2019-dan əfv gözləntisi
Sosial
Oxunub: 429
4 yan 2019 | 11:35
2019-dan əfv gözləntisi
















Səidə Qocamanlı: “Siyahımızda olan siyasi məhbusların böyük bir qismi azadlığa çıxa bilər”

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə əfv sərəncamının imzalanmaması müzakirələr sırasındadır. Hüquq müdafiəçilərinin və hüquq müdafiə təşkilatlarının siyasi məhbus kimi təqdim etdikləri bir sıra siyasi məhbuslar var ki, onların bu il azad olunub-olunmayacaqları ciddi suallar doğurur.

Hazırda həbsxanada sabiq səhiyyə naziri Əli İnsanov, gənc blogger Mehman Hüseynov, NİDA-çı İlkin Rüstəmzadə, AXCP-dən Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Seymur Həzi, Asif Yusifli, Məmməd İbrahim, Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu kimi siyasilər məhbus həyatı yaşayırlar. Bu ilin hansı önəmli tarixində əfv sərəncamının veriləcəyi də ciddi şəkildə müzakirə edilir. Gözlər daha çox Novruz bayramına dikilib. Qarşıdakı günlərdə Əfv Komissiyasının müntəzəm şəkildə iclaslarının başlayacağı və komissiyasının Bahar bayramına qədər işlərini yekunlaşdıracağı qeyd olunur.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı ötən il əfv sərəncamının verilməməsindən və siyasi məhbusların həbsdə qalmasından üzüldüyünü dilə gətirdi: “2018-ci ili siyahımızda adları yer alan məhbusların həbsdə qalması ilə başa vurduq. Uzun illər belə bir ənənə formalaşmışdı ki, həm Yeni ildə, həm də Novruz bayramında əfv verilirdi. Bizlər və azadlığa çıxan məhbusların ailələri sevinirdi. Nəticədə siyahımızdakı adlar da azalırdı. 2019-cu ilə bu problemlərlə addımlayaraq keçdik. Deyərdim ki, 2018-ci ilin ikinci yarısında insan hüquqları sahəsində bizləri sevindirəcək nələrsə olmadı. Əksinə azadlığa çıxmaq imkanları yüksək olan məhbuslar var idi. Sevinirdik ki, onlar azad olunacaq və siyahımız azalacaq. Azadlığa çıxmalarına çox az bir müddət qalmışdı. Amma buna baxmayaraq, onlara yeni maddələr verildi və nəticədə həbs müddətləri daha da uzadıldı. Bu nəyə lazım idi? İnsan hüquqları sahəsində niyə belə hallar baş verir ki, biz də günah obyektinə çevrilirik? Biz bu ildə yeni bir əfv sərəncamının verilməsini gözləyəcəyik. Arzu edərdim ki, bu il siyahımıza əlavələr olmasın, yəni həbslər olmasın. Köhnə siyahının öz qüvvəsində qalmasını və oradakı məhbusların azadlığa buraxılmalarını arzu edərdim. Bu siyahının qapadılması zamanı çoxdan gəlib. Bizim kifayət qədər problemlərimiz var.

Onları həll etmək lazımdır. Siyasi məhbus problemini gündəmdən çıxarmaq lazımdır. Bu il siyahımızda olan siyasi məhbusların böyük bir qismi azadlığa çıxa bilər. Təbii ki, kimlərinsə ağlına nəsə gəlib, onlara əlavə maddələrlə cinayət işi açılmasa, bu mümkündür. Sanki hansısa qüvvələrə lazımdır ki, siyasi məhbus problemi ilə bağlı Azərbaycana olan qınaqlar səngiməsin. İlk dəfədir ki, belə hallarla şahid oluruq ki, məhbusun azadlığa çıxmasına aylar qalanda əlavə cinayət maddələri ilə iş açılır. Bu Azərbaycanı sevənlərin marağında ola bilməz. Ümidimizi növbəti bayramlara dikmişik. Əfv Komissiyası daimi işləyir və bu qurumun əməyini itirmək olmaz. Amma sərəncamı vermək birbaşa prezidentin səlahiyyətindədir. Şəxsən mən heç zaman ümidimi itirmirəm. Arzu edərdim ki, siyahımızda olan 32 məhbusun hamısı azadlığa buraxılsın. Bu ayın sonunda İşçi Qrupunun iclası gözlənilir”.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi