Bu da DGK-da rüşvət və korrupsiya, cənab sədr! - FAKT
Sosial
Oxunub: 604
27 yan 2019 | 15:16
Bu da DGK-da rüşvət və korrupsiya, cənab sədr! - FAKT















Bakı Gömrük İdarəsi ATEF şirkətinin əlvan metal ixracını qanunsuz sənədləşdirib



Prezident İlham Əliyevin korrupsiyaya, inhisarçılığa qarşı elan etdiyi ciddi mübarizədən sonra müvafiq dövlət qurumlarında, o cümlədən, Dövlət Gömrük Komitəsində (DGK ) müsbət dəyişikliklərin baş verdiyi danılmazdır. Ancaq məsələ DGK sədri Səfər Mehdiyevin dediyi “Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm” kimi sadə deyil. Gömrük sistemindəki rüşvət və korrupsiyanın miqyasını təsəvvür etmək üçün təkcə bir fikrə diqqət edək. Tanınmış iqtisadçı, millət vəkili Vahid Əhmədov son açıqlamasında bildirib ki, gömrük sistemi ötən illər ərzində 27 milyard manatı mənimsəyib. Bu rəqəm dövlət büdcəsinə bərabərdir. Yəni DGK-dakı korrupsiyanın miqyası hamıya bəllidir. Buna görə, ölkə başçısı DGK-nın rəhbərliyində ciddi dəyişikliklər etdi. Ancaq yeni rəhbərliyin eyforiyaya qapılıb DGK-da rüşvətin, korrupsiyanın, monopoliyanın kökünün kəsildiyi barədə dedikləri qeyri-ciddi təsir bağışlayır. Əlbəttə müsbət dəyişikliklər var, amma məsələ üzdə olan kimi sadə deyil.

NUH.az-a daxil olan məlumata görə, əvəllki rüşvət-korrupsiya-monopoliya mexanizmləri dəyişib, yəni yeni modern monopoliya mexanizmləri yaradılıb. “Broker”in adı dəyişib “Loqistika mərkəzi” olub. Bu barədə növbəti yazıda geniş bəhs edəcəyik.

İndi isə cənab DGK sədrinin nəzərinə bir məlumatı çatdırmaq istəyirik.

Cənab Səfər Mehdiyev !

NUH.az-a daxil olan digər məlumata görə, dünən Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda ölkədən ixrac edilən əlvan metal yüklü 3 maşın saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Bakı Gömrük İdarəsi həmin yükü rüsumsuz (kodu bilərəkdən dəyişərək) sənədləşdirib və dövlət büdcəsinə xeyli ziyan vurub.

Araşdırma zamanı o da məlum olub ki, həmin 3 maşın əlvan metal ATEF şirkətlər qrupuna məxsusdur.

NUH.az-a daxil olan məlumata görə, ATEF-in direktoru Talıb Əlixanbəyovun DGK rəhbərliyi ilə dost münasibətləri var.

Məsələyə aydınlıq gətirmək üçün DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Şahin Rzalı ilə əlaqə saxladıq. O, “Məsələni araşdırıb sizə məlumat verəcəyik” desə də günün sonunadək heç bir cavab almadıq.

Məlumat üçün qeyd edək ki, ATEF şirkəti Bakı mayesiz transformatorlar zavodunun bazasında yaradılmışdır. Şirkət 1998-ci ildə özəlləşdirilmişdir. Şirkətin Əmircan qəsəbəsində Bakı yağ transformatorları zavodu var. 2005-ci ildə Qaraçuxur qəsəbəsində şirkətə aid olan bir transformatorlar və elektrotexniki avadanlıqlar zavodu, 2011-ci ildə isə Hövsan qəsəbəsində şirkətə aid olan metal konstruksiya zavodu açılmışdır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək