Əcəb nazirlikdir: Sahil Babayev dörd vətəndaşı və medianı ələ salıb, yoxsa...?
Sosial
Oxunub: 423
5 dek 2018 | 13:00
Əcəb nazirlikdir: Sahil Babayev dörd vətəndaşı və medianı ələ salıb, yoxsa...?















Sizə 4 real faktı təqdim edəcəyik. Onları xatırlatmaqda məqsəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin necə işləməsindən oxucuları agah etməkdir.

Həmin sübutlar və müraciətlərlə tanış olduqda yeni nazir Sahil Babayevin və nazirliyin iş sisteminin nədən ibarət olduğunu görəcəksiniz.

Birincisi, Cahan.info saytı Hacıqabulun Rəncbər kənd sakini Seymur Abdullayev Firudin oğlunun nazir S.Babayevə müraciətini yaymışdı.

Vətəndaş ah-nalə çəkir, işsiz qaldığını bildirir, çarəsiz vəziyyətə düşdüyünü deyir, işlə təmin olunmasını xahiş edir.

Bir qədər sonra Ucar sakini Xəyyam Rəhmatulin Rafiq oğlunun eyni problemlə bağlı nazirə müraciətini işıqlandırırıq. Ucarlı gənc valideynlərin pensiyası ilə ağır vəziyyətdə yaşamaqdan təngə gəldiyini və ona iş verilməsini istəyir.

Çox çəkmir ki, Masallının Miyakü kənd sakini olanAğayeva Bağçagül Canəli qızının əri tərəfindən elektron poçtumuza müraciət daxil olur. B.Ağayeva 15 il olar ki, böyrək çatışmazlığından əziyyət çəkir, ona əlillik pensiyası verilmir.

Komissiyada ona bildirilib ki, bir böyrəyi olana pensiya düşmür.Əcəb ölkədir, əcəb komissiyadır. Gərək Bağçagül xanım ikinci böyrəyini də çıxarsın, onda pensiya versinlər?

Ən nəhayət, Bərdədə küçə süpürən gözdən əlil qadın Nazilə Musayevanın qandonduran müraciətlərini ardıcıl olaraq yayımlayırıq.

Övladı ilə parkda gecələyən və küçə süpürməklə aldığı 123 manatla dolanan Naziləni bu ağır həyatdan xilas etmək lazımdır.

Və yuxarıdakı vətəndaşların müraciətləri ilə bağlı nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Cahan.info ilə əlaqə saxlayaraq, xahiş edir
ki, bundan sonra işsiz, əlil, sosial təminat problem olan vətəndaşların müraciətlərini ictimailəşdirməyə ehtiyac yoxdur, bizə yönəldin, köməklik göstərək. Necə deyərlər, kor nə istəyir, iki göz, biri əyri, biri düz…

Biz də sevinirik, cənab S.Babayevin işlədiyini, vətəndaşların problemlərinə biganə qalmadığını düşünürük. Odur ki, hətta Masallı sakininin müraciətini yaymadan, Ucar və Hacıqabul sakinlərinin də şikayətləri daxil olmaqla hamısını F.Talıblıya göndəririk.

Təki vətəndaşların problem həllini tapsın, işsiz, evsiz, pensiyasız insanlara yardım olunsun. Ancaq sən saydığını say, gör nazirlik nə sayır.

Əvvəlcə Ucar sakini Məşğulluq Mərkəzinə dəvət olunur, amma ona iş verilmir. Ardınca Hacıqabul sakini davamlı olaraq bizə yazmağa başlayır ki, nazirlik vədinə əməl etmir, hələ də işsizdir.

Ardınca Masallıdan oxşar xəbər alırıq, bir böyrəklə yaşayan yaşlı qadının əlillik pensiyası problemi həllini tapmayıb.

Eləcə də günlərdir ki, müstəqil jurnalist Xəyyam Salmanzadənin mediada və sosial şəbəkələrdə müraciətini yaydığı küçə süpürən gözdən əlil N.Musayevanın ürəkparçalayan mənzərəsinə laqeydlik davam edir.

Hətta sabiq gürcü prezidenti Saakaşvili də sosial mediadan Nazilənin videosuna baxaraq, reaksiya vermişdi.

Görəsən, nazirliyin, mətbuat xidmətinin bizdən bu xahişlərinin məqsədi nə idi?Beləcə, bir tərəfdən Cahan.info şikayətçilərin qarşısında başıaşağı vəziyyətdə qalır, digər tərəfdən onların problem həllini tapmır.Hörmətli S.Babayev və nazirliyin məsul şəxsləri median ələ salır yoxsa vətəndaşların hissləri ilə oynamağı xoşlayır?

Biz Hacıqabulun Rəncbər kənd sakini Seymur Abdullayev, Ucar sakini Xəyyam Rəhmatulin, Masallının Miyakü kənd sakini olan Ağayeva Bağçagül xanımın müraciətlərini F.Talıblıya yönəltdik, yazıların yaymını dayandırdıq ki, əsas onlara köməyi dəysin. Ancaq bizi də, vətəndaşları da aldadaraq vədə əməl etmirlər.

Bəs bu nazirliyin funksiyası nədən ibarətdir? Bəlkə ekologiya yaxud aqrar sahədə işləyirlər, xəbərimiz yoxdur?! Nə üçün küçə süpürən əlil qadına yardım əli uzadılmadı? Bu qədər çətindir?

Türkiyə mediası belə yazdı, bank hesabı açıldı, xaricdəki soydaşlarımızdan müəyyən dəstək gəldi, ancaq nazirlik tərəfindən heç bir tədbir görülmədi.

Belədirsə, hörmətli F.Talıblı əlaqəl saxlayaraq yazıların niyə ictimailəşdirilməyib nazirliyə yönəldilməsini istəmişdi? Ümidvarıq ki, suallarımıza cavab veriləcək...
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO