"Uşaqlar arasında boy artımı ilə bağlı problemlər var" — UNICEF rəsmisi
Sosial
Oxunub: 562
25 yan 2019 | 16:48
"Uşaqlar arasında boy artımı ilə bağlı problemlər var" — UNICEF rəsmisi
















Azərbaycanda uşaqlar arasında boy artımı ilə bağlı problemlər var.
Bunu Trend-ə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova deyib.

Onun sözlərinə görə, Azərbaycanda 5 yaşadək uşaqların orta hesabla 18 faizi öz yaşına uyğun boya malik deyil.

T.Cəmilova əlavə edib ki, 5 yaşadək uşaqların hər üçündən biri anemiyanın müxtəlif dərəcələrindən əziyyət çəkir:
“Yəni bir sıra narahatedici məqamlar var. Digər tərəfdən, uşaqların xəstələnməsi vəziyyəti ilə bağlı xeyli yaxşılaşma müşahidə olunur. Körpə ölümü göstəricisi ildən-ilə azalır. Hətta BMT-nin hesablamaları üzrə bu göstəricilər aşağıya doğru yerini dəyişir. Beynəlxalq qurumlar da Azərbaycanın bu sahədəki uğurunu qeyd edirlər”.

UNICEF-in proqram rəhbəri uşaqların sağlamlıq vəziyyətinin göstəriciləri ilə bağlı sonuncu dəfə 2013-cü ildə Səhiyyə Nazirliyi ilə birgə araşdırma apardıqlarını da açıqlayıb.

Qeyd edək ki, 2017-ci ildə (2018-ci il üzrə statistik göstəricilər hələ açıqlanmayıb) 29 167 (2016-cı ildə 28 948) uşağa ilk dəfə anemiya diaqnozu, 1026 uşağa (2016-cı ildə 982) ilk dəfə olaraq boy artımının ləngiməsi və zəiflik, 254 uşağa (2016-cı ildə 353) yod çatışmazlığı, 23 uşağa isə (2016-cı ildə 67) A vitamini çatışmazlığı diaqnozu qoyulub.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ