AAAF Park-da sakinlər hələ də susuz, işıqsız, istiliksiz qalıblar - GİLEY
Sosial
Oxunub: 358
24 dek 2018 | 22:44
AAAF Park-da sakinlər hələ də susuz, işıqsız, istiliksiz qalıblar - GİLEY














Bir nüddət öncə AAAF Park Yaşayış Kompleksinin sakinləri yaşadıqları problemləri sosial şəbəkədə səs-küyə səbəb olacaq səviyyədə müzakirəyə çıxardılar. Sakinlərin şikayətləri xəbər portallarında da işıqlandırıldı. Bundan sonra sözügedən Kompleksin rəhbərliyi sakinləri əmin edib ki, yaranmış problem 10 gün ərzində həll ediləcək.

Versus.Az-ın məlumatına görə, deyilən vaxtdan 1 ay keçsə də AAAF Park Yaşayış Kompleksinin rəhbərliyi sakinlərə verdiyi sözə əməl etməyib. Artıq dekabrın sonuna, 2018-ci ilin bitməsinə sayılı günlər qalıb. Aidiyyəti şəxslər isə hələ də susurlar...

Sakinlər qışın soyuğunda mənzillərində susuz, işıqsız, istiliksiz yaşayırlar. Təbii ki, buna yaşamaq demək olarsa.

Məsələylə bağlı Versus.Az-a danışan sakinlərdən biri Tamilla Qulami deyir ki, AAAF Park Yaşayış Kompleksinin rəhbərliyinin problemləri həll etməsi bir kənara qalsın, şikayətçi olduğu və sakinlərin problemlərini mətbuata çıxardığı üçün onun hərəkətlərində siyasi motiv axtarmağa başlayıblar:

“Mənim müxalifətçi mövqeyimi əldə əsas tutaraq, guya sakinləri təxribata çəkirəmmiş kimi özlərinə bəraət qazandırmağa çalışırlar. Sakinləri də mənə qarşı çıxarmaq üçün bütün yollara əl atırlar. Sakinlər olaraq bir yerə toplanaraq etiraz səsimizi qaldırıb haqqımızı tələb edəndə isə bizi yol kəsməkdə, təxribatçılıq, "müxalifətçilik" etməkdə, dövlətə qarşı çıxmaqda suçlayırlar. Düzü, AAAF-ın dövlət demək olduğunu bilmirdik. Amma vicdanları olsaydı, bu qədər insanı narazı salıb ayağa qaldırmazdılar. O insanlar onlardan aldıqları mənzillərdə, hər ay pul ödədikləri bu evlərdə rahat, sakin yaşamaq istəyirlər”.

Tamilla xanım bildirib ki, Kompleksin rəhbərliyi öz sakinləri ilə səmimi davranıb, normal münasibət qursaydı, problemlərini dinlədikdən sonra qismən də olsa həll etsəydi, zamanla kökündən həll olunacağına söz verib bu yöndə tədbirlərə başlasaydı, nə rəhbərlik, nə sakinlər indi bu vəziyyəti yaşamazdılar:

“Biz, Kompleksin sakinləri olaraq, rəhbərliklə yumşaq olmağa, onlarla uzlaşmağa çalışdıq. Dedik bəlkə daxildə həll edək, daxildə razılığa gələk. Amma onlar yanlış addımlara başlayıblar.

Saytınızın vasitəsilə Kompleksin mətbuat xidmətinə bildirirəm ki, barələrində mənim və problemlə üzləşən digər sakinlərin sosial mediada yazdıqlarımızı yaxşı oxusunlar. Düzdür, bundan şübhəm yoxdur, o qədər bekardırlar ki, sakinlərin harda nə yazdıqlarını araşdırmaqla məşğuldurlar. Araşdırsınlar, amma mənfi nəticə yox, müsbət nəticə çıxarsalar, hər iki tərəf üçün yaxşı olardı.

Özbaşınalıq, saymazlıq yaxşı hal deyil. Bu ölkədə kimlər-kimlər diz çökdürülüb. Çox da göylə getmək lazım deyil. Bu nə sizin "imanınıza", nə də "inamınıza" yaraşar. Dinin, Allahın adından yalandan istifadə etməyin. İş görün, daha gedib kimlərinsə arxasınca iş çevirməyin”.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...