Qalmaqalla işdən çıxarılan icra başçısının başı yenə dərddə - cinayət işi açıldı
Sosial
Oxunub: 479
12 dek 2018 | 20:30
Qalmaqalla işdən çıxarılan icra başçısının başı yenə dərddə - cinayət işi açıldı














İnşaat sektorunda yol verilmiş qanun pozuntularının qarşısının alınması, bu sahədə aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə tədbirləri davam etdirir.

Musavat.com xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Bakı şəhəri, M.Mehdizadə küçəsi 2-4 saylı ünvanda yaşamış vətəndaşların kollektiv müraciəti əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılmış araşdırma nəticəsində “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəaları pozulmaqla sözügedən ünvanda mövcud olan yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülmə işlərinin təşkili layihəsi hazırlanmadan və sökülmə işlərinin aparılmasına dair icazə alınmadan 46 sayda mənzil və 3 qeyri-yaşayış obyektinin söküldüyü müəyyən edilərək bu barədə toplanmış materiallar aidiyyəti üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Aparılmış araşdırmalarla “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxslərinin qeyd edilən qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan hər hansı tikinti və ya söküntü işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcək.

Virtual.org isə xəbər verir ki, Nazirlər Kabinetinin pilot layihələri çərçivəsində Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yerləşən 2 nömrəli arxitekturalı bina ötən ilin yayında sökülüb. Binada yerləşən46 mənzilin sakinləri “İnsaat Konstruksiyalari MMC” ilə alqı-satqı müqavilələri bağlayaraq evlərini tərk ediblər və kirayə mənzillərə köçürülüblər. Sakinlərə bildirilib ki, onların mənzillərinin yerində “pilot layihə” çərçivəsində yeni 18 mərtəbəli yaşayış binası inşa ediləcək və onlara da həmin binada mənzillər veriləcək.

Lakin söküntüdən uzun müddət keçməsinə baxmayaraq həmin ünvanda bina tikintisi həyata keçirilməyib. Sakinlərin bildirdiklərinə görə, ötən il onlara şirkətin nümayəndəsi qismində Rəsul Əhmədov müraciət edərək iki il müddətinə binanı hazır edərək sakinləri ora köçürəcəklərini deyib. Lakin evlərin sökülməsindən xeyli vaxt keçsə də, həmin ərazidə bina tikilməyib. Bundan narahat olan sakinlər ötən il Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək binada tikinti işlərinin nə vaxt başlanacağı ilə maraqlanıblar. Sakinlər deyiblər ki, həmin vaxt bina demək olar ki, sökülmüşdü, yalnız fasadı qalmışdı. Amma yeni binanın heç özülü də qazılmamışdı, ərazi inşaat materiallarının tullantılarının qalaqlandığı zibilliyə çevrilmişdi.

“İnşaat Konstruksiyaları” MMC-nin rəhbəri Rəsul Əhmədov bu dəfə sakinlərə tikinti ilə bağlı sənədlərdə gecikmə olduğunu etiraf edib. Bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni rəhbərliyindən tikinti icazəsini almayıblar: “Hər şey hazırdır, bu gün-sabah məsələ həll olunacaq və sürətlə tikintiyə başlayacağıq” .

Lakin narazı sakinlər bu dəfə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə şikayət edib. Məlum olub ki, Mehdizadə küçəsindəki 2 nömrəli binanın yerində pilot layihə həyata keçirilməyəcək. Komitəsinin sədri Samir Nuriyev Xətai İH-nin nümayəndələrini çağıraraq sakinlərin yanında onlara tapşırıb ki, tikinti şirkətinin nümayəndələrinin əhalini aldatmalarına imkan verməsinlər. Çünki onların evlərinin yerində çoxmərtəbəli binanın tikintisi mümkün deyil.

Bakı Şəhər İcra Hakimiyyətindən isə əhaliyə bildirilib ki, hökumət paytaxtda 12 mərtəbədən yüksək binanın tikilməsinin qadağan edib. Nəticədə onların binasının yerində 18 mərtəbəli bina tikilməyəcək, sakinləri köçürən şirkətə isə 12 mərtəbəli bina tikmək sərf eləmir.

Araşdırma zamanı məlum olub ki, həmin tikinti şirkəti Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevə məxsusdur.

Qeyd edək ki, ötən il prezident İlham Əliyevin qərarı ilə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev tutduğu vəzifədən azad olunub. Buna səbəb icra başçısının “Hacı Cavad” məscidini özbaşına sökdürməsi olub.
“Yeni Müsavat”
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...