Hüseynqulu Bağırovun ailəsinin Latviyada da iri biznesi üzə çıxdı
Sosial / Dunya
Oxunub: 687
7 yan 2019 | 11:20
Hüseynqulu Bağırovun ailəsinin Latviyada da iri biznesi üzə çıxdı














Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun ailə üzvlərinin Avropa ölkələrini hörümçək toru kimi ağuşuna almış çoxprofilli biznes şəbəkəsinin daha bir qolu üzə çıxıb. Virtualaz.org internet mənbələrindən araşdırıb ki, nazir işləyəndə özünü az qala hökumətin yeganə təmiz üzvü və “ən fağır naziri” kimi tanıda bilmiş cənab Bağırovun ailə üzvlərinin Böyük Britaniya, Almaniya, Avstriya, Kipr, Çexiya, Türkiyə ilə yanaşı Latviyada da iri biznesləri var. Bu barədə məlumatlar Latviyanın hökumət mənbələrində yer alır.

Qeyd edək ki, keçmiş nazirin Avropa ölkələrində və Türkiyədəki çoxsaylı şirkətlərdən ibarət biznes imperiyasını onun oğlu Lətif Bağırov idarə edir. Böyük Britaniya mənbələrində göstərilir ki, 1979-cu ilin mayında anadan olmuş Lətif Bağırov Azərbaycan vətəndaşıdır, İngiltərə sakinidir, yəni bu ölkədə yaşamaq üçün biznes vizasına malikdir.

Belə ki, Latviyanın İnvestisiyalar və İnkişaf Agentliyinin (İnvestment and Development Agency of Latvia-LİAA) Azərbaycanla Latviya arasında iqtisadi-ticarət əlaqələrinə dair hesabatına əsasən Bağırovlar bu ölkədə ən iri azərbaycanlı investorlar arasında yer alır.

Agentlik Latviyanın biznes reyestrindən (Lursoft) götürülmüş məlumatlara istinadla öz hesabatında göstərir ki, Lətif Bağırov (Hüseynqulu Bağırovun oğlu) bu ölkədə “Stamina Hospitality Services” və “NORDİC STAMİNA” adlı şirkətlər açıb. Bu şirkətlərdən birincisinin fəaliyyət sahəsi kimi otellərdə və analoji məkanlarda qonaqların yerləşdirilməsi xidməti göstərilir. İkinci şirkət və özünə aid olan və icarəyə götürülmüş daşınmaz əmlakın təkrar icarəyə və ya lizinqə verilməsi ilə məşğuldur.

Hüseynqulu Bağırovun ailə üzvlərindən Liana Bağırova da Latviyadakı azərbaycanlı investorlar sırasına yer alır, onun adı yuxarıda göstərilən şirkətlərin səhmdarı kimi göstərilir.

Qeyd etmək lazımdır ki, Latviyadakı “Stamina Hospitality Services” Hüseynqulu Bağırovun qızı Sevinc Bağırovanın adına 2015-ci ilin martında Londonda qeydiyyatdan keçmiş “STAMINA INVESTMENTS LIMITED” adlı şirkətin törəməsidir. Bloqqer Cavanşir Həsənli araşdırmışdı ki, şəhadətnamə nömrəsi 09471905, ünvanı 85-87, Borough High Street, London, England olan bu şirkət vasitəsilə Bağırovlar ailəsi Londonda bir neçə daşınmaz əmlak alıblar. Və 2016-cı ildə bu şirkəti bağlayıblar. Başqa sözlə, şirkətin çirkli pulların leqallaşdırılması üçün açıldığını təxmin etməyə tutarlı şübhələr var.

Latviyanın biznes reyestrinin məlumatlarına əsasən Hüseynqulu Bağırovun qızı Sevinc Bağırova, bibisi qızı Aliyə Nuriyeva də həmin şirkətlərin investorları kimi qeydiyyatdan keçiblər.

“Stamina Hospitality Services” şirkətinin nizamnamə kapitalı 145 min 129 avro təşkil edir və şirkət 2012-ci ildə qeydiyyatdan keçib. Poçt ünvanı belədir: Aleksandra Čaka iela 24 - 6, Rīga, LV-1011. Digər mənbədə isə şirkətin ofis ünvanı belədir: Caunes 15, Riga, LV-1006, Latvia

Həmin hesabata əsasən Hüseynqulu Bağırovun daha bir ailə üzvü-bacısı Duriyə Nuriyevanın da Latviyada aktivləri var. O, “Nordfields Investments" adlı şirkətin səhmdarıdır. Bağırovların adında “Nordfields” sözü olan daha üç şirkəti İngiltərədə qeydiyyatdan keçib:

Bağırovların “NORDİC STAMİNA” şirkətinin poçt ünvanı da “Stamina Hospitality Services”şirkətinin ünvanı ilə eynidir. Ancaq bu şirkətin nizamnamə kapitalı 2845 avrodur. 2011-ci il martın 23-də qeydiyyatdan keçib.

Qeyd edək ki, bir neçə il əvvəl Latviyanın “Parex Banka” adlı bankının Azərbaycan da daxil olmaqla bəzi keçmiş sovet respublikalarından çirkli pulların yuyulmasında iştirak etdiyi üzə çıxmışdı. Nəticədə Avropa Mərkəzi Bankı həmin bankın lisenziyasını ləğv etdi. Bankın Bakıda da lizinq və maliyyə xidmətləri göstərən şirkəti fəaliyyət göstərirdi. Görünür bu kimi pul yuma sxemlərində həm də keçmiş nazir Hüseynqulu Bağırovun əl izlərini axtarmaq lazım gəlirdi...

keçmiş nazirin oğlu (mərkəzdə, bayraqla)

Hüseynqulu Bağırov özü isə bu günlərdə yerli KİV-lərdən birinə müsahibəsində nazir vəzifəsində işləməyin özəllikləri və bu vəzifədən ayrılmasının səbəbləri barədə danışarkən demişdi: “Onu deyə bilərəm ki, stresslə dolu həyatdır. Səhhətimdə problemlər yarandı. Ölkə rəhbərinə müraciət etdim, Cənab Prezident də məsələyə həssas yanaşdı. Buna görə ona dünya qədər minnətdaram».

Keçmiş ekologiya və təbii sərvətlər naziri düz deyir, doğrudan da streslə dolu həyat imiş...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi