Nazirlikdən vergilərlə bağlı açıqlama: “Sərt addımlar atılacaq”
Sosial
Oxunub: 366
3 dek 2018 | 16:30
Nazirlikdən vergilərlə bağlı açıqlama: “Sərt addımlar atılacaq”
















“Gəlir vergisi üzrə güzəşt nəticəsində büdcə ciddi şəkildə itkilərə məruz qalmayacaq. Hətta ən optimist ssenarilər üzrə getsə, gəlir vergisi üzrə hər hansı itki olmayacaq”.

“Report”un verdiyi xəbərə görə, bunu Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bu gün keçirdiyi brifinqdə deyib.

“Gəlir vergisinin 8 min manatadək olan hissəsinin vergidən azadolunmasının maliyyə tutumu dedikdə, yalnız itkiləri hesablasaq, bunu rahat demək olar. Lakin nəzərə alsaq ki, bu daha çox qeyri-şəffaf və ya real əmək münasibətlərinin rəsmiləşdirilmədiyi şəraitdə verilən güzəştdir, biz hesab edirik ki, burda büdcə ciddi şəkildə itkilərə məruz qalmayacaq. Hətta ən optimist ssenarilər üzrə getsə, gəlir vergisi üzrə hər hansı itki olmayacaq. Əksinə əmək münasibətləri rəsmiləşdiriləcək, yüksək əmək haqları hesabına daxilolmalarda da hər hansı ciddi itkilər olmayacaq” ,- deyə o vurğulayıb.

O bildirib ki, bütövlükdə şəffalığın təmin olunması,vergidən yayınmanın qarşısının alınması üçün bütün istiqamətlərdə vergi inzibatçılğı və vergi nəzarəti tədbirlərində qanundan irəli gələrək kifayət qədər sərt addımlar atılacaq.

Baş direktor icarədən gəlir əldə edən şəxslərin vergiyə cəlb olunması ilə bağlı da məlumat verib. “Əgər icarəyə verən şəxs hüquqi şəxsdirsə, həmin şəxslər əldə etdikləri icarə haqlarından mənfəət vergisi ödəməlidirlər. Əgər icarəyə verən şəxs vergi ödəyici olmayan fiziki şəxsdirsə, ondan icarəyə götürən sahibkar tərəfindən ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmaqla vergilər ödənilir. Vergi Məcəlləsinin 14-cü maddəsi və müvafiq olaraq 124-cü maddəsinə əsasən icarə haqqından gəlirlərə də bazar qiymətlərinin tətbiqi nəzərdə tutulur. Yəni, vergi orqanı vergi nəzarəti tədbiri zamanı əgər icarədən gəlir əldə edən şəxslərin gəlirlərinin azaldılmasına dair mənbəyi bəlli məlumata malik olarsa və ya bazar qiymətinin tətbiqinə hər hansı əsas yarandığı halda bazar qiymətləri tətbiq olunmaqla icarə haqqından gəlirləri hesablamaq hüququna malikdir. Bu, bu gün də qüvvədə olan qanundan irəli gələn vergi orqanının hüququdur”.

Qeyd edək ki, parlamentin təsdiqlədiyi Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aylıq əməkhaqqı 8 000 manatadək olduqda 0 səviyyəsində, əməkhaqqı 8 000 manatdan çox olduqda isə 8 000 manatdan çox olan məbləğin 14% həcmində müəyyənləşdirilir. Yeni yanaşmanın 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur.
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR