“Verdiyimiz hava proqnozu özünü doğruldub” – Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Sosial
Oxunub: 507
17 yan 2019 | 20:56
“Verdiyimiz hava proqnozu özünü doğruldub” – Ekologiya və Təbii Sərvətlər Nazirliyi















“Bir çox orqanlardan daxil olan məlumatlara əsasən ağac aşması, ağacların budaqlarının və dayanacaqlardakı şüşələrin sınması kimi hallar aşkar olunub və bu haqda artıq kütləvi imformasiya vasitələrində məlumatlar dərc olunur”

Dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 17-18 yanvar tarixlərində hava şəraitinin ifrat təhlükəli surətdə dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq, ölkənin aidiyyatı qurumları gücləndirilmiş iş rejiminə keçiblər.

Həmçinin Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb. Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb. Dərslər təxirə salınan təhsil müəssisələrinin sırasına bütün ümumtəhsil müəssisələri, ilk peşə təhsil müəssisələri, orta ixtisas və ali məktəblər daxildir. İstənilən növ tədris tədbirləri – dərs, imtahan, kollokvium dayandırılıb. Eyni zamanda bu gün, yəni yanvarın 17-də SOCAR hava şəraitinin kəskinləşməsi, dənizdə qasırğanın gözlənilməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri həyata keçirib. Bütün sahələrdə növbətçilik təşkil olunub, yalnız istehsalat qəzalarının baş verməməsi məqsədilə növbətçilər sahələrdə saxlanılıb. Hava və dəniz nəqliyyatları vasitəsilə ümumilikdə 2500 nəfərədək neftçinin sahilə çıxarılması üçün tədbirlər görülüb.

Qeyd edək ki, əksər insanlar hazırda Bakıdakı hava şəraitinin proqnoz edildiyi səviyyədə təhlükə doğuracaq halda olmadığını düşünürlər.

Nazirliyin verdiyi proqnozun həqiqəti əks etdirib-etdirməməsi ilə bağlı PİA.AZ-ın əməkdaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədovaya müraciət edib.

Nazirliyin verdiyi proqnozun özünü doğrultduğunu qeyd edən Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib:

“Öncəliklə qeyd edim ki, verdiyimiz hava proqnozu özünü doğruldub. Çünki hal-hazırda küləyin sürəti 28- 36 m/s təşkil edir. Eyni zamanda yağıntılı hava şəraiti müşahidə olunur. Bir çox orqanlardan daxil olan məlumatlara əsasən ağac aşması, ağacların budaqlarının və dayanacaqlardakı şüşələrin sınması kimi hallar aşkar olunub. Eyni zamanda reklam lövhələrinin aşması və damların dağılması kimi hallar da var.

Öncədən verdiyimiz proqnoza əsasən aiddiyyatı qurumlar bu kimi hallara hazırlıqlı olur və operativ müdaxilə edə bilirlər. Məktəblərdə və təhsil ocaqlarında tədrisin dayandırılmasına gəlincə, nəzərə almaq lazımdır ki, tədris təxirə salınmadığı təqdirdə kiminsə uşağı həmin o dayanacaqlarda və ya təhlükə baş verən yerlərdə ola bilər. Hansısa reklam lövhəsi və ya ağaç aşarkən onun altında qalıb, zərər çəkə bilər. Bu kimi hallara görə aidiyyatı orqanlara xəbərdarlıq etmişdik. Həmin qurumlar isə öz səlahiyyətləri çərçivəsində müəyyən addımlar atıblar. Yəni, həmin addımları atmağa özləri qərar veriblər. Biz sadəcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq, baş verəcək hava şəraiti haqqında hər kəsi məlumatlandırmışıq. Bu bizim vəzifə borcumuzdur və mütləq etməliyik”.
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan