Səhiyyə Nazirliyindən daha bir GİLEY - DƏRMAN QITLIĞI...
Sosial
Oxunub: 417
7 dek 2018 | 22:49
Səhiyyə Nazirliyindən daha bir GİLEY - DƏRMAN QITLIĞI...















Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 29, mənzil 12-də yaşayan Məmmədov Araz Nəsrəddin oğlu onkoloji xəstəliyin müalicəsi üçün tələb olunan dərmanların Azərbaycanda olmamasından şikayətçidir.

Cebhe.info-ya müraciət edən şikayətçinin sözlərinə görə, 2013-cü ildə prostat vəzinin bədxassəli şişi xəstəliyinə tutulub. Həkimlər müalicəsinin Azərbaycanda mümkün olmadığını deyib və buna görə həmin ilin sentyabrında ağır vəziyyətdə Almaniyanın Mannheim şəhərindəki “Uniklinika”ya aparılıb. Orada olduğu zaman şişin artıq yayıldığı bildirilib və təcili əməliyyat olunub. Əməliyyat zamanı prostat vəzi və limfa düyünlərinin əksəriyyəti çıxarılıb: “Bu əməliyyata görə 30 min avro ödəməli oldum. Həkimlər əməliyyatdan sonra bildirdilər ki, hər 3 aydan müayinə və müalicə olunmalıyam. 2014-cü ilin oktyabrında yenidən əməliyyat edildim. Bu dəfə də daimi nəzarətdə saxlanmalı olduğum bildirildi və olduqca bahalı müalicə kursu yazıldı. Həkimlərin yekdil rəyi bu oldu ki, ildə 4 dəfə müvafiq prosedurları keçməli, "Bikalutamed" adlı dərmanı gündəlik olaraq istifadə etməliyəm. 90 günlük dərman 3500 avrodur. "Firmagen 80 mg" iynəsi ayda bir dəfə vurulmalıdır. Bu isə ayda 500 avro deməkdir. Ancaq bunlar da tam müalicə kursu deyildi. Əlavə yoxlamalara, analizlərə ehtiyac yaranırdı. 2013-cü ilin mayından 2018-ci ilin mayınadək məni müalicə edən həkim tərəfindən gündəlik istifadə üçün bu bahalı dərman və iynə yazılıb. Bundan başqa hər 6 aydan bir ümumi bədən PCT vasitəsilə də yoxlanılır ki, bu da 3500 avrodur. Bu ilin mayından həkimlər müalicə metodikasını dəyişiblər. Analizlər bunu vacib edib. İndi mənə başqa dərman qəbulu tapşırılıb. "Zytiga 500" dərmanından istifadə etməliyəm ki, bu dərmanın da bir qutusunun qiyməti 3500 avrodur. 90 gün üçün 4 qutu tələb olunur”.

Araz Məmmədov bildirib ki, özünün və yaxın qohumlarının müalicəni davam etdirmək üçün maddi imkanı tükənib. Müalicəni dayandırmaq isə pis nəticə verə bilər. Buna görə də Səhiyyə Nazirliyinə müraciət edərək sözügedən 2 dərman vasitəsinin əldə edilməsinə kömək istəyib:

“Hər şeyimizi satmışıq, amma müalicəni qarşılamaq daha mümkün olmur. Son 2 ildə bütün imkanlarım tükənib. Bu müalicəni götürmək artıq mənim imkanım xaricindədir. Müalicəni dayandırmaq isə fiziki məhvolmadır. Xərçəng xəstələri pulsuz müalicə edilir. Dövlət büdcəsindən hər il bu məqsədlə külli miqdarda vəsait ayrılır. Ancaq dərmanlar üçün Səhiyyə Nazirliyinə müraciət edəndə bildirilir ki, ölkədə dərman yoxdur. Mən səhiyyə naziri Oqtay Şirəliyevdən bunun səbəbini soruşmaq istəyirəm ki, xərçəng xəstələrinin müalicəsi ölkədə aparıla bilmirsə, ən azından onları dərmanla təmin etmək olmaz? Büdcədən vəsait ayrılır. Dünyada xərçəng xəstələri üçün təsirli olan müalicə üsulları, məxsusi dərmanlar var ki, onları ölkəyə gətirmək lazımdır. Bəlkə də gətirilir, sadəcə bizim kimi xəstələrə verilmir. Belə münasibətə görə də xəstələr xaricə qaçır. Görəsən, bundan Oqtay Şirəliyevin xəbəri var? Hər halda bununla maraqlanmalıdır, çünki səhiyyə naziri odur”.

Şikayətçinin sözlərinə görə, dərman təminatı ilə bağlı bu ilin noyabrında Səhiyyə Nazirliyinə müraciət edib. Ordan müraciət Milli Onkologiya Mərkəzinə yönləndirilib. Ancaq mərkəzin baş həkimi Azad Kərimlinin imzasıyla daxil olan cavab məktubunda ölkəmizdə sözügedən dərman preparatlarının olmadığı vurğulanıb:

“İndi nə mən, nə ailəm nə edəcəyimizi bilirik. Bunun sonu ölümdür, çünki mənim dərmanları almağa imkanım yoxdur. Ölkəyə isə bu dərmanlar gətirilmir ki onkoloji xəstələrə verilsin”.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 2006-cı il 20 dekabr tarixli 266 nömrəli qərarı ilə Azərbaycanda onkoloji xəstələrin dərman vasitələri ilə təminatı, onların cərrahiyyə əməliyyatından polikimyəvi terapiyasına qədər müalicəsi pulsuzdur. Bura sıra müalicəsi almaq, o cümlədən ağrıkəsici vasitə kimi narkotik vasitələrdən pulsuz istifadə də daxildir.
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"