Rasim Məmmədov erası bitdi: “Baku Steel Company” şefinin müdhiş gizlinləri...
Sosial
Oxunub: 538
8 fev 2019 | 22:41
Rasim Məmmədov erası bitdi: “Baku Steel Company” şefinin müdhiş gizlinləri...















Belə xəbərlər dolaşır ki, iş adamı Rasim Məmmədov “Baku Steel Company”(BSC) MMC rəhbərliyindən uzaqlaşdırılıb

Cahan.info-ya verilən məlumatda bildirilir ki, R.Məmmədov erasının bitməsinin səbəbləri çox ciddidir və artıq özü işə elə-belə gedib-gəlir.

R.Məmmədovun “vurulması”nın əsas səbəblərindən biri onun qaydaları pozması və gizli biznes oyunlarına girişməsi imiş. İddialar səslənir ki, baş metallistlə bağlı təftişə başlana bilər.

2010-cu ildən Azərbaycanda metallurgiya sahəsinə nəzarət edən R.Məmmədov illərlə təftişsiz çalışıb. Ona olan inamın itirilməsinə səbəb hərəkətlilik müşahidə olunana qədər böyük var-dövlət yığa bilib.

Belə iddialar da səslənir ki, ötən illər ərzində BSC-də istehsal olunan armaturun hər tonuna görə ona 50 manat “şapka” çatıb. Gizli şəkildə BSC-dən qazanclar əldə edərək xaricə çıxarıb, ölkə daxilində də özünə gün ağlayıb.

İddialara görə Rasim Məmmədov Bakının Suraxanı rayonunda “Steel Company” adlı zavod da saxlayırmış. Həmin zavod illərlə “Baku Steel Company”nin “kölgə”sində fəaliyyətdə olub.

Cahan.info yazır ki, BSC-də “atmaqla” bərabər öz zavodunu da onların nüfuzundan istifadə etməklə ən müxtəlif ödəmələrdən, vergi əlavələrindən kənar saxlaya bilib.

İndi isə onun əməlləri araşdırma predmetidir. Rasim Məmmədovun işdən kənarlaşdırılacağı təqdirdə xarici ölkələrdən birinə sığınmaq üçün hazırlıqlar görməsi haqda da xəbərlər var.

Rasim Məmmədov rəhbərlik etdiyi müəssisənin daxili bazarda inhisarçı mövqeyə çıxması üçün illərdir ki, jandarm rolunu üzərinə götürmüşdü.

Onun Bakıda və ətraf kəndlərdə fəaliyyətdə olan metallurgiya zavodlarına, sexlərə hucumları, müəssisələrin avadanlıqlarının sıradan çıxarılmasına yönəlik addımları hələ də yaddaşlardan silinməyib.

Amma onun “yuxarılara” vəd etdiyi nəticə alınmadı. Azərbaycanda metallurgiya sahəsi bir qədər də tənəzzülə doğru irəlilədi. Ölkənin ağır sənayesinin flaqmanı olmalı metallurgiya sahəsi ötən 9 il ərzində olduqca acınacaqlı duruma düşüb.

Bunda “baş metallist”in əməyi danılmazdır. Hər dəfə gah Rusiya, gah da İran metallurgiya sənayesinin imkanlarını, potensialını gözə soxan Rasim Məmmədov səriştəsizliyinin günahını özündən başqa hər kəsdə axtarır.

Bir müddət əvvəl “baş metallist” ölkəyə idxal edilən Gürcüstan və İran armaturlarının keyfiyyətsiz olmasına dair rəy formalaşdırmağa çalışırdı.

Bununla o, həm də müvafiq dövlət qurumlarına ictimai təzyiq formalaşdırmaqla armaturun kənardan idxalına əngəl yaratmağa nail olmaq istəyirdi.

Belə bir pressinqlə 2013-2014-cü illərdə Gürcüstan istehsalı olan armaturların idxalının dayandırılmasına nail olmuşdu. Hər dəfə də bu üsula yenidən müraciət etməsi də, artıq hər kəsi bezdirmişdi. Ölkə daxilində rəqabətə davamlı mal istehsal edə bilməməsini bu cür pərdələməyə çalışırdı.

Əvvəllər buna nail olmaqla daxili bazarda qiymətlərin bahalaşmasına səbəb olmuşdu. Aydındır ki, bu cür yanaşma effektiv bazar münasibətlərindən kənardır, “alırsan-al, almırsan-alma” kimi qeyri-sağlam düşüncəyə daha çox uyğundur.

Cahan.info xəbər verir ki, eyni zamanda bazar iqtisadiyyatı şərtlərindən də çox uzaqdır. İllərdir ki, ölkə daxilində rəqiblərsiz qalmış “baş metallist” gözləntiləri doğrultmayıb.

Əvvəllər ona ölkə daxilində olan zavodlar mane olurdusa, son zamanlar o, ölkə xaricindəki zavodların fəaliyyətindən şikayətlənir.

Rasim Məmmədovun çıxışlarından belə qənaət hasil olur ki, BSC-nin işləməsi üçün İran və s. dövlətlərdəki metallurgiya zavodları məhsul istehsalını dayandırmalıdırlar.

Bu cür yanaşma bütövlükdə Azərbaycanda ağır sənayenin inkişafını azı 9 il ləngidib. Qazanan Rasim Məmmədov olub, itirən ölkə iqtisadiyyatı.

Xatırladaq ki, araşdırmaçı-jurnalist Hafiz Babalı BSC-də R.Məmmədov erasının başa çatmaq üzrə olması haqda məlumatlar bölüşüb. MMC-yə nəzarət “Nyu Sfera” şirkətlər qrupunun sahibi və rəhbəri İman Nəsirulla oğlu Quliyevə keçib:

“Nəzarət “Politon” MMC vasitəsilə həyata keçirilir: “Hüquqi Şəxslərin Reyestrinə əsasən, İman Quliyev yaxın vaxtlarda yarandığı gündən BSC-nin payçıları sırasına daxil olan ”Politon" şirkətinə rəhbərlik edir.

Şirkət 2009-cı ilin iyun ayında təsis edilib. Elə o zaman İqtisadiyyat Nazirliyi onların BSC-də 50 faiz pay iştirakını əldə etməyə razılıq verib.
Dünyanın aparıcı analitik nəşrləri və beynəlxalq təşkilatlar (Bloomberg, OECD və s.) qeyd edirlər ki, BSC “Politon”un nəzarətindədir.

Hüquqi Şəxslərin Reyestrinə əsasən, İman Quliyev həmçinin “Nyu Sfera Turism” və “Nyu Sfera Nəqliyyat” şirkətlərinə rəhbərlik edir. “Nyu Sfera şirkətlər qrupu” MMC 1992-ci ildən fəaliyyət göstərir.

Ora həmçinin “Nyu Sfera İnşaat” MMC, “Nyu Sfera Art”, “Nyu Sfera Ticarət” də daxildir. Qrupa “Xalqlar Dostluğu” ticarət mərkəzi, İsmayıllı rayonunda “Green House” turizm mərkəzi, Bakıda dörd şadlıq sarayı və restoran daxildir. İman Quliyev həmçinin Ukraynada unüyüdən kompleks inşa edib.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ