Küçələrdə kimsəsiz qalan ana-bala: Təcili YARDIM etməsək, ölüm onları ayıra bilər... - FOTOLAR
Sosial / Dunya
Oxunub: 1 224
12 fev 2019 | 19:16
Küçələrdə kimsəsiz qalan ana-bala: Təcili YARDIM etməsək, ölüm onları ayıra bilər... - FOTOLAR















“Yeni Müsavat” olaraq xəstə, imkansız, sosial qayğıya ehtiyacı olan insanlar haqqında çox yazmışıq, işıqlandırmışıq. Ancaq indi təqdim etdiyimiz həyat hekayəsi bunlardan ən dəhşətlisidir.

Bərdə şəhər sakini, 1979-cu il təvəllüdlü Nazilə Musayeva yeganə övladı, 9 yaşlı Ülvi Musayevlə birgə küçələrdə qalıb. Ən acınacaqlısı isə odur ki, ananın ciddi sağlıq problemləri var. İki gözündən əlil olan qadın həm Hepatit B xəstəliyindən, həm də ginekoloji onkologiyadan əziyyət çəkir, uşaqlığında yaranmış şiş onu günbəgün ölümə aparır.

Xəstə canı ilə süpürgəçilik edib, çörəkpulu qazanan və uzun müddətdir ki, şəhərin parklarında gecələyən bu ana-balanın həyatını xeyirxah insanlar ictimailəşdirirək, onlara kömək etməyə çalışırlar. Jurnalist Xəyyam Salmanzadə və xeyirxah insan Allahyar Eyubovun dəstəyi ilə Ülvi, Ramiz Musayev adına Bərdə Şəhər İnkluziv Təhsil Komponentli tam orta məktəbə yerləşdirilib.

Ana isə bir yardımsevərin dəstəyi ilə ev şəraitində müəyyən müalicə alsa da, artıq yataq xəstəsidir və təcili tibbi müdaxiləyə ehtiyacı var. Çoxlu qan itirən qadına hazırda müvəqqəti önləyici iynələr vurulur. Bakıya xəstəxanaya gətirilməsi və orada xərclərinin qarşılanması, eyni zamanda bu müddətdə uşağın da himayə edilməsi üçün xeyli maddi yardıma ehtiyac var.

Nazilə Musayevanın həyat hekayəsi, onu küçələrdə qalmasına səbəb olan faktlar da ürək ağrıdır. Bir qız düşünün ki, heç bir valideyni, qohumu, tanışı yoxdur və internat evində böyüyüb.

Daha sonra övladı olmayan bir ailə, İmişli rayonu, Nurulu kənd sakini Musayev Əzulla Xanbaba oğlu onu övladlığa götürüb, lakin övladı kimi yox, qul kimi davranıb. Evdə xidmətçi yerinə işlədib, qonşuların evinə xidmətçiliyə göndərib.

Bu insanlar öldükdə isə evini, torpağını öz qohumlarına vəsiyyət ediblər, ona heç bir pay vermədən kimsəsiz qoyublar. Naziləni daha sonra ailəli bir adamla qeyri-rəsmi nigaha məcbur ediblər. Bu nigahdan Ülvi adlı bir övladı dünyaya gəlib.

Ülvi isə içinə doğulduğu bu çətin həyatın ağır zərbəsini ömrünün ilk günündə alıb. Kimsəsiz ailənin doğum xərclərini qarşılamaq üçün pulu olmadığından uşağı bir müddət xəstəxanada girov saxlayıblar.

Qeyri-rəsmi ailə qurduğu şəxs isə uşaq dünyaya gəldikdən sonra onu tərk edib. Səbəb isə Nazilənin Hepatit B xəstəliyinə tutulması və uşaqlığında onkoloji xəstəliyin yaranması olub.

Qadında yaddaş problemi də var. Hazırda uşağının atasının harada olması ilə bağlı da məlumat yoxdur.

Daha sonra xəstə halda süpürgəçi işləməklə çörəkpulu qazanan Nazilə evsiz-eşiksiz olduğundan oğlu ilə birlikdə parklarda gecələməli olub. İndi Ülvi min bir əziyyətlə böyüsə də, anası həyatda qalmaq üçün onkoloji xəstəliklə mübarizə aparır. Bir-birinə hədsiz bağlı olan və həyatda başqa kimsələri olmayan bu ana-balanı ölüm ayıra bilər.

Nazilənin vəziyyəti ilə bağlı bizə məlumat verən, ona yardımçı olmağa çalışan xeyirxah insan Allahyar Eyubov dövlət qurumlarından yardım istəyir: “Bu qadın təcili şəkildə xəstəxanaya yerləşdirilməlidir. Həm özəl, həm də normal dövlət xəstəxanalarında müalicə və əməliyyat üçün kifayət qədər vəsait tələb olunur. Qadın həm də ağır dərəcəli Hepatit B xəstəsidir, ona görə də vəziyyəti lap pisdir. Uşaq da anasına o qədər bağlıdır ki, bir dəqiqə ayrı qala bilmir. Həyatda başqa kimsəsi olmayan, çox məhrumiyyətlər görən bu ana-balanı bir-birindən ayırmaq mümkün deyil. Ülvi həddindən artıq ağıllı uşaqdır, anlayışla qarşılayıb, gözləyər. Onu biz özümüz də müəyyən qədər saxlaya bilərik. Hazırda ən ciddi məsələ Nazilənin həyatda qalmasıdır. Bunun üçün Səhiyyə Nazirliyindən bu anaya dəstək olmasını istəyirik. Həmçinin ailənin sosial problemlərinin həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət ediləcək”.

Qeyd edək ki, ailəyə yardım üçün Bank Respublikada Nazilə Musayevanın adına hesab da açılıb.

Ailə ilə əlaqə saxlamaq istəyən şəxslər bu nömrə ilə əlaqə saxlaya bilərlər: 050-210-27-35

Nərgiz LİFTİYEVA,
Musavat.comKüçələrdə kimsəsiz qalan ana-bala: Təcili YARDIM etməsək, ölüm onları ayıra bilər... - FOTOLARKüçələrdə kimsəsiz qalan ana-bala: Təcili YARDIM etməsək, ölüm onları ayıra bilər... - FOTOLARKüçələrdə kimsəsiz qalan ana-bala: Təcili YARDIM etməsək, ölüm onları ayıra bilər... - FOTOLARKüçələrdə kimsəsiz qalan ana-bala: Təcili YARDIM etməsək, ölüm onları ayıra bilər... - FOTOLARKüçələrdə kimsəsiz qalan ana-bala: Təcili YARDIM etməsək, ölüm onları ayıra bilər... - FOTOLARKüçələrdə kimsəsiz qalan ana-bala: Təcili YARDIM etməsək, ölüm onları ayıra bilər... - FOTOLARKüçələrdə kimsəsiz qalan ana-bala: Təcili YARDIM etməsək, ölüm onları ayıra bilər... - FOTOLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir