AMEA da islahatların hədəfində: ixtisarlar... - “Mühafizəçinin maaşı alimlərinkindən çoxdur”
Sosial
Oxunub: 378
21 yan 2019 | 16:43
AMEA da islahatların hədəfində: ixtisarlar... - “Mühafizəçinin maaşı alimlərinkindən çoxdur”
















Struktur islahatları Azərbaycan Milli Elmlər Akademiyasına çatır.AMEA-ın institutlarında ixtisarlar aparıla bilər. Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb.

Fərman ilə Prezident Administrasiyasına tapşırılıb ki, mərkəzi icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədi ilə İşçi Qrup yaradılmasını və müvafiq təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsini altı ay müddətində təmin etsin.

Həmçinin, Administrasiyaya, hüquq mühafizə və hərbi sahələrdə fəaliyyət göstərən dövlət orqanlarının və qurumlarının fəaliyyətinin daha səmərəli və düzgün təşkili, idarəçiliyinin təkmilləşdirilməsi, eyni və ya oxşar səlahiyyətlərin daha optimal həcmdə resurs sərf edilməklə həyata keçirilməsi məqsədi ilə həmin dövlət orqanlarının və qurumlarının sayının, saxlanma xərclərinin və işçilərinin say həddinin optimallaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Milli Elmlər Akademiyasının öhdəsinə düşən bir sıra vəzifələrlə bağlı təkliflər hazırlanıb. Bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyanın Rəyasət Heyətinin yanvarın 18-də keçirilən iclasında deyib. O, bildirib ki, hazırda ölkədə elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı, elmi innovasiya fəaliyyətinin dəstəklənməsi və elmi nailiyyətlərin stimullaşdırılması sahələrində bir sıra tədbirlər həyata keçirilir. A.Əlizadə vurğulayıb ki, bu işlərin davamı olaraq Prezident İlham Əliyev "Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncam imzalayıb.

Bəs, AMEA-da hansı struktur dəyişikliklərinin edilməsi vacibdir?

AMEA-nın əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Ağasəlim Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Elmlər Akademiyasında aparılan sturuktur islahatlar ilk növbədə kardlara yönəlməlidir:

“Açıq etiraf etməliyik ki, akademiyanın institutlarında kifayət qədər kadrlar var ki, onlar işlərinə yalnız iş yeri kimi yanaşır və alimdən, tədqiqatçıdan gözlənən ümidləri doğrultmurlar. Bir institutda 200 nəfərlik işçi heyəti varsa, onların işini 50 nəfər peşəkar, elmi araşdırmalara töhfə verə bilən kadrlarla görmək olar. İstənilən halda keyfiyyətli iş ortaya qoyulmalıdır ki, dövlət tərəfindən ayrılan vəsaitin faydalılıq əmsalı yüksək olsun. Elmlər Akademiyasının işçilərinin sayı təqribən 10 minə nəfərə yaxındır.Düşünürəm ki, bu böyük rəqəmdir”.

Fəlsəfə doktoru deyir ki, digər tərəfdən sturuktur islahatları elmi müəssisələrin birləşdirilməsi istiqamətində aparılması məqsədəuyğundur:

“Məsələn, Akademiyada Dilçilik və Ədəbiyyat İnstitutları var. Onlar birləşdirilə bilər. Və ya tarix istiqaməti üzrə bir neçə institut var, hansı ki, onlar Tarix İnstitutunun nəzdində şöbə olaraq fəaliyyət göstərə bilər.Şərqşünaslıq İnstitutunun apardığı tədqiqat işləri, eyni zamanda, Fəlsəfə İnstitutunda aparılır.Akademiyada 2-3 ildir ki, Qafqazşünaslıq İnstitutu yaradılıb.Eyni zamanda, Tarix İnstitutunun Qafqazşünaslıq şöbəsi var. Bu kimi misalları uzatmaq olar”.

A.Həsənov bildirir ki, islahatlar zaman alimlərin sosial durumu da nəzərə alınmalıdır:

“Azərbaycanda elm sahəsində çalışanların əmək haqları ölkədəki digər kateqoriyadan olan işçilərin məvacibi ilə müqayisədə ən aşağı yerləri tutur. Elmlər Akademiyasının girişində dayanan mühafizəçi polis serjantının əmək haqqı burada çalışan alimlərin məvaciblərindən daha çoxdur.Şəxsən mənim tanıdığım potensiallı gənclər var ki, Azərbaycanı tərk etdilər.Onların bəziləri yaşadıları ölkədə elmlə məşğul olsalar da, digər bir qismi tamamilə başqa istiqamətdə çalışırlar.Struktur islahatlarının pozitiv nəticəyə gətirib çıxarmasını istəyirlərsə, elm adamlarına dövlət sahib çıxıb onların maddi durumlarının qeydinə qalacaqsa, bu islahatları dəstəkləyirəm.İnsanların əmək haqlarında, sosial durumunda dəyişiklik baş verməyəcəksə, struktur dəyişikliyinin müsbət nəticələnəcəyinə ümid etmirəm”.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...