10 “ölü can”, kotlet məsələsi və korrupsiya- Esmira Behbudova haqda şikayətlər var
Sosial
Oxunub: 1 158
20 mar 2019 | 21:14
10 “ölü can”, kotlet məsələsi və korrupsiya- Esmira Behbudova haqda şikayətlər var














Son zamanlar sanki bağça müdirləri arasında “rüşvət yığma yarışı” start götürüb və təəssüflər olsun ki, bu hal əksər uşaq bağçalarında hökm sürməkdədir.

Azerinfo.az bildirir ki, ən çox şikayət edilən və mətbuatda tənqid olunan bağçalardan biri Sumqayıtdakı 11 saylı uşaq bağçası. Buranın müdirəsi Esmira Behbudova haqda KİV-lərdə xeyli məlumat gedib ki, onlardan bir neçəsini xatırlayaq.

Xəbərlə.com-a açıqlamasında bağçanın müdiri Esmira Behbudovadan şikayətçi olan valideyn deyib: "Müdirə bağçaya 5-6 aydır ki, gəlib. Gələndən ancaq pul yığmaqla məşğuldur. Əvvəl bizdən bağçanı təmir eləmək adıyla pul yığdı. İndi isə yemək pulu adıyla hər valideyndən 20 AZN pul tələb edir. Valideynlər yığışıb şikayət etdik ki, axı Sumqayıt şəhər İcra Hakimiyyəti sizi yeməklə təmin edir. Dedi ki, hansı valideyn 20 AZN verməsə, onun övladına kotlet verməyəcəm. Dedik ki, axı uşaqdırlar, gözləri görür, baxıb şişə bilərlər. Qayıtdı ki, lap cəhənnəmə! Sonra bir valideyn söylədi ki, 20 AZN çoxdur, ona qarşılıq olaraq dedi ki, yarısı cibimə gedəcək. Övladlarımız ac qalmasın deyə məcburən pulu veririk, ancaq bu, qanunsuzdur. Özünə də demişik ki, şikayət edəcəyik. Deyir, kimə şikayət etmək istəyirsinizsə,edin”.

Valideynlərin dediyinə görə, müdir avtomobilini düz bağçanın həyətinə sürür. Halbuki qərar çıxmışdı ki, maşını bağça və məktəblərin həyətlərinə müəyyən məsafədə saxlamaq lazımdır. Bundan başqa qrupda əslində 20-22 uşaq olmalıdır, ancaq o bağçada qrupa 38 nəfər yığılıb. Uşaqlar yatmağa, oturmağa yer tapmırlar. Bağça ilə maraqlanmır. Ondan çox valideyn şikayətçidir. Siz deyin, axı uşaqlara "cəhənnəmə ağlasın” demək hansı pedaqogikaya sığır?! 7-8 valideyn yığışıb Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayətə gedəcəyik.

Adının çəkilməsini istəməyən digər valideyn isə bunları qeyd edir:

"O müdirə hər ay valideynlərdən 25 AZN pul tələb edilir. 20 AZN yemək pulu, 5 AZN isə fond pulu üçün. Pul verən valideynlərin uşaqları üçün ayrı menyu verilir, pul verməyənlər üçün isə ayrı. Valideyni pul verməyən uşaqlar adi sup və kaşa ilə qidalanırlar. Belə biabırçılıq olmaz, uşaqlara necə fərq qoymaq olar?! Həm də direktor özü gəlib qruplara nəzarət edir ki, pul verənlər yaxşı menyuya uyğun, pul verməyənlər adi yeməkləri yesinlər". Aylıq ödəniş qarşılığında uşaqlara təklif olunan sözügedən menyunu də əldə eləmişik.

Qeyd edək ki, 11 saylı bağça ilə bağlı şikayətlər bununla da bitmir. Sözügedən bağçanın uşaqların götürülməsi üçün valideynlərdən pul istənilməsi haqqında da şikayətlər olunur. Həmin şikayətlərə inansaq, övladının o bağçaya getməsini arzulayan valideyn azı 400-700 manat pulundan keçməlidir. Sumqayıt şəhər 5-ci mikrorayon ev 15/132-də yaşayan Əlimərdanov İsrafil Hətəm oğlu 11 saylı bağçanın rəhbərindən çox gileylənir. O hətta bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova da məktub ünvanlayıb.

Azerinfo.az-a daxil olan məlumatda deyilir ki, Esmira Behbudova əvvəllər Abşeron rayonunun Saray qəsəbəsindəki 2 nömrəli tam orta məktəbin direktoru olub. Yoxlamaların birində onun 10 “ ölü can” saxladığı və bu şəxslərin adına olan kartdan hər ay dövlət pulunu mənimsədiyi üzə çıxıb. Bundan sonra onu işdən çıxarıblar. Bu hadisə 2017-ci ildə olub. Az keçmiş onu Sumqayıtda işlə təmin ediblər.

Bu məlumatlarla bağlı 11 saylı bağçaya zəng etdik. Özünü müavin kimi təqdim edən xanım dedi ki, məlumatlara Esmira Behbudova özü aydınlıq gətirə bilər. Telefon nömrələrimizi alsalar da zəng etmədilər. Qarşı tərəfi hələ də dinləməyə hazırıq.

P.S. Verilən məlumatda bildirilir ki, 11 saylı bağçanın rəhbəri Esmira Behbudova Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla yaxın münasibəti var.

Daha ətraflı növbəti sayımızda

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...