Azərbaycanın məşhur qəzeti fəaliyyətini dayandırdı
Sosial
Oxunub: 428
1 fev 2019 | 11:10
Azərbaycanın məşhur qəzeti fəaliyyətini dayandırdı















“Bizim Yol” qəzeti öz çap versiyasını özü dayandırıb. Bu qərarı verməyimiz print-medianın üzləşdiyi problemlərlə bağlıdır”.
Bu barədə Bizimyol.info-ya açıqlamasında baş redaktor Bahəddin Həziyev deyib. O bildirib ki, çap mediası dərin oxucu böhranı keçirir: “Qəzetin çap variantını dayandırmaq bizim üçün, təbii ki, asan olmadı. Bəzi iş yoldaşlarımızdan ayrılmaq ən çətinidir. Ancaq qərar vermək durumundaydıq. Düşünürəm ki, bu situasiyada ən doğru qərar belə idi. Çünki çap vasitələrinin qiymətləri durmadan artır, qəzet bazarı isə yoxdur. Qəzet satışı getdikcə azalır, qəzet rentabelli deyil. Sadəcə, qəzet xatirinə qəzet buraxmaq lazım deyil. Bu, bizə əlavə vaxt, enerji, maliyyə itkisinə başa gəlirdi. Makulatura etməyin mənası yoxdur. Real vaxt rejimində (onlayn) işləyən media daha effektiv trenddir. Bizim qəzetin internet versiyası kifayət qədər populyardır, ancaq onu daha da inkişaf etdirmək əzmindəyik. “Bizim Yol” bağlanmayıb, sadəcə, kağız versiyası dayanıb. İmkanımız çatsa, çap versiyasını həftədə bir dəfə olmaqla davam etməyi düşünürük. Alınmasa da, bunu şəxsi və ictimai faciə saymıram -onlayn versiyamız var. Biz varıq və yenə də yolumuza davam edəcəyik”.

Bahəddin Həziyev “Bizim Yol” oxucularına müraciətlə deyib: “Ümid edirəm, bu qərarımızı anlayışla qarşılayacaqsınız. Üzülməyin. Bizi internetdə izləməyi davam edin. Yeni yüzilin tələbi yeni texnologiyalara yiyələnmək və onlardan yararlanmaqdır. O cümlədən, ən yeni informasiya texnologiyalarından. Bizi izlədiyiniz üçün təşəkkür edirik”. (bizimyol.info)
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...
Dünən, 11:05
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Dünən, 11:01
ABŞ-nin hərbi bazasına 5 raket atılıb
Dünən, 10:56
Sülhməramlılar hara gedir? - "Bild"
Dünən, 10:32
Bakı vaxtı ilə Moskva - "Kommersant"
Dünən, 10:26
Erməni mediası Rusiya-Türkiyə problemini qabardır - Kreml sorğu göndərdi
Dünən, 10:22
İsrail 6 məqamda çıxılmaz vəziyyətdə: ABŞ əməkdaşlıq etməsə... - İsrail mediası
Dünən, 09:33
Ağ Ev Ukraynanı məxfi sülh masasından necə geri çəkdi: ABŞ Avropa Birliyini iqtisadi intihara məcbur edir
Dünən, 09:30
"El Klasiko"da 5 qol: "Real" son dəqiqələrdə qələbə qolunu vurdu - VİDEO
Dünən, 09:20
Füzuli şəhərinə daha 39 ailə yola salınıb - FOTO
Dünən, 09:15
Ermənilər nə istəyir? - Kəndimizin yolunu bağlamaqda israrlıdırlar, Paşinyan isə...
20-04-2024, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
20-04-2024, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
20-04-2024, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər