müstəsna mülkiyyətində olması nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilib. Həmin torpaq sahələrində bağ evləri və digər obyektlər inşa edilib, dənizin içinədək hündür hasarlar çəkilib. Bununla da əhalinin dəniz sahilinə gediş-gəlişi xeyli dərəcədə məhdudlaşdırılıb, - deyə sərəncamda qeyd olunurdu.
Sahildəki villaların hər birinin qarşısında dənizin içərisinə doğru dəmir borular basdırılır
H.Əliyev vətəndaşların Xəzər dənizi sahillərində çimərlik və istirahət hüququnun maneəsiz gerçəkləşdirilməsini təmin etmək məqsədilə Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Bakı və Sumqayıt şəhərləri, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Abşeron, Salyan, Neftçala, Lənkəran, Masallı və Astara rayonlarının icra hakimiyyəti başçılarına tapşırmışdı ki, Xəzər dənizi sahilinin 130 metrlik zolağında yerləşən torpaqların inzibati və ya məhkəmə qaydasında, hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınmasını təmin etsinlər.
Azərbaycan hökuməti prezidentin sərəncamını icra etmək əvəzində 5 il sonra Milli Məclisdə dəniz sahilindəki 130 metrlik zolağın "20-50" metrlik zolaqla əvəzlənməsinə nail oldu. Dövlət başçısı Ilham Əliyev 2008-ci il dekabrın 2-də Torpaq islahatı haqqında" qanuna, Torpaq Məcəlləsinə və Inzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanunu imzaladı.

Qanunda artıq dəniz sahilinin dövlət məqsədləri üçün istifadəsinə icazə verilib.

Sənəddə deyilir ki, qanundan "dövlət məqsədləri üçün sözləri çıxarılsın: "Istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərtilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlana bilər.

Bir sözlə, hökumət 2008-ci ildən yenidən çəpərlənməyə yol açıb. Amma çəpərlər artıq dənizin içərisinə hücum etməkdədir...

http://xalqxeber.az
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?