“Masaj kursunu bitirən xanım ADU-da vəzifədə olub…” – Kamal Abdulla
Sosial
Oxunub: 461
9 yan 2019 | 16:46
“Masaj kursunu bitirən xanım ADU-da vəzifədə olub…” – Kamal Abdulla















Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla ali təhsil müəssisəsinin Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin ADU-da 4 il oxuyan tələbələrin xarici dil bilmədikləri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

“Report” xəbər verir ki, o, mətbuat konfransında bu gün ADU-nun məzunlarının ən yüksək dövlət qurumlarında çalışan insanlar olduğunu bildirib.

K.Abdulla ADU-nun rektoru vəzifəsində ilyarımdır işlədiyini xatırladıb: “Bu müddətdə də tələbələri savadlaşdıra bilmərəm. İstəsəm də, bunu edə bilmərəm. 4 ilin tələbələrinin xarici dil bilməmələrinə gəlincə, həmin tələbələrin savadsız olmasına dekan və müəllim məsuldur. Çünki onlar çoxdan işləyir və belə çıxır ki, ancaq özlərini ittiham edirlər”.

Rektor qeyd edib ki, bütün iddiaların hamısı böhtandır: “Həmin şəxs niyə bu iddianı əvvəl səsləndirmirdi? Hansı ki, töhmət aldıqdan sonra bu çıxışları edir. Mən onları məhkəməyə vermək istəmirəm. Gözləyirəm ki, onlar bizi məhkəməyə versin və mən əks iddia ilə çıxış edim. Görüm ondan sonra nə deyəcəklər. Həmin dekana açıq dərslərin təşkilində buraxdığı ciddi nöqsanlara və ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar fakültəsində heç bir tədbir keçirilməsinə lüzum bilmədiyinə görə töhmət verilib. Tələbələri təhdid edən və mitinqə, iğtişaşa çağıran müəllim Pərvin Mürsəlova isə imtahanlardan kənarlaşdırılıb. Çünki həmin müəllim tələbəni təhdid edib və səs yazısı da var”.

K.Abdulla həmçinin ADU-ya rektor təyin olunandan sonra hansısa qohum-qardaşını gətirməsi məsələsinə də aydınlıq gətirib: “Burada yalnız Azad Məmmədov adında qohumum çalışır, o da tanınmış dilçi alimdir və məndən əvvəl burada işləyib. İkinci hansısa qohumumun burada işləməsini kimsə deyə bilməz. Burada 17 il işləmişəm. Dostlarım və tanışlarımın olması normaldır. Bu kimi yalnış fikirlər cəmiyyəti, ziyalı insanları çaşdırmaqdan başqa məqsəd güdmür”.

Eyni zamanda rektor universitetdə əvvəllər Kadrlar şöbəsində baş mütəxəssis vəzifəsində işləyən və işlərində ciddi nöqsanlar buraxan Elmira Baxşəliyevanın səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Hazırda iş məhkəmədədir. Onun haqsız olaraq vəzifəsindən kənarlaşdırılması iddiaları əsassızdır. Çünki, o, bir şöbədən başqasına keçirilib. Yəni işdən çıxarılmayıb. Buna səbəb də var. Çünki, o, işində ciddi nöqsanlar buraxmışdı. Onun sahəsinə aid laborantlar üç dəfə məzuniyyətə buraxılmışdı. Bu, necə ola bilər?! Bu, birbaşa saxtakarlıqdır. Komissiyanın qərarı ilə müəyyənləşdi ki, onun həm yaş məhdudiyyəti var, həm də ali savadı yoxdur. Onun yalnız hansısa masaj kursu bitirməsi ilə bağlı sənədi var. O, yalnız laborantların sənədinə baxırmış və qol çəkilən sənəddə maaşın miqdarını da yazmayıb”.
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır