"Amma onlar bizi inandırdılar ki, ora burdan da yaxşı xəstəxanadır" - GİLEY
Sosial
Oxunub: 491
22 fev 2019 | 22:54
"Amma onlar bizi inandırdılar ki, ora burdan da yaxşı xəstəxanadır" - GİLEY















Uzun illərdən sonra ata olan Tağıyev Asif Məlik oğlu “Leyla Şıxlinskayanın” Klinikasından və həkim Faiq İsmayılovdan şikayətçidir. Dia.az xəbər verir ki, bu barədə bzimyol.info-ya danışan şikayətçi iddia edib ki, müalicə proseslərindən sonra övladı olsa da, həkim səhlənkarlığı nəticəsində vəfat edib.

“Biz rəsmi nikaha düşməklə 2014-cü ilin fevral ayında ailə qursaq da övlad sahibi ola bilmirdik. Hamiləlik müxtəlif dövrlərdə dörd dəfə pozulduqdan sonra “Leyla Şıxlinskayanın” Klinikasına müracət etdik və buradakı ginekoloq müalicələri üzərinə götürərək, bizi övlad sahibi edəcəyinə söz verdi. Və etdi də. 19.06.2018-ci il tarixdə V hamiləlikdən bir qız övladımız oldu. Hamiləliyin 30-31-ci həftəsində qeysəriyyə yolu ilə uşaq dünyaya gəldi. Bir aydan sonra 19.07.2018-ci il tarixdə klinkanın rəyi əsasında evə yazılaraq, uşağı normal vəziyyətdə xəstəxanadan çıxarmışıq. Uşağın müalicəsi ilə Faiq İsmayılov adlı həkim məşğul olub”,-deyə şikayətçi bildirib.

O deyib ki, 29.07.2018-ci il tarixdə uşaqda bir neçə dəfə qusma və köp əlamətləri olduğundan 30.07.2018-ci il tarixdə uşağı Klinkaya, pediatr Faiq İsmayılov yanına gətirmişik. O uşağı qəbul edərək, əlamətləri soruşdu, heç bir yoxlamadan keçirmədən iki ədəd dərman yazaraq bizi yenidən evə qaytardı. Lakin gəldikdən və həmin dərmanları qəbul etdikdən sonra uşağın qusması daha da intensivləşdi. 01.08.2018-ci il tarixdə yenidən uşağı həmin klinkaya və həmin həkmin yanına qaytardıq. Bu dəfə özü qəbula düşmədi, ağır xəstə ilə məşğul olduğundan Cəfərov Sahib adlı digər həkimə tapşırdı. Həmin həkim uşağı müayinə etdikdən sonra yenə də heç bir yoxlanışdan keçirmədən başladı bizi dilə tutmağa ki, burada bu uşağın müalicə və müayinə olması sizə baha başa gələcək. Yəni əməliyyat olunsa 600 manat, hər gün qalmağa da 170-200 manat arasında ödəniş etməli olacaqdıq. Odur ki, siz K.Y.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstituna aparın. Biz ora ürək etmədiyimizi, uşağın anadan olandan da, olmamışdan öncə də bütün müayinələrnin burada aparıldığını deyərək, tələb etdik ki, uşağımızı müalicə və müayinə etsinlər. Amma onlar bizi inandırdılar ki, ora burdan da yaxşı xəstəxanadır, hətta biz həmən cərrahı (Gündüz Ağayevi) dəvət edəcəyik, havayı pullarınızı bura tökməyin, gedin ora. Həkimin adını da dedilər ki, mütləq ona çatdırın (Gündüz Ağayev), o sizin uşağı sağaldacaq. Uşağı götürüb deyilən xəstəxanaya gəldik. Uşağı müayinə edən kimi “bu uşağın bağırsaqlarında iltihab baş veribmiş, nə üçün bunu gecikdirmisiz?” dedlər. Halbuki uşaqda narahatçılıqlar başlayan kimi biz onu həkimə gətrmişdik. Lakin öz işinə səhlənkar yanaşan Faiq İsmayılov heç bir müayinə etmədən, bizi yendən evə qaytardı. Beləliklə K.Y.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitunda uşaq ARİTŞ şöbəsində Sepsis, Septiki enterokolit, dinamiki bağırsaq keçməməsliyi, kəskin ürək-damar çatmamazlığı, hiperqlikemik koma, az kütləli uşaq diaqnozu qoyulmuş və 02.08.2018-ci il tarixdə 00.15-də uşaq vəfat edib”.

Şikayətçi bildirib ki, “Leyla Şıxlinskayanın” Klinikası ümumilikdə 6932 manat rəsmi, təqribən 5000 manat qeyri-rəsmi pulunu alıb: “Elmi-Tədqiqat Pediatriya İnstitutu epikrizində göstərmişdir ki, uşaq ETPİ-na 01.08.2018-ci il tarixdə gecikmiş hospitalizasiya vəziyyətində daxil olub. Halbuki iyul ayının 30-dan biz “Leyla Şıxlinskayanın” Klinikasına müraciət etmişik amma onlar səhlənkarlıqla heç bir tədbir görməyib, heç bir müayinə aparmadan yalnız iki ədəd dərman yazmaqla kifayətləniblər”.

Faiq İsmayılov iddiaları qəbul etməyib. O bildirib ki, Asif Tağıyevin övladını bir ay müalicə edib.

Uşaq doğulandan sonra vəziyyəti ağır idi. Yarımçıq doğulmuşdu. Tənəffüs pozulma sindromu vardı. Bir ay klinikada müalicə olundu. Evə getdikdən 13 gündən sonra təkrar klinikaya müaciət ediblər. Baxıb müalicə yazdım. Dedim ki, uşaqda yenidən köp və qaytarma olarsa, klinikada stasionarda yatmağı təklif etdik. İki gündən sonra gəldilər. Mən səhhəti ağır olan uşaqla maraqlandığım üçün baxa bilmədim. Şöbə müdiri qəbul edib baxdı. Ona uşağın xəstəxanada qalması təklif olunub. Asif Tağıyev klinikada xidmət haqqının baha olmasından şikayətləndiyi üçün o Elmi-Tədqiqat Pediatriya İnstituna yönləndirildi. Uşaq da orada vəfat edib”.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ