"Sonda 40 minə razılaşdıq" - QALMAQALLI MƏHKƏMƏ
Sosial
Oxunub: 432
18 yan 2019 | 14:31
"Sonda 40 minə razılaşdıq" - QALMAQALLI MƏHKƏMƏ
















Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun əmisi oğlu növbəti dəfə məhkəmə önünə çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xalid Məmmədovun məhkəməsi davam etdirilib.

Xalid Məmmədov həbs edilənə qədər Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləyib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elsevər Rufullayev ifadə verib.

O, rüşvət verdiyi üçün zərərçəkmiş yox, şahid qismində tanınıb.

Şahid bildirib ki, 2018-ci ilin fevral ayında Xətai rayon ərazisində çay evi tikmək üçün qohumu Oruc adlı şəxə müraciət edib.

Onun vasitəsi ilə Xalid Məmmədovla görüşüb: "Oruc da tanışı İlham Məlikova dedi. Birlikdə Xalid Məmmədovun yanına getdik. Əvvəl Xalid məndən 100 min, sonra 90 min istədi. Sonuncu dəfə də 60 min istədi. Sonda 40 minə razılaşdıq. Xalid Qaçay Əzizli ilə telefonda danışıb, məni onun yanına göndərdi. Qaçay torpağa eskiz layihə çəkdi. Torpağın sənədini isə Orucun tanışı Əli adlı şəxs düzəltdirib vermişdi. Tikinti işlərinə başlayan kimi Bakı Şəhər İcra Hakimiyyətinin Nail adlı əməkdaşı ilə, Fövqəladə Hallar Nazirliyinin Babək adlı əməkdaşı gəlib, işi dayandırdılar. Sonra Xalidə zəng edib bu barədə məlumat verdim. Onun yanına gedəndə sənədi Xalidə göstərdim. Xalid sənədin saxta olduğunu bildirdi. Mənim tikinti işlərimi Oruc aparırdı"

Şahid Rufullayev qeyd edib ki, X.Məmmədov ondan daha 5 min manat pul istəyib.

O bildirib ki, Xalid 5 min manata söhbəti həll edəcəyini deyib: "Mən də 5 min manatı Xalidin sürücüsünə verdim. Sonradan iş yenidən dayandırıldı və aldanıldığımı bildim".

Daha sonra hakimin suallarını cavablandıran X.Məmmədov E.Rufullayevin onun yanına tikinti işləri aparmaq üçün gəldiyini təsdiqləyib: "İlhamın tanışı idi deyə, qəbul etdim, sonra Qaçaya zəng elədim, onları onun yanına göndərdim. Düzdür, bu mənim səlahiyyətimdə olan bir şey deyildi. Mən də bunu İlhama görə etdim. Elsevər daha əvvəl icra hakimiyyətinə müraciət etməyib".

Təqsirləndirilən X.Məmmədov E.Rufullayevdən 40 min manat pul almadığını söyləyib: "Ondan pul almamışam. Ümumiyyətlə, aramızda pul söhbəti olmayıb. Düzdür, aramızda telefon danışıqları olub".

Hakim bildirib ki, cinayət işində X.Məmmədov E.Rufullayev arasında çoxlu sayda telefon danışıqları olub.
Təqsirləndirilən şəxs bildirib ki, tikinti işi dayandırılan zaman Bakı Şəhər İcra Hakimiyyətinin Nail adlı əməkdaşı ilə danışıb: "O dedi ki, Elsevər Rufullayevin torpağının sənədi saxtadır".

İşdə olan sənədlərə istinadən elan olunub ki, həmin sənəddə Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, mərhum Rəfael Allahverdiyevin saxta imzası olub: "Onlar keçmiş başçının imzası ilə saxta sənəd hazırlayıblar".

Məhkəməyə sədrlik edən hakim X.Məmmədov suallar verən zaman deyib ki, cinayət işində adı keçən E.Rufullayev, İlham Məlikov, Oruc Rzayev və Bakı Şəhər İcra Hakimiyyətinin Nail adlı əməkdaşı barəsində cinayət işi başlanılıb, ayrıca icraata ayrılıb və hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

Növbəti məhkəmə iclası yanvarın 18-nə təyin edilib.
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
16-04-2024, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
16-04-2024, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
16-04-2024, 14:34
Akademik Zərifə Əliyeva
16-04-2024, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
16-04-2024, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”