Bu da Sahil Babayevin iş üslubudur... - GİLEY
Sosial
Oxunub: 442
6 dek 2018 | 15:30
Bu da Sahil Babayevin iş üslubudur... - GİLEY















Sizə 4 real faktı təqdim edəcəyik. Onları xatırlatmaqda məqsəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin necə işləməsindən oxucuları agah etməkdir.

Həmin sübutlar və müraciətlərlə tanış olduqda yeni nazir Sahil Babayevin və nazirliyin iş sisteminin nədən ibarət olduğunu görəcəksiniz.

Birincisi, Cahan.info saytı Hacıqabulun Rəncbər kənd sakini Seymur Abdullayev Firudin oğlunun nazir S.Babayevə müraciətini yaymışdı.

Vətəndaş ah-nalə çəkir, işsiz qaldığını bildirir, çarəsiz vəziyyətə düşdüyünü deyir, işlə təmin olunmasını xahiş edir.

Bir qədər sonra Ucar sakini Xəyyam Rəhmatulin Rafiq oğlunun eyni problemlə bağlı nazirə müraciətini işıqlandırırıq. Ucarlı gənc valideynlərin pensiyası ilə ağır vəziyyətdə yaşamaqdan təngə gəldiyini və ona iş verilməsini istəyir.

Çox çəkmir ki, Masallının Miyakü kənd sakini olanAğayeva Bağçagül Canəli qızının əri tərəfindən elektron poçtumuza müraciət daxil olur. B.Ağayeva 15 il olar ki, böyrək çatışmazlığından əziyyət çəkir, ona əlillik pensiyası verilmir.

Komissiyada ona bildirilib ki, bir böyrəyi olana pensiya düşmür.Əcəb ölkədir, əcəb komissiyadır. Gərək Bağçagül xanım ikinci böyrəyini də çıxarsın, onda pensiya versinlər?

Ən nəhayət, Bərdədə küçə süpürən gözdən əlil qadın Nazilə Musayevanın qandonduran müraciətlərini ardıcıl olaraq yayımlayırıq.

Övladı ilə parkda gecələyən və küçə süpürməklə aldığı 123 manatla dolanan Naziləni bu ağır həyatdan xilas etmək lazımdır.

Və yuxarıdakı vətəndaşların müraciətləri ilə bağlı nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı redaksiyamız ilə əlaqə saxlayaraq, xahiş edir
ki, bundan sonra işsiz, əlil, sosial təminat problem olan vətəndaşların müraciətlərini ictimailəşdirməyə ehtiyac yoxdur, bizə yönəldin, köməklik göstərək. Necə deyərlər, kor nə istəyir, iki göz, biri əyri, biri düz…

Biz də sevinirik, cənab S.Babayevin işlədiyini, vətəndaşların problemlərinə biganə qalmadığını düşünürük. Odur ki, hətta Masallı sakininin müraciətini yaymadan, Ucar və Hacıqabul sakinlərinin də şikayətləri daxil olmaqla hamısını F.Talıblıya göndəririk.

Təki vətəndaşların problem həllini tapsın, işsiz, evsiz, pensiyasız insanlara yardım olunsun. Ancaq sən saydığını say, gör nazirlik nə sayır.

Əvvəlcə Ucar sakini Məşğulluq Mərkəzinə dəvət olunur, amma ona iş verilmir. Ardınca Hacıqabul sakini davamlı olaraq bizə yazmağa başlayır ki, nazirlik vədinə əməl etmir, hələ də işsizdir.

Ardınca Masallıdan oxşar xəbər alırıq, bir böyrəklə yaşayan yaşlı qadının əlillik pensiyası problemi həllini tapmayıb.

Eləcə də günlərdir ki, müstəqil jurnalist Xəyyam Salmanzadənin mediada və sosial şəbəkələrdə müraciətini yaydığı küçə süpürən gözdən əlil N.Musayevanın ürəkparçalayan mənzərəsinə laqeydlik davam edir.

Hətta sabiq gürcü prezidenti Saakaşvili də sosial mediadan Nazilənin videosuna baxaraq, reaksiya vermişdi.

Görəsən, nazirliyin, mətbuat xidmətinin bizdən bu xahişlərinin məqsədi nə idi?Beləcə, bir tərəfdən redaksiyamız şikayətçilərin qarşısında başıaşağı vəziyyətdə qalır, digər tərəfdən onların problem həllini tapmır.Hörmətli S.Babayev və nazirliyin məsul şəxsləri median ələ salır yoxsa vətəndaşların hissləri ilə oynamağı xoşlayır?

Biz Hacıqabulun Rəncbər kənd sakini Seymur Abdullayev, Ucar sakini Xəyyam Rəhmatulin, Masallının Miyakü kənd sakini olan Ağayeva Bağçagül xanımın müraciətlərini F.Talıblıya yönəltdik, yazıların yaymını dayandırdıq ki, əsas onlara köməyi dəysin. Ancaq bizi də, vətəndaşları da aldadaraq vədə əməl etmirlər.

Bəs bu nazirliyin funksiyası nədən ibarətdir? Bəlkə ekologiya yaxud aqrar sahədə işləyirlər, xəbərimiz yoxdur?! Nə üçün küçə süpürən əlil qadına yardım əli uzadılmadı? Bu qədər çətindir?

Türkiyə mediası belə yazdı, bank hesabı açıldı, xaricdəki soydaşlarımızdan müəyyən dəstək gəldi, ancaq nazirlik tərəfindən heç bir tədbir görülmədi.

Belədirsə, hörmətli F.Talıblı əlaqəl saxlayaraq yazıların niyə ictimailəşdirilməyib nazirliyə yönəldilməsini istəmişdi? Ümidvarıq ki, suallarımıza cavab veriləcək… \\editor.az\\
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb