28-12-2018, 23:16 Oxunub: 201

Meriya uşaq bağçaları ilə bağlı qərar ərəfəsində - GƏLİŞMƏ

Meriya uşaq bağçaları ilə bağlı qərar ərəfəsində - GƏLİŞMƏ














Təlim-tədris prosesinin mühüm halqası olan məktəbəqədər müəssisələrdəki problemlər illərdir ki, həllini gözləyir. Bütün bu müddətdə problemlərin həllinə nail olmaq mümkün olmasa da, üstünə yeniləri əlavə edilib. Uşaq bağçalarında yer çatışmazlığı əsas gətirilərək uşaq qəbulundan imtina, keyfiyyətsiz ərzaq təminatı, qrupa icazə verilən saydan artıq qəbulun təlimə yaratdığı çətinlik və s. bu qəbuldən olan problemlərin həllinə Bakıdan başlanılır. Bu sahədəki vəziyyətin ciddiləşdiyi, narazı valideynlərin sayının günbəgün artdığı bir zamanda Bakı Şəhər İcra Hakimiyyətinin yoxlamaları göstərib ki, deyilənlər əbəs deyil.

Belə ki, məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən bəzi qurumlar tərəfindən paytaxtın bir sıra uşaq bağçalarına standartlara uyğun olmayan ərzaq verilib.BŞİH və Məktəbəqədər təhsil və uşaq evləri idarəsinin əməkdaşları müxtəlif uşaq bağçalarında olub, həmin ərzaqların qida hazırlanmasına verilməsinin qarşısı alınıb, onlar tam şəkildə geri qaytarıb.Məsələnin ciddiliyi nəzərə alınaraq Şəhər İcra Hakimiyyətində operativ müşavirə keçirilib.Məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatının vəziyyətinin yerində araşdırılması üçün Komissiya yaradılıb, bu işlərdə prinsipiallıq göstərməyən bir neçə bağça müdirinə töhmət verilib.Bakı Şəhər Məktəbəqədər Təhsil və Uşaq Evləri İdarəsinin rəhbərliyinə ciddi xəbərdarlıq edilib.Müşavirədə xüsusi olaraq qeyd olunub ki, uşaqlar hər zaman ən keyfiyyətli ərzaqlarla təmin olunmalı və bu məsələlərə çox ciddi nəzarət edilməlidir. Bununla əlaqədar Yeni il ərəfəsində bağçalara verilən ərzaqların keyfiyyəti və çeşidlərinin artırılması üçün əlavə tədbirlər görülür.

Eyni zamanda, Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən qurumların rəhbərləri Şəhər İcra Hakimiyyətinə dəvət olunaraq məsələ ilə bağlı xəbərdarlıq edilib.

Komissiya bağçalardakı ərzaqların keyfiyyətinin yoxlanılması ilə bağlı reydləri davam etdirir. Bu reydlərdə bənzər problemlərin aşkarlanacağı sirr deyil.Çünki paytaxtın demək olar ki, bütün uşaq müəssisələrində vəziyyət bir-birinin təkrarıdır. Yəqin ki, məhz buna görə Bakı Şəhər Məktəbəqədər Təhsil və Uşaq Evləri İdarəsinin tabeliyində olan müəssisələrin ərzaq təminatı nəzarətdə saxlanılır və ərzaqla bağlı daxıl olan hər bir müraciətin ciddi şəkildə araşdırılacağı bildirilir. Valideynlər illərlə bir-birinə şikayətləndikləri problemi artıq əlaqədar quruma çatdıra və tədbir görülməsini tələb edə bilərlər.Bakı Şəhər İcra Hakimiyyətində təşkil olunmuş Komissiya şikayətlərin daxil olduğu bağçalarda yoxlamalaır operativ apararq problemin həllinə şərait yarada bilər.Hər halda ictimaiyyətə verilən məlumatda belə qeyd olunur.

“Cümhuriyət” qəzetinin əldə etdiyi məlumata görə, yeni ildən paytaxtdakı uşaq bağçalarına nəzarət tədbirləri daha da gücləndiriləcək.Ərzaq təminatıilə bağlı problemlərlə yanaşı, bu müəssisələrə uşaq qəbulundakı neqativ hallar da araşdırılacaq. Məhz bu sahə valideynlər arasında daha çox narazılıq yaradır və dövlət bağçalarında yer çatışmazlığı əsas gətirilərək rüşvət üçün “qapı açılır”. Bu sahə ilə tanışlığı olan mənbələrin məlumatına görə, uşaq bağçalarında qruplar üzrə Nazirlər Kabinetinin müvafiq sənədi ilə icazə verilən saydan artıq uşaq qəbulu aparılır.

Bu isə qruplarda sıxlığa,yer və ərzaq çatışmazlığına səbəb olur. Sadə dildə desək, bir uşaq üçün ayrılan ərzağı 2 uşaq arasında bölmək çıxış yolu kimi qəbul edilir.Bura keyfiyyətsiz ərzağı da daxil etsək, bağçalardakı vəziyyəti təsəvvür etmək mümkündür.Bəzən isə uşaq bağçaya qəbul edilsə də, sənədləşdirmə aparılmır.Bir sözlə, uşaq bağçalarının özlərinin də “qara mühasibatlığı” yaranır.

Göründüyü kimi, bütün bu problemlərin həlli vacibdir və bunda dövlət qurumları ilə yanaşı ictimaiyyətin dəstəyinə ehtiyac var. Məlumata görə, BŞİH yanında yaradılan Komissiyaya valideynlərin cəlbi də nəzərdə tutulur.Bu isə araşdırmaların daha operativ və obyektiv aparılmasını təmin edəcək. Həmçinin BŞİH -də uşaq bağçaları ilə bağlı mövcud vəziyyəti aradan qaldırmaq üçün Valideyn Şurasının yaradılması təklifi də nəzərdə keçirilir. Bağçalar seçmə üsulla həmin Şurada təmsil olunur.Bağçaların problemləri ümumiləşdirilir, Şura tərəfindən meriyaya təqdim olunur və beləliklə daha operativ həll mümkün olur. Xatırladaq ki, bir sıra ölkələrdə belə bir təcrübə vardır və Azərbaycanda da yararlanmaq mümkündür. Bəzi məlumatlara görə, Bakı meriyasında bu nəzərdən keçirilir.
Bakıda bir neçə bağça müdirəsinə töhmət verildi Bakıda bir neçə bağça müdirəsinə töhmət verildi Sosial Uşaq bağçalarına qəbul elektron olacaq Uşaq bağçalarına qəbul elektron olacaq Sosial "94 və 92" saylı uşaq bağçalarında şıdırğı pul yığımı - Özbaşınalıq Sosial / Dunya "94 və 92" saylı uşaq bağçalarında şıdırğı pul yığımı - Özbaşınalıq Sosial Hökumət qərar verdi: Uşaq bağçalarına qəbul qaydası dəyişəcək Hökumət qərar verdi: Uşaq bağçalarına qəbul qaydası dəyişəcək Sosial