Baş pediatr: “Azərbaycanda “donuz qripi” olub”
Sosial
Oxunub: 391
17 yan 2019 | 10:34
Baş pediatr: “Azərbaycanda “donuz qripi” olub”















“Hazırda “donuz qripi” kimi tanınan H1N1 virusunun törətdiyi qripə əvvəllər “ağır keçən qrip” deyirdilər. Xəstəlik donuzlar arasında daha çox yayıldığına görə isə “donuz qripi” adlandırırlar. Azərbaycanda hələ “donuz qripi”ndən xəstələnmə hadisəsi qeydə alınmayıb”.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında tibb elmləri doktoru, professor, K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev deyib. O bildirib ki, hazırda həm uşaqlar, həm də böyüklər arasında mövsümi xəstəliklər mövcuddur.

“Biz bunlara soyuqdəymə xəstəlikləri deyirik. Havaların soyuması, uşaqların məktəblərə, bağçalara, ali məktəblərə qrip ola-ola getməsi və sıx təmaslar nəticəsində əmələ gəlir. Bu il də həmin xəstəliklər istisna deyil. Ölkədə kəskin respirator viruslar xəstəlikləri var. Amma konkret olaraq hər hansı bir virusun törətdiyi epidemiya yoxdur. Yəni əvvəlki illərdə olduğu kimi bir vəziyyətdir” – müsahibimiz vurğulayıb.

Baş pediatr: “Azərbaycanda “donuz qripi” olub”



Ölkənin baş pediatrı Nəsib Quliyev

N.Quliyevin sözlərinə görə, müvafiq qurumlar tərəfindən Səhiyyə Nazirliyi ilə birlikdə virusa qarşı xüsusi tədbirlər görülür: “Keçən ilin oktyabr ayından virus xəstəlikləri ilə mübarizəyə dair nazirin əmri var. Nazirliyin nəzdində Taun Əleyhinə Mərkəz fəaliyyət göstərir ki, qış aylarında bu xəstəliklərə nəzarət etmək mümkün olsun”.

“Götürülən nümunələrin nəticələri göstərir ki, konkret bir virusun çox yayılmış bir xəstəliyi mövcud deyil. Bilirsiniz ki, viruslar minlərlədir, 15-ə yaxını isə klassik qrip viruslarıdır. Bu viruslar müxtəlif xəstəliklər törədir. Baxmayaraq ki, qonşu ölkələrdə vəziyyət gərgindir, ancaq ölkədə epidemiya halında hər hasnı bir virusun törətdiyi xəstəlik mövcud deyil” – deyə baş pediatr edib.

O, habelə diqqətə çatdırıb ki, “donuz qripi” dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda olub: “Amma heç vaxt epidemiya halını almayıb. Əvvəllər virusoloji müayinələr, müasir referens laboratoriyalar olmadığına görə, onların hamısını qrip və qripəbənzər xəstəliklər adlandırırdılar. Sonradan qriplərin tərkibi araşdırıldı. İndi “donuz qripi”nə H1N1, “quş qripi”nə H5N1 virusu deyilir”.

“İdentifikasiya aparılıb, molekul tərkibi müəyyən edildikdən sonra bu adlar yayıldı. Araşdırmalardan sonra məlum oldu ki, H1N1 virusu donuzlar, H5N1 virusu isə quşlar arasında daha çox yayılır. Elə adları da buna uyğunlaşdırılaraq qoyulub” – həmsöhbətimiz bildirib.

Professor onu da əlavə edib ki, Gürcüstanda donuzçuluq fermaları çoxdur, Azərbaycanda isə Gürcüstanda olduğu kimi “donuz qripi”nin yayılması üçün mənbə yoxdur: “Bu səbəbdən də Azərbaycanda Ukraynada, Gürcüstanda olduğu kimi təhlükənin olması mümkün deyil. Buna baxmayaraq, Səhiyyə Nazirliyi müvafiq tədbirlər görür”.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi