Eldar Əzizov bu məsələyə reaksiya verəcəkmi? - PROBLEM
Sosial
Oxunub: 577
17 fev 2019 | 21:17
Eldar Əzizov bu məsələyə reaksiya verəcəkmi? - PROBLEM















Bakıda yaşayış binalarının zirzəmilərində, birinci mərtəbələrində, yaxud binaların həyətində iaşə, xidmət obyektlərinin, mağazaların yaradılması halları geniş yayılıb. Xüsusilə şəhərin mərkəzi hissəsində, metro stansiyaları yaxınlığında faktiki olaraq, zirzəmi və birinci mərtəbələri belə obyektlərin məskəni olmayan bina qalmayıb. Nəinki yeni tikilən binalar, həmçinin sovet dövründən inşa edilən binalarda da zirzəmi və birinci mərtəbələr səs-küy və narahatlıq mənbəyi olan bu cür obyektlərə çevrilib.

Bu hal uzun illərdir ki, paytaxt sakinlərini narahat edir. Belə ki, kafe-restoran, müxtəlif idman, gözəllik salonlarına gələnlərin səs-küyü insanların rahatlığını pozur, bir çox hallarda binaların sakinləri öz avtomobillərini saxlamağa yer belə tapmırlar. Bu kimi halların qarşısını necə almaq olar? Yaşayış binalarının zirzəmi və birinci mərtəbələrində belə diskomfort yaradan obyektlərin fəaliyyətini tənzimləmək mümkündürmü?

Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov bildirir ki, binaların zirzəmi və birinci mərtəbələrində iaşə, satış və xidmət obyektlərinin yerləşməsi bütün dünyada yayılmış praktikadır: “Dünyanın ən müasir şəhərlərində də belə vəziyyətdir. Buna görə buna qarşı mübarizə aparmaq deyil, prosesi qanunla nizamlamaq lazımdır. Müəyyən qrup obyektlər var ki, onlarda havatəmizləyici qurğular quraşdırılmalıdır. Yaxud səslə bağlı standartlara əməl olunmasına nəzarət etmək lazımdır. Hər saatın öz səs norması var. Bu obyektlər həmin normalara əməl etməlidilər”.

Mütəxəssis deyir ki, ümumiyyətlə, əhalinin sıx məskunlaşdığı ərazilərdə kafe-restoran kimi səs-küylü obyektlərin yaradılmasına icazə verilməməlidir: “Elə yerlər var ki, 3-4 binanın arasında böyük restoran, şadlıq evi tikiblər. Yaxud binanın altında restoranlar, çayxanalar açıblar. Belə obyektlər yaşayış binalarından müəyyən məsafədə olmalıdır. Ümumiyyətlə götürdükdə isə bu kimi hallar dünya təcrübəsinə, şəhərsalma prinsiplərinə uyğun hesab olunur. Sadəcə, bunu düzgün təşkil etmək lazımdır”.

Eldar Əzizov bu məsələyə reaksiya verəcəkmi? - PROBLEM









Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, dünyada bunun bir qədər fərqli forması yayılıb: “Məsələn, bir bina həm yaşayış binasıdır, həm ticarət mərkəzi, həm otel. Bu sahədə vahid bir standart yoxdur ki, yaşayış sahəsi olan yerdə digər infrastruktur ola bilməz. Amma hər yerdə, elə bizdə də belə strukturların fəaliyyəti ilə bağlı tənzimləyici qanunverici baza var. Burada 3 mühüm məsələyə diqqət yetirilir: təhlükəsizlik, sanitar-gigiyenik tələblər, vətəndaşların rahatlığı. Bu üç məsələ mütləq tənzimlənməlidir. Bizdə elə binalar var ki, beşmərtəbə ”xruşşovkadır", birinci mərtəbəsi yaşayış evi olub, indi onu hansısa obyektə, tutalım, restorana çeviriblər. İki mərtəbənin arasında nazik beton təbəqədir, aşağıdakı səs-küy ikinci mərtəbədə evin içindədir. Digər məsələ təhlüksizliklə bağlıdır. Düzdür, bu məsələyə Fövqəladə Hallar Nazirliyi nəzarət edir, binaların altındakı qeyri-yaşayış sahələrinə qaz çəkilişinə icazə verilmir. Kimsə bunu xəlvətcə edə bilər, amma böyük cərimələri var. Bütün infrastruktur elə qurulmalıdır ki, qeyd etdiyim 3 prinsipə əməl olunsun".

S.Məmmədovun dediyinə görə, yaşayış binalarında və yaxınlığındakı obyektlər həm səs tələblərinə, həm də digər tələblərə əməl etməlidilər: “Məsələn, bir problem var: yaşayış binalarının yaxınlığında şadlıq evləri tikilib. Elə binalar var ki, şadlıq evlərindəki musiqi, hətta mikrofonla danışıq evin içinə dolur. Eyni zamanda tüstü-dumandan insan boğulurdu. Bu problemə prezident də müdaxilə etdi, indi tüstü məsələsini həll edirlər. Amma səs problem hələ də qalır. Yaxud əhalinin sıx yaşadığı ərazilərdə zirzəmilərdə mentalitetə uyğun olmayan obyektlər yaradılıb. Demirəm ki, olmasın, böyük şəhərlərdə belə yerlər də olmalıdır. Lakin bu cür obyektləri yaşayış binalarında yaratmaq düzgün deyil. Nəhayət, bir məsələ də var: bir çox hallarda bu obyektlər o qədər gur olur ki, binaların sakinləri avtomobil saxlamağa yer tapa bilmirlər. Yeni binalarda parklanma məsələsi həll olunub, amma digər binalarda belə infrastruktur yoxdur. Ona görə də insanlara ciddi problemlər yaradılır”.

Ekspertin sözlərinə görə, Mənzil Məcəlləsi bu məsələləri tam əhatə etmir: “Bu məsələlər şəhərsalma qaydaları, ekoloji qanunvericilik, həmçinin Fövqəladə Hallar Nazirliyinin müvafiq hüquqi aktları ilə tənzimlənir. Sadəcə, müvafiq tələblərə əməl olunmasına nəzarətin təşkil olunmasına ehtiyac var”.
“Yeni Müsavat”
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ