11-02-2019, 15:43 Oxunub: 155

QMİ heyəti Həcc ziyarəti ilə bağlı vəziyyəti müzakirə etmək üçün yenidən Səudiyyə Krallığına gedib

QMİ heyəti Həcc ziyarəti ilə bağlı vəziyyəti müzakirə etmək üçün yenidən Səudiyyə Krallığına gedib















Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndə heyəti Azərbaycandan bu il Həcc ziyarətinə yola düşəcək zəvvarların səfəri ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi ilə yaranan anlaşılmazlığı müzakirə etmək üçün yenidən bu ölkəyə yola düşüb.

QMİ-dən verilən məlumata görə, nümayəndə heyətinə idarənin sədr müavini Hacı Salman Musayev, Həcc şöbəsinin müdir müavini Vidadi Hüseynov və idarənin Xarici əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Vüsal Cahangiri daxildir.

Azərbaycanlı zəvvarların yerləşəcəyi otellər, onların qiymətləri, eyni zamanda digər xərclərin qiymətləri ilə bağlı yaranmış anlaşılmazlığı müzakirə edəcək nümayəndə heyəti Səudiyyə Krallığının Həcc Nazirliyinin ziyarətlə bağlı protokol iclasına da qatılacaq.

Qeyd edək ki, QMİ nümayəndə heyəti bu il yanvarın əvvəlində Səudiyyə Krallğında səfərdə olub və Azərbaycandan bu il Həcc ziyarətinə sənədlərin qəbulunun elanı fevralın 1-ə gözlənilirdi. Bu ilki ziyarətin xərcləri ilə bağlı qiymətdə artım da gözlənilir.
Hacı Qalib bu dəfə Həcc rekordunu yeniləyə bilmədi – Qurbanlıqdan qabaq Məkkədə olubmuş Hacı Qalib bu dəfə Həcc rekordunu yeniləyə bilmədi – Qurbanlıqdan qabaq Məkkədə olubmuş Sosial Bu il Həcc ziyarətinə daha az adam gedəcək Bu il Həcc ziyarətinə daha az adam gedəcək Medeniyyet Həccdə ölənlərin ailəsinə pul veriləcək - MƏBLƏĞ AÇIQLANDI Həccdə ölənlərin ailəsinə pul veriləcək - MƏBLƏĞ AÇIQLANDI Sosial Səudiyyə Ərəbistanı: Səudiyyə Ərəbistanı: "Bu müharibə elanıdır" Dunya Novruz Məmmədov prezidentin Ərəbistan səfərindən YAZDI Novruz Məmmədov prezidentin Ərəbistan səfərindən YAZDI Gundem