“Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ
Sosial / Dunya
Oxunub: 856
12 mar 2019 | 19:51
“Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ














“Sədərək” ticarət mərkəzində yeni qaydalar tətbiq olunub. Bu qaydalar görə, indiyə qədər arabaçılar bazar rəbərliyinə gündəlik 5 manat ödəyirdilərsə, indi 10 manat ödəyirlər. Və yaxud bundan əvvəl bəzi sahibkarların özlərinin arabası olub, gündəlik bazar rəhbərliyinə 2 manat ödəyirdilərsə, indi guya, bazar rəhbərliyi arabaçılarla sahibkarlar arasında olan konfliktə görə sahibkarların özlərinin araba almasına qadağa qoyub. Bu səbəbdən bəzi sahibkarlar bazar rəhbərliyindən narazılıq edirlər. Çünki indi həm də “Sədərək” ticarət mərkəzinin rəhbərliyinin arabaçılardan gündəlik 5 manat deyil, 10 manat alması da sahibkarlara baha başa gəlir. Ona görə ki, bazarda da elə sahibkar var ki, bir neçə dükanı var. Məsələn, 1-ci dükandan 10-cu dükana mal aparmaq üçün bir araba mala görə əvvəl hansısa sahibkar arabaçıya 7-8 manat ödəyirdisə, indi azı 10-12 manat ödəməli olur. Ona görə ki, arabaçıların bazar rəhbərliyinə gündəlik ödədiyi pul ikiqat qalxıbsa, arabaçılar da bunu sahibkarlardan çıxır.

Bildiyimiz kimi, sahibkarlar həm də vergilərdən əziyyət çəkir. Onlar əvvəlcə hansısa xarici ölkədən idxal etdiyi mala görə 36% rüsum ödəyirdisə, indi məsələn, İrandan idxal etdiyi mala görə 36+6% rüsum olub. 18% ƏDV və qalanı da gömrük rüsumu olduğu halda, heç bilmirlər ki, 6% nə üçün artıq ödəməli olurlar..

Əslində, bu cür bazar daxili qaydalardan və qanunsuz vergi yığımlarından ölkədə sahibkarlar əziyyət çəkir. Bütün bunlara görə də sahibkarlar bizneslərini daha liberal bazar dəyərlərinə malik olan ölkələlərdə qurmalı olurlar. Bu isə ölkədən valyuta axının başqa ölkələrə yön almasıdır ki, buna imkan vermək iqtisadiyyatımızın kiçilməsinə, daralmasına xidmət edir. Öz monopoliyalarını hakimi mütləq görmək istəyən məmur-oliqarxlar ölkə iqtisadiyyatının inkişafını düşünmür, əksinə, nəticədə sahibkarları öz dövlətindən incik salırlar.

“Burada silsilə qanun pozuntuları var”

“Sədərək” ticarət mərkəzində yeni qaydaların tətbiq olunması ilə bağlı iqtisadçı Natiq Cəfərli “Hürriyyət”ə dedi ki, bazar daxili qaydaların dəyişməsi ilə bağlı iki məsələ önəmlidir: “Birincisi, müqavilə şərtləri məsələsi var. Əgər bununla bağlı müqavilə şərtlərində bazar rəhbərliyi ilə icarədarlar arasında hər hansı müddəa yoxdursa, bazarda çalışan, icarə verən insanlar bundan imtina edə bilər. Kollektiv imtina etsələr, bazar rəhbərliyi heç nə edə bilməz, neyniyə bilər ki, bazardan hamını çıxardası da deyil. İkinci məsələ ondan ibarətdir ki, hər bir ödəniş rəsmiləşdirilməlidir. Yəni hətta icarədarlardan o vəsait alınırsa, buna rəsmi ödəniş qəbzi verilməlidir və həmin bazar rəhbərliyi də yığdığı vəsaitdən vergi ödəməlidir. Bu baxımdan, burada bir neçə pilləli qanun pozuntusundan söhbət gedir. Əgər müqavilədə nəzərdə tutulmayıbsa və bunu istəyirlərsə, bu, bir qanaun pozuntusudur. Əgər bu ödənişə görə qəbz vermirlərsə, xidmətə görə vəsaitin xərclənməsi rəsmi sənədlərlə təsbit olunmursa, bu, ikinci qanun pozuntusudur, yığılan vəsaitin ümumi məbləğindən bazar rəhbərliyi tərəfindən vergi ödənilmirsə, bu, üçüncü qanun pozuntusudur. Yəni burada silsilə qanun pozuntuları var ki, bunlar üzərində əlaqədar orqanlar çalşmalıdırlar. Bazarın sahibi ölkə qanunvericiliyindən kənarda fəaliyyət göstərə bilməz. Xidmətlərə görə aldığı haqqı qanunvercilik çərçivəsinə salmalıdır, yəni öz qafasından bildiyini oxumaqla, bu işlər olmur, bu, müqavilə öhdəliklərinə salınmalıdır, alınan bütün ödənişlər rəsmiləşdirilməlidir, gündəlik ödəniş edən şəxslərə də rəsmi ödəniş qəbzləri verilməlidir”.

“Burada monopoliyadan daha çox, dərəbəylikdən söhbət gedir”

“Manopoliya başqa məsələdir, çünki bazarda minlələ icarədar var. Burada bazara rəbhərliyi əksinə maraqlı olmalıdır ki, icarədarların sayı və topladığı icarənin həcmi artsın. Burada monopoliyadan daha çox, dərəbəylikdən söhbət gedir. Yəni bazarın sahibi özünü bazar ərazisinin hakimi mütləqi sayır və Azərbaycan Respublikasının qanunları deyil, öz qafasından uydurduğu qaydalar çərçivəsində işləməyə çalışır. Əsas problem budur. Yəni bütün bu münasibətlər qanunlara uyğun şəkildə tənzimlənməlidir və müqavilələrdə qeyd olunmalıdır. İcarə müqavilələri doğru bağlanmırsa, əlaqədar orqanlar həmin bazarın rəhbərliyi ilə əlaqədar ciddi ölçü götürməlidir. Çünki o bazarda çox böyük qanun pozuntuları var və Azərbaycanda kölgə iqtisadiyyatının ən böyük elementlərindən biridir”,-deyə iqtisadçı vurğuladı.

“Əlavə ödənişlərin hamısı sonuc etibarilə vətəndaşın cibindən çıxır”

N. Cəfərli onu da qeyd etdi ki, istənilən sahibkar ödədiyi əlavə ödənişləri, yəni istər vergi, rüsum, icarə haqqı olsun və yaxud icarədən kənar ödənişlər olsun, hamısını istər- istəməz satdıqğı məhsul qiymətinin üzərinə gəlir: “Çünki heç bir sahibkar öz ziyanına işləmək istəməz, bu, absurd olar. Ona görə də əlavə ödənişlərin hamısı sonuc etibarilə vətəndaşın cibindən çıxır. Yəni bazar sahiblərı xidmət qiymətlərini artırdıqca, bazarda qiymət bahalaşır, bunun son ödəyicisi isə həmin bazardan alış-veriş edən vətəndaşdır. Yəni vətəndaşın üzərinə əlavə yük kimi düşür”.

“Dövlət elə nəzarət mexanizmləri qurmalıdır ki, bazar rəhbərliyi həmin bazarın tərkibində ayrıca bir “dövlət” kimi fəaliyyət göstərməsin”

Cəfərli hesab edir ki, bazarda iki cür yoxlama aparılmalıdır:“Birincisi, hüquqi müqavilələrin normal bağlanması, bunlarn düzgün təsbiti ilə bağlı əlaqədar dövlət qurumları yoxlamalar apara bilər. Bu, əmək, icarə müqaviəsi də ola bilər. İkincisi də vergi yoxlamalarıdır. Təbii ki, tərəflər vergidən yayınmırsa və hər iki tərəf, yəni həm icarədar, həm də bazar sahibi qarşılıqlı razlışma əsasında müqavilə bağlayırsa, burada artıq digər müdaxilərlə ehtiyac da qalmaz. Yəni dövlətin birbaşa müdaxilə etməsi, vergilərdən əlavə hər hansı bir qiymət tənzimlənmə siyasəti aparması doğru olmaz. Bu, bazar iqtisadiyatının fəlsəfəsinə də ziddir. Amma dövlət elə nəzarət mexanizmləri qurmalıdır ki, bazar rəhbərliyi həmin bazarın tərkibində ayrıca bir “dövlət” kimi fəaliyyət göstərməsin, dövlət onu ümumi ölkə qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərməyə məcbur etməlidir. Bunun üçün dövlətin kifayət qədər həm nəzarət edici funksiyaları, həm də nəzarəedici orqanları var. İndi problem də odur ki, həmin orqanlar effektiv çalışmır, effektiv çalışmır deyə belə problemlər yaşanır və iş adamları incik salınır”.

“Əgər elə bir məlumat varsa, bu, tam qanun pozuntusudur”

Sahibkarların idxal etdiyi mala görə 36+6% rüsum ödəməsinə gəlincə, Cəfərli sual etdi ki, 36+6 necə izah edirlər: “Çünki əvvəl 18% ƏDV-dir, 15 %-də gömrük rüsumudur. Amma əvvəl gömrük rusmunu hesablayıb, sonra ƏDV-ni hesablayırdırdlar deyə təqribən 35,8, yəni 36%-ə yaxın alınırdı. 36+6% olması çox qəribədir. Çünki qanunvericlikdə bununla bağlı heç bir dəyişiklik olunmayıb. Əgər elə bir məlumat varsa, bu, tam qanun pozuntusudur. Çünki qanunvericliyə görə əvvəl gömrük rüsumu 15% hesablanır, sonra onunla birgə əlavə dəyər verisi 36% hesablanır. Bu 15%-i də ilkin malın dəyərinin üzərinə gəlib, sonra 18% hesablanır deyə, ümumilikdə 36%-ə yaxın, yəni 35,8% artım olur, vergi və gömrük öhdəliyi yaranır. Bundan əlavə, pul alırlarsa, tamamilə qanunsuzdur”.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb