Əkbər Hacıyevə qarşı yeni iddialar... - İTTİHAM
Sosial
Oxunub: 383
25 yan 2019 | 19:20
Əkbər Hacıyevə qarşı yeni iddialar... - İTTİHAM















Azəriqaz” İstehsalat Birliyinin Sabunçu rayon İdarəsi yenə texniki baxış keçirmək adı ilə qış “qazlaması”na start verib. Redaksiyamızın əldə etdiyi məlumata görə, mənzillərdə texnik baxış aparılacağı ilə bağlı xəbərdarlıq edilib. Hər il idarə bu qurama profilaktik tədbirləri həyata keçirməyə çalışır. Guya təhlükəsizlik naminə edilir.

Məqsəd isə mətbəxin yerini dəyişən, qaz xəttini normativə uyğun olmayan yerdən keçirən mənzil sahiblərini cərimələməkdir. Əslində, cərimələmirlər, rüşvət alırlar.

Abonent sayğacının plomblanması və kartının bloklanmasının qarşısını almaq üçün məcburiyyətdən pul verməli olur. Bakının Sabunçu qaz idarəsi hər qışda rüşvət mövsümünü elan edir. Abonentlər isə narazılıq edirlər. Ötən il şikayətlər olduğu üçün proses dayandırıldı, bu il təkrar xəbərdarlıq edilib ki, texniki baxışa şərait yaradılsınş.

Hansı ki, sakinlər həmin mənzillərdə illərdir yaşayırlar, əksəriyyəti kombi sistemindən istifadə edir. Bu halda hər hansı təhlükədən söhbət gedə bilməz.

Bu günə kimi nə sızma olub, nə partlayış, nə bir şikayət edilib. Sabunçu qaz idarəsi isə pul qazanmağın yollarını axtarır. Bilgilərə görə, artıq Bakıxanov qəsəbəsində “Akkord” yaşayış binalarının bloklarına xəbərdarlıqlar vurulub.

İllərdir bu mənzillərdə yaşayan abonentlərin evlərində təkrar - təkrar texniki baxış keçirməyin məqsədi rüşvət yığmaqdır.

Qaz idarəsinin işçiləri hansı evdə qaz xətinin çəkilişində və ya mətbəxin yerinin dəyişməsində fakt aşkarlayırsa qaz xəttini blokayır, vətəndaşı qaz üzünə həsrət qoyur.

Bundan sonra alış-veriş başlanır və azı 100 manat müqabilində kart bokdan çıxarılır. Vətəndaş isə təbii ki, ənənəvi olaraq yenə də evində yaşayır. Sadəcə, hər il texniki baxış adı altında qanunsuzluğa yol verilir.

Qanunla həmin mənzildə qaz xəttinin çəkildiyi yer sökülməli, ev yenidən təmir olunmalıdır. Buna görə də idarə kompensasiya ödəməlidir.

Bütün bu həngamə şübhəsiz ki baş vermədiyi üçün kartı bloklamaqla vətəndaşa təzyiq edib pul qoparırlar. Bu hallar dəfələrlə təkrarlanıb. İndi də yenidən Sabunçu qaz idarəsi tərəfindən abonentlərə xəbərdarlıq olunub ki, baxış üçün şərait yaradılsın.

Rəsmi məlumata görə, “Azəriqaz” İstehsalat Birliyi fevralın 1-dən başlayaraq sayğaclara profilaktik baxış keçirəcək.

Bu tədbirlərdən biri isə uzun müddət profilaktik xidmət göstərilməsi mümkün olmayan sayğaclara yerində texniki xidmət keçirilməsi olacaqdır ki, bu da gələcəkdə həmin abonentlərin fasiləsiz qazla təminatına zəmanət yaradacaq.

Əksər yeni tikilən binalarda qaz sayğacları mənzillərin balkonunda quraşdırıldığından mənzillərə daxil olmaq və sayğaclara profilaktik yoxlama xidməti keçirmək zərurəti yaranır.

Bəzi hallarda abonentlər mənzildə olmadıqda və ya nəzarətçinin mənzilə daxil olmasına şərait yaradılmadıqda sayğacların işçi vəziyyətinin yoxlanılması mümkün olmur, nəticədə gözlənilmədən sayğacda yaranan problem fərdi şəkildə qaz dayanmasına və abonentlərin şikayətinə səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq, mənzil daxili qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə fevralın 1-dən başlayaraq Birlik tərəfindən həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulub",- rəsmi məlumatda qeyd edilib.

Bununla bağlı qaz istehlakçılardan “Azəriqaz” İB-nin işçisi olduğu haqda təsdiqedici vəsiqəsi olan mütəxəssislərimizin qaz sayğaclarına profilaktik xidmətin göstərməsi üçün şərait yaratmalarını xahiş edir. \\xalqxeber.az\\
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı