Yüksək Texnologiyalar Parkının məhsullarının ölkədə satışına maneələr yaradılır - AMEA
Sosial
Oxunub: 486
4 fev 2019 | 23:16
Yüksək Texnologiyalar Parkının məhsullarının ölkədə satışına maneələr yaradılır - AMEA













Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kimya Elmləri Bölməsinin akademik-katib vəzifəsini icra edən Vaqif Fərzəliyev ilə AMEA Yüksək Texnologiyalar Parkının rəhbərliyi arasında görüş keçirilib.

Akademiyadan "Report"a verilən məlumata görə, görüşdə parkın rezidentlərindən olan “Azərbaycan Milli Elmlər Akademiyası Təcrübə-Sənaye Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti və "Millers Oils Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsal olunan ümumilikdə 100-dən çox adda məhsulun (müxtəlif təyinatlı sürtgü yağları, maddələr, qatqılar və s.) tərkibi və qiyməti baxımından öz sinfində dünya üzrə məşhur istehsalçıların analoqları ilə müqayisədə sərfəli olması barədə müzakirələr aparılıb və onların dünya bazarında satış imkanları nəzərdən keçirilib.

Müzakirələr zamanı məlum olub ki, istehsal olunan məhsulların nəinki xarici bazarlarda, hətta daxili bazarlarda belə satışının təşkilində müəyyən çətinliklər mövcuddur. Həmçinin bildirilib ki, “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” sərəncamda “YT Park”da istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi mexanizminin müəyyənləşdirilməsinə dair aidiyyəti dövlət strukturuna tapşırığın verilməsinə baxmayaraq, hazırda bu mexanizmin işlənməməsi səbəbindən məhsulların satışı həyata keçirilmir.

Qeyd olunub ki, bu da öz növbəsində ölkədə daxili bazarı qorumaq və ixrac potensialını artırmaq məqsədilə ölkənin valyuta ehtiyatlarının artırılması istiqamətində aparılan siyasətinə, eyni zamanda həyata keçirilən çoxsaylı tədbirlərə dəstək imkanlarını məhdudlaşdırır.

Görüşdə həmçinin digər məsələlər ətrafında da müzakirələr aparılıb.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...