Burada rüşvəti açıq-aşkar istəyirlər... - İTTİHAM
Sosial
Oxunub: 529
16 fev 2019 | 19:30
Burada rüşvəti açıq-aşkar istəyirlər... - İTTİHAM















Danılmaz gerçəklikdir ki, 27 illik müstəqillik tarixi olan ölkəmizin daha çox inkişaf etməsinə mane olan, daha artıq uğurlar qazanmasına əngəl törədən ciddi sosial problemlərdən biri də korrupsiyadır. Rüşvətxorluğa qarşı nə qədər mübarizə tədbirləri görülsə də, son illər bu müstəvidə hətta sərt addımlar atılsa da, korrupsiya hüquqpozmalarına yenə rast gəlinməkdədir. Bu da bir həqiqətdir ki, maliyyə böhranının mənfi təsirlərinin ciddi hiss olunduğu indiki vaxtda əhalinin rüşvət vermək potensialı azalıb, rüşvətxor məmurlarınsa tamahkarlığı azalmayıb. Bu isə vətəndaşların süni maneələri, bürokratik səddləri aşmasına, xüsusilə də sosial təminatlara, imtiyaz və güzəştlərə çıxış əldə edə bilmələrinə mane olur. Hökumət məmurlarından narazılıqların artması isə elə ab-hava yaradır ki, sanki büdcəsi zəifləyən dövlət vətəndaşlar qarşısında öz sosial öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Cəlilabad rayonunun Prişib qəsəbəsində qeydiyyatda olan gənc Elçin Əsmətov uşaq vaxtından epilepsiya xəstəsidir və 2-ci qrup əlildir. Bu tip xəstələrə dövlət tərəfindən vacib pulsuz dərman preparatları ayrılır. Lakin, qeydiyyatda olduğu yerli poliklinika rəhbərliyi son dövrlər onu dərmanla təmin etmir. Redaksiyamıza müraciət etmiş anası Bağırova Pərvanə Alxan qızı bildirir ki, ailə başçısını erkən itirdiyindən, xəstə oğlunu təkbaşına saxlamaq məcburiyyətində qalıb. Elçinin aldığı 50 manat müavinətin üstünə bir o qədər də əlavə edib ayda 100 manat gündəlik istifadə olunan «renaldium» iynəsinə, «epinex», «penibut», «liovital» həblərinə xərcləyirlər. Onu da qeyd edək ki, xəstəxana Elçin Əsmətovun korrupsiya hüquqpozması ilə qarşılaşdığı yeganə qurum deyil. Az əvvəl onun əsgərlik yaşı çatanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsində komissiyadan keçəndə hamıya onun aşkar görünən əlilliyi və xəstəliyi həkim komissiyasına nədənsə inandırıcı gəlməyib və onu Bakı şəhəri Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndəriblər ki, yenidən qeydiyyatdan, müayinədən keçsin. Pərvanə Bağırovanın sözlərinə görə, Elçin 10 günə yaxın müddət ərzində Bakıya — həmin xəstəxanaya gedib-gəlib. Nəhayət, Xəstəxanadakı komissiyanın sədr müavini Aydın həkim ona sözün «mustafasını» açıb deyib: Ya 300 manat rüşvət verməli, bunun müqabilində bircə günün içində lazım olan sənədləri qaydaya salınmalı, ya da 1 ay o xəstəxanada yatmalıdır! Əsmətovun nə rüşvət verməyə pulu, nə də xəstəxanada yatmağa imkanı olmadığından, məyus halda geri dönüb, SHXÇDX-nin rayon şöbəsinə gedərək başına gələn hal-qəziyəni, rüşvət tələbi ilə üzləşdiyini, daha «yol ölçməyə» halı qalmadığını bildirib. Xeyli çək-çevirdən sonra qohumları da yığışıb gəliblər «hərbi komissarlığa» və çağırış bölməsinə təklif ediblər ki, Elçini yollasınlar, gedib əsgərliyini çəksin. Fakt qarşısında qalan Şöbə mənsubları biabır olmamaq üçün tərsliklərindən əl çəkməli olublar. Elçinin problemi ilə əlaqədar xəstəxananın baş həkimi İlham doktor ilə telefon əlaqəsi qurmaq istədik. Baş həkim yerində olmadığından, əlaqə mümkün olmadı. Katibəsi Püstə xanımla danışdıq, məsləhət gördü ki, baş həkimin müavini Valeh həkimlə əlaqə saxlayaq. Zəng vurduğumuz Valeh həkim telefonu götürmədi. Yenidən katibə ilə əlaqə saxlayıb bizim araşdırdığımız məsələ barədə xəstəxana rəhbərliyini kursda saxlamağını xahiş etdik. Hələ də xəbər-ətər yoxdur. Belə çıxır ki, cavab almaq üçün Səhiyyə Nazirliyinə müraciət etməliyik. \\deryaz.az\\
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ