Səlim Müslümovun verdiyi SAXTA ƏMR: Məleykə Abbaszadə hara baxır?
Sosial
Oxunub: 476
4 dek 2018 | 13:00
Səlim Müslümovun verdiyi SAXTA ƏMR: Məleykə Abbaszadə hara baxır?















Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vəzifədən getsə də, onun qoyduğu "iz”lər hələ də qalmaqdadır

Redaksiyamıza daxil olan məlumat isə Səlim Müslümovun nazir olduğu vaxt qanunları necə pozduğu, dövlət qulluqçularına necə "divan” tutduğunu bir daha sübut edir.

Məlumata görə, S. Müslümov 2017-cı ilin 19 yanvarında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi labarotoriyasının müdüri P. Abbasov haqqında eyni gündə üç əmr imzalayıb.

Əmrlər üç fərqli məzmunda eyni gündə və eyni qeydiyyat nömrəsi ilə verilib. Halbuki, "Dövlət qulluğu haqqında” qanun bunu qadağan edir. Qanunun 25-ci maddəsinə əsasən dövlət qulluqçusu haqqında yalnız bir inzibati tənbeh verilə bilər. Səlim Müsəlümovun bir gündə üç fərqli məzmunlu əmr verməsi isə heç bir qayda-qanuna uyğun deyil. Qanuna görə keçmiş nazir P. Abbasov haqqında heç bir əsası olmayan saxta əmr verib.

Əldə etdiyimiz məlumata görə, S. Müslümov P. Abbasovu hədə-qorxu ilə işdən çıxarmaq istəyində olub deyə bir günün içində üç əmr imzalayıb. Ya da bu təsir vasitəsi Səlim Müslümovun xəbəri olmadan onun komandası və ona yaxın olan şəxslər tərəfindən hazırlanıb. Çünki bu "rəngarəng” əmrin imzalanması hər şeyi məlum edərək çox mətləblərdən xəbər verir.

Bununla S. Müslümov həm də Əmək Məcəlləsini pozub. Məcəllənin 69/7-ci maddəsinə deyilir: "İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq.

Redaksiyanın sorğusuna cavab olaraq bildirildi ki, bu hadisə keçmiş nazirin vaxtıda olub, P. Abbasov da öz ərizəsi ilə işdən çıxıb.

P.Abbasovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.

Bu qanunsuzluqda Dövlət İmtahan Mərkəzinin (DİM) laqeydliyi də aydın görünür. Çünki DİM və onun rəhbəri Məleykə Abbaszadənin əsas vəzifəsi dövlət qulluqçularının hüquqlarının qorunmasıdır. P. Abbasov nümunəsi DİM-in öz vəzifəsini yerinə yetirmədiyi və dövlət qulluqçularına laqeyd münasibət sərgilədiyini göstərir.

Əldə etdiyimiz məlumata görə, dövlət qulluqçuları belə hallarla tez-tez qarşılaşır. Hətta yüzlərlə saxta əmrlərin verildiyi, rəhbər şəxslərin dövlət qulluqçuları ilə qanuna zidd hərəkət etdiyi barədə kifayət qədər məlumatlar var. DİM bu hallar qarşısında susur.(miq.az)
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ