Hadi Rəcəbli: "143 manatın normal rəqəm olduğunu deməmişəm"
Sosial
Oxunub: 481
29 noy 2018 | 22:30
Hadi Rəcəbli: "143 manatın normal rəqəm olduğunu deməmişəm"














Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sosial şəbəkələr və mətbuatda barəsində yayılan məlumatlara münasibət bildirib.
O, “Report”a açıqlamasında deyib ki, parlamentin noyabrın 27-də keçirilən plenar iclasında 2019-cu il üçün yaşayış minimumu ilə bağlı söylədiyi fikirlər təhrif edilib.

H.Rəcəblinin sözlərinə görə, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib: “Bu da 2018-cil illə müqayisədə 13 manat artıqdır. Bu artım 17 min insanın ünvanlı dövlət sosial yardıma cəlb edilməsinə kömək edəcək. Mən demişəm ki, nəzərdə tutulan məbləğin 13 manat artması yaxşıdır. Deməmişəm ki, 143 manat normal rəqəmdir... Yazılarda rəqəmləri səhv veriblər. Yaşayış minimumu 143 manat həddində müəyyən edilməyib axı, 180 manatdır. Bir daha qeyd edirəm, 143 manat olması nəzərdə tutulan ehtiyac meyarıdır. Mən, hətta yaşayış minimumunun artırılmasını da təklif etmişəm”.
“Biz ehtiyac meyarının ləğv olunmasını istəyirik. Çünki ehtiyac meyarı yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir. Bu, göstərici deyil. Bu təklifimi parlamentin sədri Oqtay Əsədov da bəyənib” - deputat bildirib.

H.Rəcəbli qeyd edib ki, bir neçə dəfə ölkədə minimum əmək haqqının yaşayış minimumuna çatdırılmasını təklif edib: "Təkliflərim həyata keçərsə, inqilabi dəyişikliklər olar".
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək