Nazirlik bir direktorun əlində aciz qalıb? - QALMAQAL
Sosial
Oxunub: 492
19 dek 2018 | 20:30
Nazirlik bir direktorun əlində aciz qalıb? - QALMAQAL













Binəqədi rayon 248 saylı orta məktəbin bir qrup müəllimi Təhsil Nazirliyinin müəssisədə yoxlama aparmasını istəyir.

Cebhe.info xəbər verir ki, adlarının çəkilməsini istəməyən bir qrup müəllim məktəbdə ciddi maliyyə pozuntularının olduğunu iddia edir. Adlarının çəkilməməsini isə rəhbərlikdən ediləcək təzyiq və hətta işdən uzaqlaşdırılmalarının mümkünlüyü ilə izah edirlər.

Qeyd edək ki, uzun müddətdir 248 saylı orta məktəbin adı ətrafında qalmaqallar səngimək bilmir.Təhsil müəssisəsində baş verənlərlə bağlı məhkəmə prosesi hələ də davam edir. Müraciət edənlər iddia edir ki, 248 saylı məktəbin direktor müavini Reyhanə Qurbanovanın diplomu saxtadır:

“Əmək kitabçasına nəzər salsaq, 24.08.1998-cı ildən 03.09.2002-ci ilə qədər Azərbaycan Universitetində Beynəlxalq münasibətlər-ölkəşünaslıq kafedarasinda asistent vəzifəsində işlədiyini görərik. 20.04.2004-06.10.2009 tarixlərində Elm İstehsalat Mərkəzində tədris üzrə mütəxəssis işləyib. Amma işçiyə 2006-cı il yanvar ayının 1-də sosial sığorta şəhadətnaməsi verilib. Bəs niyə həmin vaxt Reyhanə Qurbanovaya şəhadətnamə verilməyib? Necə olur ki, 0,5 ştat vahidi olan Reyhanə Qurbanovaya məktəbin bütün sənədləşdirilməsi həvalə olunub? Amma 1 ştat vahidi maaş alan Şəfəq müəllim qıraqda qalıb. Bütün sənədləşdirməni özü yazmalı olduğu halda həmin yazışmaları məktəbin riyaziyyat müəllimi Canmirzəyeva Sevinc həyata keçirir. Onun əməyini direktor Xəyyam Fərəcov nəzərə alıb, onu 2 sinfə, yəni, 9A və 10B siniflərinə rəhbər təyin edib. 10C, 11B siniflərinə isə Elman İsmayılov rəhbərlik edir. Ola bilər ki, həmin sinifləri kiminsə adına rəsmiləşdiriblər. Ancaq həmin siniflərə yuxarıda adlarını çəkdiyimiz müəllimlər rəhbərlik edir. Yuxarı sinifl şagirdlərindən hər sinifdən 2 və ya 3 nəfəri dərsə gəlir. Tədris ilinin başlanğıcından valideynlər sinif rəhbəri, direktor müavini və direktor Xəyyam Fərəcovla danışırlar. Təhsil Nazirliyi gəlib yoxlama apara bilər”.

Müəllimlər daha sonra iddia edirlər:

“Dəfələrlə Təhsil Nazirliyinə məktəbdə baş verənlər faktlarla çatdırılsa da, faydası olmayıb. Çünki direktorun Bakı Şəhəri üzrə Təhsil İdarəsində himayədarları var. Xəyyam Fərəcov həmişə deyir ki, idarədə işçilərə hər şeyi o izah edir, çünki onların məktəb işlərindən başı çıxmır. Xəyyam Fərəcov məktəbə direktor təyin olunandan sonra bu məktəbə bir dəfə də olsun yoxlama gəlməyib”.

Müəllimlər iddia edirlər ki, 11C sinfində bəzi şagirdlər (məktubda alar çəkilir- müəllif) hər biri 1300 AZN müqabilində dərsdən yayınır:

“Məktəbin 10 və 11 siniflərində təxminən 200 şagird var. Dərsə gələn isə cəmi 15 nəfərdir. Qalan şagirdlər dərsə gəlmir. Toplanan vəsait isə bölünür. Bizim bildiyimizə görə, dərs bölgüsü diaqnostik qiymətləndirmənin nəticəsi əsasında aparılır. Ancaq direktor Xəyyam Fərəcovun bölgüsünə nəzər salın:

1. Məktəbin direktor müavini Xanım Quliyeva coğrafiya fənnindən diaqnostik imtahanda iştirak edib. Ancaq ona biologiya fənnindən 18 saat dərs verilib. Qiyabi qruplarda bir nəfər də şagird tapmaq olmur.

2. Məktəbin rus dili müəllimi Baxşəliyeva Elmira ixtisasartırmadan aldığı tarix diplomu ilə iştirak edib. Ancaq ona 15 saat tarix, 15 saat rus dili dərsi verilib.

3. Biologiyanı tədris edən Nigar müəllimə imtahanda biologiya fənnindən iştirak edib, amma kimya dərsi ona biologiyadan çox verilib.

4. Hərbi rəhbər Mahmudov Məhəmməd hərbi imtahandan keçib, ancaq idman dərsi deyir və ona rəhbərlik etmək üçün 2 sinif verilib. Bunlar 6C və 8A sinifləridir. Sinif başqa ada yazılır, rəhbərliyi isə faktiki olaraq Mahmudov Məhəmməd edir.

5. İdman müəllimi Zülfüqarova Nazilə imtahanda fiziki tərbiyə fənnindən iştirak edib, ancaq musiqi dərsi deyir”.

Məktəbdə maliyyə pozuntusu olduğunun iddia edildiyi məktubda akt zalında Rəşad Tağıyevin göstərişi ilə hazırlıq qruplarının təşkil olunduğu vurğulanır. Hazırlıq qrupuna dərs deyən hər bir müəllimdən ayda 100 AZN alındığı iddia olunur:

“Məktəbdə texnologiya və informatika fənlərinin tədrisindən söhbət gedə bilməz. Məktəbin reytinqi ildən-ilə aşağı düşür. 2017-2018 tədris ilində təhsilin səviyyəsi 30% -ə düşüb”.

Müəllimlər iddia edirlər ki, onlara tez-tez boş vərəqlərə imza etdirilir:

“Dediklərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə verirlər ki, saytlarda məktəbin adını biz hallandırmırıq. Bunun ciddi araşdırılmasını istəyirik”.

Məktubda bəzi müəllimlərin (adlar çəkilir-müəllif) xarici ölkəyə istirahətə getdiyi halda əmək haqqı aldığı və digər məqamlarla bağlı qeydlər də var.

Məsələ ilə bağlı Cebhe.info Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxlayıb. Qurum rəsmisi Bakı məktəblərinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe olduğunu əsas gətirərək, məsələ ilə bu qurumun məşğul olduğunu bildirib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov da məsələ ilə bağlı qurumun elektron ünvanına rəsmi müraciət göndərməyin lazım olduğunu deyib. Müraciət quruma göndərilib, cavablandırılacağı təqdirdə idarənin mövqeyi işıqlandırılacaq.

248 nömrəli orta məktəbin direktoru Xəyyam Fərəcov isə məktubda qeyd olunanlarla razılaşmayaraq, ona böhtan atıldığını vurğulayıb. O bildirib ki, direktor təyin edilən gündən rüşvətin qarşısını alıb və lazımi tələblərə əməl edib:

“Yazılanlar heç bir həqiqətə, reallığa söykənməyən faktlardır. Böhtan xarakterli yazılardır və bunlar həmişə olub. Buna qədər də mənim barəmdə belə şeylər yazılıb. Məktubda yazırlar ki, guya mən başlıq olmayan vərəqəyə imza atdırıram. Xeyr, mən qanuni şəkildə addımlar atmışam. Atılan qanuni addımlardan da narahatdırlar. Mən bunu hamıya Pedaqoji Şurada elan etmişəm. Tələb etmişəm ki, bir nəfər durub desin ki, yazılanlar həqiqəti əks etdirir. Reyhanə Qurbanova ilə bağlı yazılanlar dəfələrlə araşdırılıb. Bu məsələdə hər hansı saxtakarlıq varsa, onu həmin vəzifəyə təyin etməzdilər. Kimlərinsə iki sinif aparması məsələsi ilə bağlı da rəsmi sənəd və əmrlər var. Bildirilir ki, məktəbin 10 və 11 siniflərində 200 şagird var, bunlardan 15 nəfəri dərsə gəlir. Buna yəqin siz özünüz də inanmazsınız. Daha sonra guya mən kimlərdənsə filan qədər pul alıram və aparıb Bakı Şəhəri üzrə Təhsil İdarəsində kimlərəsə paylayıram. Birincisi, bu mümkün deyil. Çünki mən bu məktəbə gələndən sonra rüşvətin kökünü kəsmişəm. O adamlar vaxtilə bu addımı atanlardır və elə bilirlər ki, bu şəkildə də davam edir. Yeni rəhbərlik gələndən sonra bu məsələlər yığışdırılıb, şəffaflıqdır. Kimdən pul alıb, kimə verəcəyəm? Bu absurddur. Bunları ona görə açıqlayıram ki, məsələnin nə qədər böhtan və şərə söykəndiyini biləsiniz. Xaricə gedən müəllimlərlə bağlı məsələyə gəlincə, onların ödənişsiz getmələri barədə əmr var. Onlara əməkhaqqı ödənilməyib. Yazırlar ki, filankəsin qohumu hardasa işləyir. Bəli, kiminsə qohumu gözətçi də, fəhlə də işləyər. Burada nə problem var axı? Bu səpkili yazılar indiyədək bir çox saytlarda verilib. Həmin saytlardakı yazılarla bağlı Pedaqoji Şurada müzakirələr aparılıb və kollektiv müraciət edib ki, yalan və böhtandır. Bunu elan etmişəm və xahiş etmişəm ki, mövqelərini bildirsinlər. Kollektiv də buna imza atıb, mövqeyini bildirib. Bəlkə bu məktubu yazan şəxs də ora imza atıb”.

Xəyyam Fərəcov deyib ki, əvvəlki direktor Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən nazirin əmri ilə Müəllimlər günündə işdən azad edilib:

“Sonradan həmin şəxs məhkəməyə müraciət edib. Birinci instansiya onun lehinə qərar çıxarıb. Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb. Dekabrın 14-də isə Ali Məhkəmə qərarı ləğv edib”.
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)