Rövşən Rzayevin işçisindən narazılıq - GİLEY
Sosial
Oxunub: 444
30 yan 2019 | 17:43
Rövşən Rzayevin işçisindən narazılıq - GİLEY















Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə

İsmayıllı şəhəri H. Zərdabi küçəsi ev 10-da yaşayan Hacızadə Elvin Babaverdi oğlu tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

Cənab Prezident!

Mən Babaverdi Hacıyevin oğluyam. Atam Babaverdi Hacıyev cavabdehlər Qasımov Fərhad Barat oğlu, Novruzova Şukufə Telman qızı, Qasımlı Nərgiz Barat qızı və Qasımlı Fərhad Barat oğlu tərəfindən tutulmuş ona məxsus İsmayıllı şəhəri M. Müşviq küçəsi 21 nömrəli ünvanda yerləşən xususi mülkiyyətin tamamilə boşaldılaraq atamın sahibliyinə və istifadəsinə verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli 2(107)-1226/2016 nömrəli qətnaməsinin İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmasına baxmayaraq icra şöbəsinin qanuna müvaviq tədbir görməməsi haqqında dəfələrlə cənab Prezident sizə Vitse- Prezident Mehriban xanım Əliyevaya Ədliyyə Nazirliyinə, Milli Məclisin Hüquq Məsələləri və Dövlət Quruculuğu Komitəsinə müraciətlər etmişdir. Bu müraciətlərə baxmayaraq bu günə kimi heç bir tədbir görülməmişdir. Atam Babverdi Hacıyevin müraciətlərinə belə cavablar verilib. “Cavabdehlər qaçqın olduqlarına, 1997-ci ildən bu ünvanda müvəqqəti məskunlaşdıqlarına və onların başqa yaşayış yerləri olmadığına görə bu qətnamənin icrası müvəqqəti dayandırılmışdır”.

Atam Babaverdi Hacıyevə verilmiş bu cavablar qanunsuz və əsassızdır. Çünki, Cavabdehlər 2000-ci ildən sonra atama məxsus M. Müşviq küçəsi 21 nömrəli ünvanda yerləşən xususi mülkiyyətdə yerləşiblər. Bunu subut edən əlimizdə tutarlı sənədlər var. Belə ki, 2000-ci ildə cavabdeh Qasımlı Nərgiz Barat qızı birinci sinfə qəbul olunan zaman ona yaşayış yerindən arayış verilib. Həmin arayışda cavabdehlərin yaşadığı yer İsmayıllı şəhəri M. Müşviq küçəsi 21 nömrəli ünvanda deyil, İsmayıllı şəhəri Nizami küçəsi 8 nömrəli ünvan qeyd olunub. Mən bu arayışın bir sürətini ərizəmə əlavə edirəm. Qeyd edim ki, Şəki Apellyasiya məhkəməsidə 28 sentyabr 2016-cı il tarixli 2(107)-1226/2016 nömrəli qətnaməsini əsas bu iki arayışa əsaslanaraq çıxarmışdır. Eyni zamanda məhkəmə qətnaməsinin dördüncü və beşinci səhifələrində Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəliyinin verdiyi saxta arayışla Qasımov Barat Fərhad oğlunun və ailə üzvləri ilə birlikdə guya 1997-ci ildən İsmayıllı şəhəri M. Müşviq küçəsi 21 nömrəli ünvanda məcburi köçkün kimi məskunlaşdıqları göstərildiyi xususi qeyd olunub.

Qeyd edim ki, bizə verilən belə cavabların səbəbkarları İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi Taleh Quliyev və Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyevdir. Bu iki vəzifəli şəxslər bizə məlum olmayan səbəblərə görə əlaqəyə girərək müraciət etdiyimiz aidiyyatı orqanlara cavabdehlərin atama məxsus mülkiyyətində guya 1997-ci ildən yaşamaqları ilə bağlı saxta arayışlar təqdim edirlər. Belə saxta arayışlar verməklə Taleh Quliyev və Tahir Əliyev cənab Prezident sizi və müraciət olunmuş digər şəxsləri aldadaraq vətəndaşları sizdən və sizin təyin etdiyiniz rəhbər şəxslərdən narazılıq yaratmağa çalışırlar.

Mülkiyyətimizə qarşı olan bu haqqsızlığa və qanunsuzluğa dözməyən atam infarkt keçirdərək bir müddət reanimasiyada qaldıqdan sonra dünyasını dəyişdi. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi Taleh Quliyevin və Qaçqın Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyevin vəzifəsini daşıdıqları dövlətə həmin dövlətin rəhbərinə və vətəndaşına etdikləri xəyanəti atam həzm edə bilmədi. Ona görədə dünyasını dəyişdi. Hal-hazırda onun varisi mənəm. Varislik haqqında rəsmi sənədim var.

Mən inanıram ki, bizə qarşı olan bu qanunsuzluğun və haqsızlığın qarşısını alacaqsınız və bu ümüdlədə sizə müraciət edirəm. Xahiş edirəm İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəsi Taleh Quliyevin, Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyevin mülkiyyətimizə qarşı etdikləri bu qanunsuzluqların və haqsızlıqların obyektiv araşdırılaraq qarşısının alınmasına və Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(107)-1226/2016 nömrəli qətnaməsinin icra olunmasına köməklik göstərəsiniz.

Hörmətlə : Hacızadə Elvin Babaverdi oğlu.

QEYD: İddia olunanlarla bağlı dia.az olaraq bütün tərəfləri dinləməyə hazırıq...
Bu gün, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE