Bakı İqtisadiyyat və Humanitar Kollecində bacıların “rüşvət ansamblı” -Adlar/İddialar...
Sosial / Dunya
Oxunub: 1 032
22 fev 2019 | 13:00
Bakı İqtisadiyyat və Humanitar Kollecində bacıların “rüşvət ansamblı” -Adlar/İddialar...















Bakı İqtisadiyyat və Humanitar Kolleci rüşvət yuvasına çevrilməkdə ittiham edilir

Cahan.info mediaya istinadən yazır ki, kollecin direktoru Rüxsarə Əliyeva bu təhsil ocağını market kimi idarə edir.

Bu barədə rubrika.az xəbər verib ki, kollecdə hər şey direktorun “qiymət tas”ından asılıdır. Yəni, tələbələrdən toplanan pulların məbləği bazar məzənnələri ilə tənzimlənir.

R.Əliyevanın tələbələrdən müxtəlif adlar altında pul toplanması adi hal alıb. Dərsə gəlməyin və gəlməməyin öz qiymətləri var.

İmtahanlar zamanı əlin cibində olmasa növbəti kursa keçmək üçün heç bir şansın yoxdur. Bundan əlavə, kollecdə “ölü ştatlar” var. R.Əliyevanın qohum-əqrəbasının, dost-tanışının bir çoxunun adı kollecdə gedir.

Hər ay onlar üçün dövlət büdcəsindən maaş ödənilir və kollecdə bu şəxsləri tanımırlar. Nəticədə büdcə vəsaitləri talanır, müxtəlif adlar altında mənimsənilir.

Mediada yayılan xəbərlərdə bildirilir ki, kollec direktoru tələbələrdən alınan pulları bacısının əliylə toplayır. Bacısı isə kollecin kordiorunda gəzməklə duruma nəzarət edir və alış-veriş işlərini reallaşdırır.

Səhərdən axşama qədər əlində çanta ilə koridorda dolaşan sözügedən şəxsin Bakı İqtisadiyyat və Humanitar Kollecində işləməməsi isə bir ayrı mətləbdir.

Kollecin direktoru Rüxsarə Əliyeva Təhsil Nazirliyindən buraya transfer olunduqdan sonra qaydalarla yanaşı, durum da dəyişib.

Məlumatda deyilir ki, xanım Əliyeva təhsil naziri ilə yola getməsə də, hansısa sirrli əllər onu direktor postunda saxlayır. Həmin «sehirli əl» isə nəinki onu himayə edir, həm də bir sıra qanunsuzluqlara imza atmasını sığortalamaqla da məşğul olur.

O da vurğulanır ki, kollecin direktorunun digər qazancı müəllimlərdən aylıq almasıdır. Onlar hər ay Rüxsarə Əliyevanı «görmək»lə işlərinə davam edir və kimsəni saya salmırlar.

Amma xanım Əliyevanın bir başqa gəlir yeri də var. İddia olunur ki, direktorun şəxsi maraqları təmin olunduğundan kollecdə adı gedən, lakin özü məktəbin yolunu belə tanımayan 10-dan artıq müəllim də mövcuddur.

Əslində, nazir Rüxsarə Əliyevanı bu yerə sürgün edib. Onun bir səhvini taparaq, işdən çıxarmaq üçün də marıqda dayanıb. Və bunun gec-tez baş verəcəyi isə istisna deyil».

Bakı İqtisadiyyat və Humanitar Kollecində qəbuldan tutmuş, imtahanda qiymətlərin yazılmasına qədər hər şey pulladır.

Təsəvvür edin ki, bir vaxtlar direktor süpürgəçi Fazilə xanımın maaşını mənimsəyib. Rüxsarə Əliyevanın belə işləri çoxdur. Lakin ona qarşı hər hansı bir tədbir görülmür.

Təhsil Nazirliyinin baş verənlərə loyal münasibəti bir çox hallarda isə, susqunluğu müəllim adına xələl gətirən ünsirlərin əl-qol açmasına münbit şərait yaradır.

Xırdalan şəhərində yerləşən Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində baş verənlərlə bağlı daxil olan məlumatlara diqqət yetirərkən bir çox xoşagəlməz halların bu tədris-təhsil müəssisəsində də cərəyan etdiyinin şahidi olursan.

Media yazır ki, pu proseslərdə iqtisadiyyat və humanitar şöbələrinin müdirləri xüsusilə seçilir. Semest və dövlət imtahanlarının müxtəlif məbləğlərdə pulların tələb olunması kollecdə adi hala çevrilib.

Pul yığımı kompaniyası o qədər geniş vüsət alıb ki, bu proseslərə tədris hissə işləri üzrə direktor müavini İradə xanım, Həmkarlar İttifaqının sədri Tamara Rüstəmova da cəlb olunublar.

Kollecdə baş verənləri tam nəzarətdə saxlamaq üçün Rüxsarə Əliyeva daha da irəli gedəcək bacısı Sədaqət xanımı və qardaşı Elxanı ümumi nəzarət üçün yanına gətirib.

Direktorun qardaşı Elxan kadrlar və mühasibatlıq şöbəsinin işinə nəzarəti tam əlinə götürüb. Sədaqət xanım isə pul yığımı kompaniyasında həm iştirak edir, həm də ümumi prosseslərə nəzarət edir.

Diqqət cəlb edən məqamlardan biri də kollec direktoru Rüxsarə Əliyevanın ad günü münasibətilə müəllimlərdən pul toplamasıdır.

Kollec direktoru isə ittihamları rədd edir və razılaşmır, hər şeyin qaydasında olduğunu bildirir.

Qarşı tərəf kimi məqalədə adıçəkilən hər bir kəsin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub